Icma.az
close
up
RU
Əfəndilər, bu gün Cümhuriyyət bayramıdır

Əfəndilər, bu gün Cümhuriyyət bayramıdır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlətçilik tariximizə baxsaq, 1918-ci il 28 maya qədər qurulan dövlətlərin heç birinin paytaxtı Bakı, adı "Azərbaycan" olmayıb


XX əsrin əvvəllərində xalqımızın dünya tarixində mühüm bir hadisəyə imza atması - 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması bütün Şərq və İslam dünyası üçün əlamətdar idi. Həmin tarixi hadisənin 107-ci ildönümü - 28 May - Respublika Günü ölkəmizdə böyük qürur və iftixarla qeyd olunur. 

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, onun dövlətçilik təməli müasir Azərbaycan Respublikasının formalaşmasında əvəzsiz rol oynayıb. 1918-ci il mayın 28-də qəbul olunan İstiqlal Bəyannaməsi Azərbaycan xalqının azad yaşamaq, öz taleyini müstəqil şəkildə həll etmək iradəsini ortaya qoyub. Bu sənəddə millətlərin hüquq bərabərliyi, insan haqları, vicdan azadlığı, demokratiya prinsipləri öz əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika modeli əsasında qurulub. Müxtəlif siyasi partiyalar parlamentdə təmsil olunmaqla yanaşı, milli azlıqlara da bərabər hüquqlar verilib. Təhsil, mətbuat və dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar Azərbaycan cəmiyyətində milli şüurun formalaşmasına güclü təkan verib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsinə baxmayaraq, Cümhuriyyət idealları xalqın yaddaşında və milli kimliyində yaşayaraq sonrakı nəsillərə ötürülüb. 70 illik Sovet hakimiyyəti dövründə azərbaycançılıq ideyası, istiqlal arzusu heç vaxt sönməyib. 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa edib. Bu mühüm tarixi dönüş Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının davamı kimi dəyərləndirilir. Xalqımız uzun illər boyu qoruyub saxladığı milli yaddaşına və azadlıq arzusuna sadiq qalaraq müstəqil yaşamaq əzmini reallığa çevirib. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onun ideallarına sadiqdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi daha da güclənməkdə, tariximizə və milli dəyərlərimizə olan sədaqət qorunub saxlanılmaqdadır. Azərbaycan xalqı keçmişinə dərin hörmətlə yanaşaraq gələcəyə doğru qürurla və əminliklə addımlayır.


BDU-nun professoru, tarixçi-alim Boran Əziz "Sherg.az"a deyib ki, dünya düzənin pozulduğu, beynəlxalq hüququn işləmədiyi bir zamanda müstəqilliyin əldə edilməsinin, onun uğrunda aparılan mübarizə və həmin mübarizədə verilən qurbanların gənc nəslə aşılanması siyasi-tərbiyəvi və elmi əhəmiyyət kəsb edir. Alim qeyd edib ki, bu gün dünyada 5 minə yaxın xalq yaşayır: 

"Lakin 5 minə yaxın xalqın hamısının müstəqil dövləti yoxdur. Bizdən qat-qat çox olan və kifayət qədər böyük əraziyə malik elə xalqlar var ki, onlar bugünədək öz müstəqil dövlətlərini qura bilməyiblər. Müstəqil dövlət qurmaq üçün xalqın intellektual potensialı, dövlət yaratma təfəkkürü, dövləti qurarkən qarşısına çıxan çətinlikləri aradan qaldırma əzmi, iradəsi olmalıdır. Bu baxımdan biz mütəmadi, ən azından hər ildönümündə müstəqilliyimizi geniş şəkildə qeyd etməklə insanlara dövlətimizin hansı çətinliklər bahasına, hansı qurbanlar hesabına yaradıldığını izah etməliyik. Bunu etməliyik ki, xalqımızda, ələlxüsus yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə əhəmiyyətli təsir göstərsin. Eyni zamanda biz 28 may Respublika Gününü geniş qeyd etməklə Cümhuriyyətə qədərki dövlətlərlə Azərbaycan Xalq Cümhuriyyətinin fərqini də izah etmiş olarıq. 1918-ci ildə qurucu babalarımızın yaratdığı dövlət ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti adlandırıldı".


B.Əziz vurğulayıb ki, Azərbaycanın dövlətçilik tarixi e.ə. 3-2 minillikdən başlasa da, 1918-ci il 28 maya qədər qurulan dövlətlərin heç birinin paytaxtı Bakı, adı "Azərbaycan" olmayıb: 

"O baxımdan belə bir dövlətin yaradılması ilkdir. Bunu da yaradanlar - Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları idi. Qurucu babalarımızı rəhmətlə anır, minnətdarlıqla yad edirik. Cümhuriyyətə qədər mövcud olmuş dövlətlərimizin demək olar ki, hamısı sülalə dövləti olub. Ancaq tarixdə ilk dəfə qurucu babalarımız milli dövlət - Azərbaycan Xalq Cümhuriyyətini qurublar. Əhalinin müxtəlif təbəqələrinin içərisindən çıxmış, Vətənimizin fərqli bölgələrini təmsil edən ziyalılar təəssübkeşliyi çox olan sahibkarların dəstəyi ilə milli dövləti qura bilmişdilər. Bütün müsəlman türk dünyasında ilk demokratik-dünyəvi dövlət qurulmuşdu. Bunun da müstəsna tarixi əhəmiyyəti var. Yaxşı olar ki, 28 may Respublika Günü televiziya və radiolarda, yazılı və onlayn mediada, ələlxüsus məktəblərdə təbliğ olunsun". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 May 2025 03:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see244

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see233

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see201

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see197

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see185

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see181

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see177

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see172

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see166

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see165

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see158

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156

Avropa münaqişələrə hazır deyil

02 Oktyabr 2026 23:35see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri