Icma.az
close
up
RU
“O olmasın, yubiley olsun”

“O olmasın, yubiley olsun”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib.

Muzeyin direktoru, Xalq artisti və bəstəkar Sərdar Fərəcov giriş nitqi ilə çıxış edərək, “O olmasın, bu olsun” komediyasının Azərbaycan musiqi mədəniyyətində əvəzsiz rolundan danışıb.

Üzeyir Hacıbəylinin ev-muzeyinin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Vəfa Bağırzadə əsərin dramatik və musiqi xüsusiyyətlərinin ətraflı təhlilini təqdim edərək, onun dahi bəstəkarın yaradıcılığında xüsusi əhəmiyyətini vurğulayıb.

Kinoşünas Hacı Səfərov çıxışında bu əsərin filmə uyğunlaşdırılmasını tarixi-bədii baxımdan təhlil edərək, qonaqlara təqdim edib.

Sənətşünas Sədaqət Əliyeva isə “Geyim mühüm element kimi” mövzusunda məruzə ilə çıxış edib, tamaşanın uğurlu alınmasında əsas rol oynayan səhnə geyimlərinin əhəmiyyətindən danışıb: 

- Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaratdığı bu tamaşada, eləcə də filmdə təqdim olunan geyimlər dövrünün sosial mühitini, cəmiyyətdəki insanların ictimai mövqeyini və sosial həyatını əks etdirir. Tamaşaçı bu geyimlərə baxanda o dövrdəki tarixi şərait və həmin geyimlərin birbaşa coğrafi mühitə nə cür təsir etməsi haqqında məlumat əldə etmiş olurlar. 

Sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları - Əməkdar artistlər Şövqi Hüseynov və Nahidə Orucova, Prezident mükafatçısı, aktyor  Səmədzadə Xasiyev və aktrisa Aydan Həsənova “O olmasın, bu olsun” musiqili komediyasından seçilmiş səhnələri tamaşaçılara təqdim ediblər.

Tədbirin sonunda iştirakçılara verdikləri töhfələrə görə təşəkkürnamələr təqdim olunub.

Muzeyin direktoru, Xalq artisti Sərdar Fərəcov XQ-yə müsahibə verdi: 

-Dahi insanlar ona görə dahidirlər ki, onların həmişə açılmamış sirləri olur. Gələcək nəsillərin bu dahi şəxsiyyətləri araşdırmaları üçün yeni nələrsə əxz etmələri lazım olur. Bir azərbaycanlı olaraq Üzeyir bəyi seviriksə, bu o deməkdir ki, biz onun bütün yaradıcılığını bilirik və əsərlərini mənimsəmişik. Yaxın günlərdə Üzeyir Hacıbəylinin zamanında çox məşhur olan bir əsərini - “Şah Abbas və Xurşidbanu” operasını yenidən tədqiq etdim. Sovet dövründə bu əsər səhnəyə qoyulmuşdu. Lakin, sonra musiqi notları itib batdı. Əlimə keçən notlar əsasında 4 pərdə, 6 şəkildən ibarət bu nəhəng operanın ədəbi mətnini və musiqilərini yenidən araşdırmaq işini öhdəmə götürdüm. Demək olar ki, son işlər qalıb. Bundan sonra əsərin daha yeni, xor və orkestr variantı yazılmalıdır. Mən çox təəssüf edirəm ki, bizdən əvvəlki nəsil bəstəkar və musiqiçilər zamanında belə əsərləri lazımınca tədqiq edib araşdırmayıblar. Bizdən sonra gələn nəsillər üçün də öyrənilməsi lazım olan nə qədər sirlər, mənbələr var. Mən bir musiqiçi kimi Üzeyir bəyin Azərbaycan himninin sözlərinə yazdığı musiqini araşdırmışam, neçə-neçə yarımçıq qalmış əsərlərini tamamlayıb orkestr halında səsləndirmişəm. “Şeyx Sənan” operasından itmiş parçaları bərpa etmişəm. Bu bizim vəzifə borcumuzdur.   

Xatırladaq ki, 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Prezident İlham Əliyev  bəstəkarın anadan olmasının 140-cı ildönümünə həsr olunmuş tədbirlər planına uyğun işlərin həyata keçirilməsinə dair Sərəncam imzalamışdır. Onu da qeyd edək ki, bu il Üzeyir Hacıbəylinin ev-muzeyinin 50 illik yubileyi də qeyd olunur.

Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsində yeni səhifələr açmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti isə əsl vətənpərvərlik nümunəsi kimi dəyərləndirilir.

Fidan SALMANOVA

Sadıq ƏLİVERDİBƏYLİ (foto)

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Mart 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri