Icma.az
close
up
RU
O pul kisələrindən biri Bakıda, digəri İrəvandakı təcridxanadadır

O pul kisələrindən biri Bakıda, digəri İrəvandakı təcridxanadadır

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yayında bir neçə maddə ilə ittiham olunaraq həbs edilən “Taşir” Şirkətlər Qrupunun rəhbəri, milyarder Samvel Karapetyanın vəkilləri bəyanat yayıb.

Turkustan.az bu barədə erməni mediasına istinadən bildirir.

Bəyanatda qeyd olunur ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi həbsdəki iş adamının həbs müddətinin uzadılması ilə bağlı hakim V.Dolmazyan vəsatət qaldırıb. Vəkillər iddia ediblər ki, Dolmazyan ictimaiyyətə səs-küylü işlərdə müstəsna olaraq hökumətin xeyrinə qərar verən hakim kimi tanınır.

“Daha diqqətçəkən odur ki, hakim materialları aldıqdan sonra iclası 24 saatdan az bir müddət əvvəl təyin etməklə artıq əhəmiyyətli pozuntuya yol verib. Yeri gəlmişkən, həbs müddəti oktyabrın 18-də başa çatmalı olduğu üçün bu işdə tələskənliyə ehtiyac yox idi. Bu hərəkətlər də istənilən hüquqi məntiqə ziddir. Samvel Karapetyanın siyasi təqibi danılmaz şəkildə sübuta yetirilib. Bu cür kobud hüquq pozuntuları göz qabağındadır və görünməmiş haldır”, - hüquqşünaslar qeyd ediblər.

Kilsənin donoru funksiyasını icra edən S.Karapetyan həbsə atılsa da, parlament seçkiləri yaxınlaşdıqca aktivliyini artırır, təcridxanadan tərəfdarlarına davamlı müraciətlər edir, geri çəkilməyəcəyi görüntüsünü yaradır. Paralel şəkildə müdafiəçiləri də onunla bağlı prosesi davam etdirirlər. Paşinyanın təhlükəli rəqiblərindən sayılan milyarderin revanşistləri bir araya gətirəcəyi barədə də iddialar var.

Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında bildirib ki, hələ 2021-ci ildəki seçkidən sonra iki pul kisəsini Ermənistan vətəndaşı etməklə Moskva orada hakimiyyət dəyişikliyi üçün hazırlıqlara başlamışdı:

“O pul kisələrindən biri hazırda Bakıda, təcridxanadadır. Söhbət Ruben Vardanyandan gedir. Həmin vaxt Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Ermənistan vətəndaşı olması əks-səda doğursa da, milyarder Samvel Karapetyanın da eyni vaxtda eyni addımı atdığı diqqətdən kənarda qalmışdı. Ancaq Azərbaycanda bunların hər ikisinin Ermənistana hansı niyyətlə göndəildikləri və hər ikisinin Qarabağdakı hərbi kontingentlə sıx əlaqələrinin olduğunu - Vardanyanla hər şey aydındır - Karapetyanın əl altdan ora silah-sursat göndərdiyini də yaxşı bilirdilər. Ona görə Samvel Karapetyana qarşı da cinayət işi qaldırılmış və o, beynəlxalq axtarışa verilmişdi”.

S.Alıyev Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı hərəkətliliyə diqqət çəkib:

“2018-ci ildə qəbul etdikləri qanuna görə, deputatlar arasından Ermənistan baş naziri seçiləcək adam azı 5 il o ölkənin vətəndaşı olmalıdır və 4 il ardıcıl orada yaşamalıdır. Vardanyan Konstitusiya Məhkəməsinin 1998-ci ildə Köçəryana yanaşmada yol verdiyi prinsipdən çıxış edəcəyini düşünürək özünə məskən və plasdarm kimi Qarabağı seçdi. Karapetyan isə Ermənistana böyük investisiya qoymaq, elektrik şəbəkəsi qarışıq, bir sıra strateji obyektləri satın almaqla vətəndaşı olmaqla yanaşı, guya orada 4 il ardıcıl yaşadığı görüntüsünü də təmin edəcəyini düşünürdü.

İndi bu pul kisələrindən biri Bakıda, o biri isə İrəvanda təcridxanadadır. Vardanyanın pulu orada Parakar adlanan qəsəbədə bu yaxınlarda qətlə yetirilən Qriqoryanın, Karapetyanınkı isə Gümrüdə Qukasyanın mer seçilmələri zamanı, birincidə çox, ikincidə az rol oynamışdı.

İkincidə az ona görə deyirəm ki, Qukasyanın özünün də pulu az deyil. Hər iki yerdə bütün hallarda seçki məhz seçiciləri satın almaqla udulmuşdu. İndi də parlament seçkiləri ilə bağlı buna hazırlıq görülür. Amma burada böyük uğur əldə ediləcəyini düşünmürəm”.

Deputat erməni milyarder Samvel Karapetyanın baş nazir olacağını güman etmir:

“Həm də ona görə ki, Azərbaycanda beynəlxalq axtarışa verilən belə birinin baş nazir seçilməsinin də onlara nə vəd etdiyini son beş ildə bir neçə dəfə acı gerçəkliklə üzləşən Ermənistan vətəndaşları bilməmiş deyillər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see410

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see261

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see252

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see250

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see248

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see236

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see232

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see227

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see227

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see221

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see218

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see216

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see211

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see208

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see208

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see205

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see202

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see193

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see193

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri