Icma.az
close
up
RU
O qədər pulum var idi ki, xərcləməyə yer tapmırdım Var dövlətini açıqladı

O qədər pulum var idi ki, xərcləməyə yer tapmırdım Var dövlətini açıqladı

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Deyirlər, pul əl çirkidir. Bunu deyənin başı işləmir. Necə əl çirkidir? Pul cəsarət verir, cəsarətləndirir. Pulsuzluq qüssə verir. Sevgilini özgələrə yar edir. Atanın, ananın gözündən düşməyə vasitədir. Etmək istədiklərinin hamısı pulladır. Əsas odur onun qulu olmayasan. Pul ancaq nəfsinə xidmət edəcəksə, səni ölümə aparacaq".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Həftənin qonağı" proqramında deyib. Müğənni yığdığı kolleksiyadan danışıb:

"Rəssamlığı sevmişəm, amma musiqini seçdim. Evdə oturub cızma-qara etmişəm. Evimdə çoxlu əsərlər var. Azərbaycanda indi rəssamlar döymə əsərlər edir. Mənim evimdə isə 40 ildir döymə əsərlər var. 250-300 il yaşı olan antiq əşyalarım var. Hara getmişəm oradan almışam. Dostlarım hədiyyə göndərib".

A.Ağayev var-dövlətindən, şadlıq evindən söz açıb. O bildirib ki, şadlıq evi indi mərasim zalı kimi fəaliyyət göstərir:

"Qızımı ora-bura müalicəyə aparırdım. Məcbur idim, işin başında deyildim. Arendaya verdim. 15 il icarəyə verdim. Bir gün icarə verən adam dedi mərasim zalı olsun? Dedim, pulunu ödəyirsən, nə istəyirsən et. Obyektlərim var. Öz-özünə yaranıb. Şirkət açmışdım, "Ağadadaş MMC". O qədər pulum olub ki, xərcləməyə yerim yox idi. Sovetin dövründə çox pulum var idi. Altında nə qədər pulun var, heç nə ala bilməzsən. Yoxlayırdılar. Bahalı mağazaya girirdim. Halbuki heç kimi ora buraxmırdılar. Brend almağa meyilli idim. Polislər girirdi içəri ki, haradan qazanmısınız pulları? Bakıda o qədər ev almışdım. Hətta bir binanın bir blokunu bütöv almışdım. Ən əsası evində qızıl saxlamalısan. Amma hər başın dara girəndə gedib bir külçə qızılı götürüb satmamalısan".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam.az_magazine (@axsam.az_magazine)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://axsam.az
archiveBu xəbər 11 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri