Icma.az
close
up
RU
“O üçrəngli Milli Dövlət Bayrağı altında nə iş görürsüz?!. Heç utanırsız?!.”

“O üçrəngli Milli Dövlət Bayrağı altında nə iş görürsüz?!. Heç utanırsız?!.”

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“O bayrağın ki, 1918-1920-ci illərdə, sonra da 1988-ci ildən bəri onun uğrunda on minlərlə oğul-qızımız canını fəda edib,  o bayrağın ki,  Aprel döyüşlərində, 44 günlük Vətən savaşında, sentyabr döyüşlərində, 23 saatlıq hərbi əməliyyatda da onun kölgəsi altında minlərlə Azərbaycan övladı şəhid olub...”

“Nə gözəl ki, son illərdə Azərbaycan bayrağı yalnız Bakıdakı 191 metrlik qülləyə deyil, ən əsası, elə həmin bayraq altında fəaliyyət göstərən ölkə rəhbərliyinin siyasət və diplomatiyası, şəhid və qazilərimizin cəsarəti, igidliyi, fədakarlığı, canı, qanı sayəsində  erməni işğalından azad edilmiş Kəlbəcərdəki Murovdağ silsiləsinin 3724 metrlik Gamışdağ yüksəkliyində, Laçındakı 3584 metrlik Qızılboğaz zirvəsində, Şuşadakı 2725 metrlik Böyük Kirs yüksəkliyində və s. ucaldıldı...”

-FİKİR SAVAŞI...-

İkinci gündür ölkəmizdə bayramdır. Dünən 8 Noyabr- Zəfər günü idi, bu gün – 9 Noyabr isə Dövlət Bayrağı günüdür. Bu münasibətlə bu xalqı, bu Vətəni, bu dövləti, bu bayrağı təmənnasız sevən hər kəsi, həmçinin xaricdəki soydaşlarımızı  təbrik edirik... Təki həmişə Vətənimizdə, elimizdə, yurdumuzda toy-bayram, şənlik olsun... 

Nəhayət, 8 noyabr 2024-cü ildə paytaxtımızdakı Bayraq Meydanı yenidənqurma və bərpa işlərindən sonra açıldı və Prezident İlham Əliyev Azərbaycan bayrağını oradakı bərpa olunmuş ümumi hündürlüyü 191 metr olan qülləyə qaldırdı. Ginnes Dünya Rekordları Təşkilatı 2024-cü il noyabrın 6-da Meydanda qaldırılan Azərbaycanın dövlət bayrağının dünyada ən böyük bayraq olduğunu təsdiq edib...

Əla! Gözəl... Bu münasibətlə də hər bir populist, karyerist yox, gerçək bayraqsevər vətəndaşımızı təbrik edirik...

Bəli,  nə gözəl ki, son illərdə Azərbaycan bayrağı yalnız Bakıdakı 191 metrlik qülləyə deyil, ən əsası, elə həmin bayraq altında fəaliyyət göstərən ölkə rəhbərliyinin siyasət və diplomatiyası, şəhid və qazilərimizin cəsarəti, igidliyi, fədakarlığı, canı, qanı sayəsində  erməni işğalından azad edilmiş Kəlbəcərdəki Murovdağ silsiləsinin 3724 metrlik Gamışdağ yüksəkliyində, Laçındakı 3584 metrlik Qızılboğaz zirvəsində, Şuşadakı 2725 metrlik Böyük Kirs yüksəkliyində və s. ucaldıldı...

Fəqət, nə yazıqlar ki, cəmiyyətdə həmişə xalqın, qeyrətli, vicdanlı vətəndaşların vətənpərvərliyindən, onların sevgi obyektlərindən sui-istifadə edən məxluqlar yetərincə olur. Belələrinə fərqi yoxdur, təki vəzifə, kreslo, var-dövlət olsun... Nəyin hesabına, hansı dövlətin, hansı xalqın hesabına, hansı bayrağın altında olur-olsun... Belələri vaxtilə sovet-rus imperiyasının hesabına, sovet-rus bayrağı altında yaltaqlıqla, məddahlıqla, dələduzluqla, saxtakarlıqla, rüşvətxorluqla, korrupsiya ilə məşğul idilər, indi də eyni əməli öz doğma, milli dövlətimizin verdiyi səlahiyyətlər hesabına, onun bayrağı, yəni Azərbaycanın üçrəngli bayrağı altında təkrarlayırlar. O bayrağın ki, 1918-1920-ci illərdə, sonra da 1988-ci ildən bəri onun uğrunda on minlərlə oğul-qızımız canını fəda edib,  o bayrağın ki, sonuncu Aprel döyüşlərində, 44 günlük Vətən savaşında, sentyabr döyüşlərində, 23 saatlıq hərbi əməliyyatda onun kölgəsi altında minlərlə Azərbaycan övladı şəhid olub...

İnanın ki, bir, Allah eləməmiş, Bakıda yenidən ruslar, hətta ermənilər hakimyyət başında otursa, bu cür tamahkar, gözüdoymaz, xəyanətkar məxluqlar onlara da baş əyəcək, onlara da yaltaqlanacaq, təki onların da bayrağı altında yeyib-dağıtsınlar, rüşvətlərini alıb saysız-hesabsız, villalarını, obyektlərini tiksinlər... 

Bu sətirlərin müəllifi də 1988-ci ilin Meydan hərəkatında 10 gün ardıcıl gecə-gündüz Azadlıq meydanındakı yüz minlərin arasında Azərbaycan bayrağı altında sovet-rus imperiyasından “Azadlıq”, “Qarabağdan əlinizi çəkin!”  və s. şüarları ilə çıxış edib. Elə həmin günlər yenə də Azərbaycan bayrağı ilə bağlı sovet hərbçiləri bir insident yaşayıb və bununla bağlı 1989-cu ilin martında Qara şəhərdəki məşhur təcridxanada 5 sutkalıq həbsdə olub...

Məhz bu yaşadıqlarım da, üstəgəl  30 illlik didərginlik  dövründə başımıza gələnlər də “Axırıncı aşırım” filmində Qəmlonun dediyi kimi, rüşvətxor, korrupsioner məmur görəndə əllərimin geyişməsinə səbəb olur...

Bir neçə dəfə hətta belələrini “iş başında” tutub biabır etmişəm...

...Təxminən 15 il bundan öncə rayonlardan birində bir qohumum zədələnmiş milli pasportunu dəyişdirən zaman dedi ki, eşitmişən, “pasport-masa” rəisi rüşvətsiz dəyişdirmir, xahiş edirəm, mənimlə bir yerdə gedək. Getdik, özümü jurnalist kimi təqdim etdim həmin rəisə, tanış oldum. Dedi ki, problem yoxdur, vətəndaş ərizə-filan yazsın, sonra da banka lazım olan dövlət rüsumunu ödəyib qəbzini götürüb gəlsin. Qohumum pulu banka ödəyib, qəbzi götürüb gəldi, təkrar rəisin kabinetinə girdik. Başının üzərində Azərbaycan bayrağı ilə yanaşı eks-prezident Heydər Əliyevin və hazırkı prezident İlham Əliyevin portretləri olan rəis buyurdu ki, “ver görüm”. Qohumum əlindəki qəbzi ona sarı uzadanda mayor rütbəli polis qayıtdı ki, onu demirəm, o birisini(yəni nəzərdə tutulmuş rüşvəti, əlavə haqqı) deyirəm... Elə o məqamda o rəisə başının üzərindəki portretləri, bayrağı göstərib onların kim, nə oduqlarını soruşdum... Cavab verdi... Mən də cavabında ona dedim ki, bəs utanmırsız, bu dövlət bayrağının, bu liderlərin portretləri altında nə iş görürsüz?  Günün günorta çağı vətəndaşı rüşvətə, cinayətə təhrik edirsiz, özünüz də cinayətə əl atırsız. Özü də hələ mənim jurnalist olduğumu bilə-bilə... Görün, adi vətəndaşlar özlərinə nə "hesablar" oxuyursuz? Rəisin dili topuq çaldı. Heç nə cavab verə bilmədi...

Bir dəfə də məktəb direktoru işləyən atam axşam evə gec gəldi. Zəng edəndə məlum oldu ki, rayon təhsil şöbəsinin xəzinədarı gəlib direktorları inzibati binalardan birinə yığıb “xərac” toplayır... Getdim içəri daxil oldum, “salaməleykum” deyib əyləşdim, yenə də Azərbaycan bayrağının, ölkə liderlərinin portretləri altında əyləşmiş xəzinədar əvvəlcə sadəcə atamın yanına gəldiyimi düşünüb açıq “alver” söhbətinə davam etdi və müdir tərəfindən hər kəsin üzərinə qoyulmuş “haqqı” istədi. Atamın rəhbəri olduğu şəhidlərimizdən birinin adını daşıyan tam orta məktəb də rayonda ən nümunəvi, heç bir ciddi nöqsanı olmayan məktəblərdən biri idi... Gözləmədiyi halda ayağa qalxıb “pasport-masa” rəisinə  verdiyim sualları, dediyim sözləri o məmura da deyərək onu ifşa edib otaqdan çıxdım... Ertəsi gün rayon başçısına da teleqram vurub xəzinədarın əməlləri haqda məlumat verdim...

Təəssüf ki, ötən yazılarımdan birində vurğuladığım kimi, cəmiyyətimizdə əksəriyyət, xəzinədar kimi xərac ylığanlara “fərasətli”, “delavoy”, mənim kimi haqqı, gerçəyi tələb edənlərə isə “demaqoq”, bəzən hətta “axmaq” deyir... Və məhz belə düşüncə tərzinin sayəsində bayrağımızın altında dələduzlar meydan sulayır...

Bu gün – bu Dövlət Bayrağı günündə yenə də ölkəni, xalqı yeyib-dağıtdıqca, taladıqca gözləri doymayan məxluqlara bir daha səslənirəm: “Utanmırsız, o Dövlət Bayrağı altında nə iş görürsüz?”...  Azad edilmiş yüksəkliklərimizdə, postlarımızda qaldırılan, şəhid tabutlarının büküldüyü, məzarlarının üzərinə sərildiyi o bayraq xalqımızın milli dəyərlərini tapdayan əxlaqsız, mənəviyyatsız “xalq artist”lərinə don əvəzi geyindirilməməlidir, sizin kimi pula, vəzifəyə, rütbəyə satılanların hesabına o bayraq üzərində Azərbaycan hərbçiləri zorlanmamalıdır...

Heç utanırsız?!.. Fəqət, bilirəm ki, sizdə utanan üz yoxdu... Amma gec-tez, bu bayraq altında, bu xalq, bu dövlət, bu ölkə hesabına qazandıqlarınız sizə qənim olacaq, inşəAllah!.. O gün o bayraq da dilə gəlib onun kölgəsi altında gördüyünüz çirkin əməlləri, etdiyiniz cinayətləri bir-bir sadalayacaq....

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri