Icma.az
close
up
RU
O ulduz olacaqdı...

O ulduz olacaqdı...

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Yay fəslinin gəlişi ilə çimərlik mövsümü də başlayıb. İnsanlar istirahət, günəş və dəniz axtarışına çıxırlar. Xüsusilə uşaqlar və gənclər üçün su azadlıq kimidir – qaçır, gülür, suya atılırlar. Amma təəssüf ki, bu xoş anlar bəzən faciə ilə nəticələnir.

Son günlərdə tez-tez eşitdiyimiz boğulma xəbərləri – biri xilas oldu, biri olmadı – artıq sadəcə statistika deyil. Bu hadisələr ciddi bir təhlükəni göstərir. Qeyri-rəsmi çimərliklər, gözardı edilən təhlükəsizlik qaydaları bizi acı bir reallıqla üz-üzə qoyur: səssiz su təkcə bədənləri yox, o bədəndəki arzuları, xəyalları, gələcəyi – gələcəyin müəllimini, həkimini, futbolçusunu da özü ilə aparır.

Fərid kimi…

Fərid Şahverdiyev – 16 yaşında bir gənc, “Zirə” futbol klubunun perspektivli və bacarıqlı oyunçusu. O, sevilən və güvənilən bir oğlan idi. Hər kəs onun bir gün məşhur futbolçu olacağına inanırdı. Fərid özü də deyirdi: “Mən bir gün ulduz olacağam. Hamı məndən danışacaq.” Bu, onun içindən gələn səs idi – sadəcə arzu yox, inam idi.

Fərid bu inamı davranışı, zəhməti və həyat tərzi ilə sübut edirdi. O, təkcə topun arxasınca qaçmırdı – xəyallarının arxasınca qaçırdı. Futbol onun həyatı idi, nəfəsi idi. Hər məşqdə o, təkcə bədəni ilə yox, ruhu ilə də meydanda olurdu. O, ulduz olmaq istəyən uşaq kimi deyil, artıq o ulduzluğa doğru irəliləyən biri kimi çalışırdı.

Lakin indi o, artıq aramızda deyil…

Fərid İyulun 17-si dənizdə boğularaq həyatını itirdi. O, cəmi bir neçə gün sonra başlayacaq “Zirə” komandasının yay məşqlərinə hazırlaşırdı. Bir qədər dincəlmək, özünü toparlamaq və yeni mövsümə güclü başlamaq istəyirdi. Amma bu istirahət onun son istirahəti oldu. Dəniz onunla birgə o məşqləri də, planları da, ümidləri də apardı.

Fərid ulduz olmaq istəyirdi. Sadəcə tanınmaq yox, sevilmək, yadda qalmaq istəyirdi. Fərid fərqli idi– gözlərində məqsəd vardı. O, hədəfini seçmişdi. Tez-tez deyirdi: “Bir gün hamı məni tanıyacaq.” Bu sözlər bir uşaq iddiasından daha artıq idi – bu, içində alışan böyük bir inam idi. Fərid o qədər ürəklə danışırdı ki, onu dinləyən hər kəs inanırdı. Çünki onun gözlərində yalnız xəyallar yox, zəhmət, səbir və prinsipiallıq vardı.

Ən sonda çıxardı məşqlərdən, meydançadan “yetər” deməzdi. Bəlkə də doğrudan da bir gün bu ölkənin ən parlaq futbol ulduzlarından biri olacaqdı. Bəlkə də hansısa stadionda minlərlə insan onun adını səsləyəcəkdi. Bəlkə biz bir gün deyəcəkdik: “Fəridi tanıyırsan?” “Gördünüz? Vurduğu qol komandanı xilas etdi”.

Amma indi bu “bəlkə”lər suya qarışdı.

Dəniz yalnız bir gənci yox, onunla birgə bir ümidin, bir arzunun, bir gələcəyin də üstündən keçdi.

Və ən çox da bu təsir edir insana…

Fərid təkcə futbolçu deyildi. O, ailəsinin fəxri, valideynlərinin nəfəsi idi. Onun sinif yoldaşları bu xəbərlə hələ də barışa bilmir. Ən yaxın dostları isə məzarından geri dönə bilmir. Göz yaşları torpağa qarışıb, sükut dilə gəlib. Çünki bu gediş – çox qəfil və çox ağır oldu.

Yaşı az olsa da, Fərid böyük insanlar qədər düşünən, məsuliyyətli bir gənc idi. Həyatda da, futbol meydanında da fərqlənirdi. Onu tanıyan hər kəsin qəlbində iz buraxmışdı. Fəridlə bir dəfə söhbət edən belə onu unuda bilmirdi. Çünki o, özü kimi idi – səmimi, təmiz, səssiz, amma güclü…

İndi isə o səssizlik daha dərindir. Onun gülüşü, oyundakı çevikliyi, gözlərindəki parıltı artıq yoxdur. Amma xatirələrdə yaşayacaq. Hər kəsin yaddaşında bir uşaq kimi yox, gələcəyi olan bir ulduz kimi qalacaq.

Fərid Şahverdiyev ulduz olacaqdı. O, özü buna inanırdı. Biz də inanırdıq.

Amma ulduzlar həmişə göydə qalmır…

Bəzən ən parlaq olanı tez sönür.

Fərid, sən ulduz idin və ulduz olaraq qalacaqsan…

Fərid Şahverdiyevin xatirəsinə…

Muradzadə Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 İyul 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri