“O, uşağını Trampdan daha çox sevir”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avqustun sonunda Ağ Evin sözçüsü postunu tərk etməyə hazırlaşan Kerolayn Livitt ABŞ Prezidenti Donald Trampın komandasında işini davam etdirəcək.
“Qafqazinfo” “NBC News” xəbər verir ki, bu barədə Tramp Mirtl-Biçdə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Belə ki, dövlət başçısı Livitti səhnəyə dəvət edərək ona təşəkkürünü bildirib.
“O, təzəlikcə uşaq dünyaya gətirib və mən yalnız indi öyrəndim ki, o, uşağı Donald Trampdan daha çox sevir və mən buna çox qəzəbliyəm”, - Tramp zarafatla deyib.
Livitt isə cavabında prezidentə minnətdarlığını bildirib və Ağ Evin mətbuat katibi vəzifəsində işləməyin onun üçün “ən böyük şərəf” olduğunu söyləyib.
Xatırladaq ki, Kerolayn Livitt hələ avqustun əvvəlində vəzifəsindən ayrılacağını açıqlamışdı. O, qərarını ailəsi və uşaqları ilə daha çox vaxt keçirmək istəyi ilə əlaqələndirib. Daha sonra Livitt Ağ Evdən ayrıldıqdan sonra “MAGA Inc.” - Trampla əlaqəli siyasi fəaliyyət superkomitəsində (Super PAC) işə qayıdacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 22 Avqust 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















