Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

O yazıçılar Azərbaycan dilinin tərəfini saxlamadı!

O yazıçılar Azərbaycan dilinin tərəfini saxlamadı!

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Seymur Baycanın Azərbaycan dili haqqında yazısını təqdim edir.

Azərbaycanda yüzlərə yazıçı, şair, publisist, redaktor, tərcüməçi, bir sözlə, yazı-pozu adamı var. Yüzlərlə adam Azərbaycan dilinin hesabına ev, təqaüd, müxtəlif mükafatlar, maaş, honorar alıb. Yüzlərlə adam Azərbaycan dilinin hesabına ad-san qazanıb, cəmiyyətdə özünə azdan-çoxdan yer tutub, söz, vəzifə, mənsəb sahibi olub, məclislərdə tamada seçilib, ailə saxlayıb, uşaq böyüdüb…

Azərbaycan dilinin hesabına adam olmuş yüzlərlə adamdan heç biri dil ətrafında gedən məlum müzakirələrdə qəti və açıq şəkildə Azərbaycan dilinin tərəfini saxlamadı. Əksinə, Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı saxta, süni dilin ayağına verdilər. Bunu ciddi-cəhdlə əsaslandırmağa çalışdılar. Ən yaxşı halda nala-mıxa vurdular. Mus-mus dedilər, lakin Mustafa deməyə heç kimin cəsarəti çatmadı. Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı saxta, süni dilin ayağına vermək məsuliyyətsizliyin, tənbəlliyin, qorxaqlığın, yaltaqlığın təzahürü olmaqla yanaşı, həm də nankorluğun, çörəyi dizinin üstə olmağın, yediyi qaba tüpürməyin göstəricisidir. Hər şeyi qoyaq bir qırağa, insan heç olmasa yemək yediyi, su içdiyi qaba hörmət edər.

Gəlin belə bir xəyali paralel aparaq. Təsəvvür edin ki, otuzuncu illərdə Stalin bir gün yuxudan kal oyanır, beyni qızır və dildə islahat aparmaq tapşırığı verir. Deyir ki, ərəb-fars sözləri dildən çıxarılmalı, bundan sonra ərəb-fars sözlərinin əvəzinə saxta, süni, uydurma sözlərdən istifadə olunmalıdır. Belə bir avantüra çox rahatlıqla baş verə bilərdi. Qılıncının qabağı da kəsirdi, dalı da. Kəsdiyi başa sorğu-sual yox idi. Kim bu avantüraya “yox” deməyə cəsarət tapa bilərdi? Səməd Vurğun, yoxsa Rəsul Rza? Bəlkə, Məmməd Rahim? Beləliklə, Stalinin tapşırığına əsasən ərəb-fars sözləri lüğətdən qovulur, bir dəstə adam oturub bu sözlərin əvəzinə saxta, süni sözlər yaradırlar.

Bəs bu avantüranın nəticəsi necə olardı?

O vaxta qədər yazılmış bütün vacib nəsr, nəzm nümunələri avtomatik olaraq öz əhəmiyyətini itirərdi, nəsillər arasında uçurum yaranardı, keçmişlə, köklə əlaqə kəsilərdi, xalqın formalaşmasında müstəsna rol oynamış əsərlərin sadələşdirilmiş (oxu: divan tutulmuş, anası ağladılmış) variantları nəşr olunardı…

Stalinin azərbaycanlılara etmədiyi dəhşətli pisliyi Atatürk türklərə etdi. Demirəm, qəsdən etdi. Atatürk xalqını, ölkəsini, əlbəttə, çox sevirdi. Buna zərrə qədər də şübhə ola bilməz. Sadəcə mütləq hakimiyyətin həmişə bir “hoqqası” çıxır. Tənqid, nəzarət mexanizimi, sağlam rəqabət olmayan yerdə hətta ən ağıllı, ən vətənpərvər, ən tərəqqipərvər, ən maarifpərvər, ən intellektual adam belə dəli olub, reallıq hissin itirib çox asanlıqla dəhşətli səhvlərə, avantüralara yol verə bilər. Əgər həmin vaxtlar Türkiyədə bir balaca söz və ifadə azadlığı olsaydı, Atatürk türk xalqının başına corab hörə bilməzdi. Atatürkün apardığı dil islahatı heç də dil islahatı deyildi, konkret, birmənalı olaraq, mədəni genosid idi. Mədəni genosidin buynuzu olmur. Ümid edirəm, türk xalqı nə vaxtsa bu acı və ağır həqiqətin gözünə dik baxmağa özündə güc, iradə tapacaq.

Gəlin daha sadə paralel aparaq. Təsəvvür edin ki, X. adlı bir allah bəndəsi bir gün səhər yuxudan oyanır. Görür yaddaşını itirib. Bilmir kimdir, adı nədir, neçənci ildə anadan olub, harada anadan olub, atası kimdir, anası kimdir, nənəsi kimdir, babası kimdir. Oxuduğu bütün kitabların məzmunu, süjeti, bütün vacib məlumatlar yaddaşından silinib. Atatürkün dil islahatının nəticəsində də türk xalqı yaddaşını itirmiş insanın vəziyyətinə düşdü.

İndi kiçik qardaş xəstəliyi, türkləri yamsılamaq mərəzi o dərəcədə tüğyan edir ki, azərbaycanlılar özləri özlərinə qarşı könüllü olaraq mədəni genosid törətməkdədilər. Çox güman, dünya tarixində ilk dəfədir belə bir hal baş verir. Bir xalq könüllü olaraq özü özünə qarşı mədəni genosid törədir. Azərbaycan yazıçıları, şairləri, jurnalistləri, qərəz, yazı-pozu adamları isə camaatı başa salmaq, camaata doğru yol göstərmək əvəzinə bu mədəni genosiddə həvəslə iştirak edirlər. Bu mədəni genosidin ağır nəticələri çox yox, cəmisi on-on beş ildən sonra kəskin şəkildə üzə çıxacaq. Amma onda çox gec olacaq. İndi, hal-hazırda, bu an, bu dəm yara istidir, ağrı vermir. Bu an, bu dəm yara nəinki ağrı vermir, hətta həzz verir.

Qeyd: kulis.az müəllifin bu mövqeyini bölüşmür, fərqli fikirlərə və müzakirələrə yer verən platforma olaraq bu yazını yayımlayır. Alternativ yazıları da yayımlamağa hazırıq.

Seymur Baycan: "Bu problemə dövlət səviyyəsində müdaxilə edilməlidir" - Müsahibə Sonuncu top Nə geniş fon, nə dəqiq təsvirlər, nə də ki, dərin hisslər vardı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Fevral 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri