Icma.az
close
up
RU
OBA marketlərdən aztəminatlı əməkdaş övladlarının təhsilinə dəstək

OBA marketlərdən aztəminatlı əməkdaş övladlarının təhsilinə dəstək

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"OBA" marketlər şəbəkəsi sosial məsuliyyət strategiyasının bir hissəsi olaraq əməkdaş övladlarının təhsilinə dəstəyini davam etdirir. Şirkətlər qrupu tərəfindən artıq 6 ildir həyata keçirilən "Gələcəyini qur" layihəsi bu dəfə də əməkdaş ailələri üçün böyük imkanlar yaradıb.

Layihə çərçivəsində hər il 10-cu sinifdə təhsil alan əməkdaş övladları seçilərək, iki il müddətində ixtisas üzrə hazırlıq proqramına cəlb olunur. Məqsəd - əməkdaş ailələrinin övladlarının gələcəyinə dəstək olmaq, xüsusilə aztəminatlı ailələrdən olan əməkdaşların övladlarına əlavə imkan yaratmaqdır.

Ötən ildən etibarən bu təşəbbüs "OBA" marketlər şəbəkəsi tərəfindən icra olunur. Nəticə olaraq, builki mərhələdə 4 əməkdaş övladı, eyni zamanda, 2 abituriyent şirkətlər qrupundan kənar müraciət əsasında layihədə iştirak edib və uğurlu nəticə ilə tələbə adı qazanıb.

Qeyd edək ki, yalnız bu il seçilmiş 6 tələbənin təhsilinə şirkət tərəfindən ümumilikdə 30 min manat vəsait ayrılıb. Bu təşəbbüs əməkdaş ailələrinin, eləcə də aztəminatlı ailələrin gələcəyinə verilən real dəyərin və "OBA" marketlərin sosial məsuliyyətə sadiqliyinin bariz nümunəsidir.

Layihə çərçivəsində "OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova tələbə adı qazanan gənclərlə və onların valideynləri ilə görüş keçirib. Görüş zamanı tələbələrə uğurlar arzulayıb və onların təhsil yolunu dəstəkləmək məqsədilə hər birinə planşet təqdim edib. Eləcə də digər layihəyə uyğun olaraq həm "Gələcəyini qur" layihəsində iştirak edən, həm də tələbə adı qazanan bütün əməkdaş övladlarına "Təhsil təqaüdü" adlı uzunmüddətli layihə çərçivəsində təqaüd verilir. Sözügedən təqaüd proqramına əsasən, 491-dən çox bal toplayan əməkdaş övladlarına hər ay 100 manat, 591 baldan yüksək toplayan əməkdaş övladlarına hər ay 200 manat təqaüd verilir. Daha az bal toplayanlara isə birdəfəlik təqaüd təqdim edilir.

"OBA" marketlərdən aztəminatlı əməkdaş övladlarının təhsilinə dəstək

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see223

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see210

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Sədərəkdə yarım qalan işləri tamamlamaq üçün 7,6 milyon xərclənəcək

10 Dekabr 2025 20:00see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri