Obameyanqa göz dəydi Əməliyyat olunacaq
Icma.az, Apasport portalına istinadən məlumat verir.
“Deportivo”nun hücumçusu Pyer-Emerik Obameyanq ciddi zədə ilə üzləşib.
Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçunun sağ dizinin xarici menisküsündə problem aşkarlanıb.
Klubun açıqlamasına görə, qabonlu forvard bu gün Madriddə əməliyyat olunacaq.
Obameyanq zədəni “Betis”lə 1:1 hesabı ilə başa çatan La Liqa matçında alıb. Onun təxminən 1,5–2 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Təcrübəli hücumçu mövsümə uğurlu başlamışdı. O, La Liqada keçirdiyi ilk 7 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib və ardıcıl 5 turda fərqlənib. Yeni yüksəldiyi La Liqada yaxşı start götürən “Deportivo” da ilk beynəlxalq fasiləyə 7-ci pillədə yollanmışdı.
Qeyd edək ki, Obameyanq yayda “Marsel”dən “Deportivo”ya keçib.
“Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol Avroliqadan həvəskar liqaya – “Yeni Malatyaspor”un çöküşü “Marsel” Genesionu göndərmək istəsə də, "əli-qolu bağlıdır" “Valensiya”da yeni baş məşqçi – Xavyer Aqirre yenidən İspaniyada Alaba "Udineze" yolunda
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 24 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















