Icma.az
close
up
RU
Obyekt sahiblərinin başına bəla olan avtobus zolaqları: Güzəşt olunacaq?

Obyekt sahiblərinin başına bəla olan avtobus zolaqları: Güzəşt olunacaq?

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkəmizdə avtobus zolaqları ilə bağlı bəzi problemlər hələ də qalmaqdadır. Dünən deputat Arzuxan Əlizadənin dedikləri də məsələni yenidən gündəmə gətirib. Belə ki, millət vəkilinin sözlərinə görə, xüsusilə baş yollarda, əsas yollarda olan obyektlərin qarşısında avtobus zolaqlarının olması səbəbindən obyekt sahibləri problemlər yaşayır. Təkcə parkinq problemi deyil, obyektlərə mal daşınması, boşaldılması problemi də var. Sahibkarlar deyir ki, ciddi maliyyə itirirlər.

Qeyd edək ki, bəzi yerlərdə yolun bir tərəfində avtobus zolağı, digər tərəfində isə “Dayanmaq qadağandır” və ya “Durma qadağandır” nişanı var. Bu zaman avtobus zolağı olmayan yerdə saxlayıb yükün vurulub-boşaldılmasını etmək mümkündür. Lakin bəzi yerlərdə bir tərəfdə avtobus zolağı, digər tərəfdə velosiped yolu və ya bu kimi maneə var.

Maraqlıdır, bu kimi hallarda avtomobil harada saxlanılmalıdır? Obyekt sahiblərinə yükün vurulub-boşaldılması üçün avtomobili saxlamağa güzəşt oluna bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, son dövrlər yol kənarında fəaliyyət göstərən sahibkarların şikayətləri artmaqdadır: 

“Xüsusən Babək prospekti, Ziya Bünyadov prospekti, Şərifzadə küçəsi və digər yerlərdə bu cür problemlər var. Həmin ərazilərdə böyük ticarət mərkəzləri, obyektlər və restoranlar var. Babək prospektində yaşayan tanıdığım şəxslər deyir ki, o ərazidə heç vaxt tıxac olmur, amma avtobus zolağı çəkilib. Digər tərəfdən, səkidə saxlamağa görə də cərimələr tətbiq olunur. Səkidə saxlayır, 60 manat, 2 bal, avtobus zolağına girir, 100 manat, 3 bal cərimə olunur. Yol kənarlarında təkər düzəldənlərin hamısı yoxa çıxıb. Sürücü harasa gedəndə yolda təkər boşalırdısa, maşını saxlayıb təkəri təmir etdirirdi. Artıq bu imkan yoxdur. Görün nə qədər iş yerinə təsir göstərir. İnsanlar aparat, hava sistemi və s. alıb, yol qırağında 1 manata təkərə hava vurur, pul qazanırdı. Onlar da bu zolaqlara görə bağlandı. 

Bu yaxınlarda Ziya Bünyadov prospektindən bir nəfər müraciət etmişdi. Hətta getdim, yerində baxdım. Adam deyir ki, icarəyə verdiyi obyektin icarəçiləri 2 aydan bir qaçır. Problem də zolaqlara görə müştərilərin gələ bilməməsidir. Bəlkə də, bu ticarət obyektləri yol qırağında olmamalı idi, bu, şəhərsalmanın problemidir. Faktiki vəziyyət isə budur. Babək prospektində elə obyektlər var idi ki, dövlətə ildə milyonlarla manat vergi ödəyirdi. Həmin obyektlərin indi müştərisi yoxdur. Oturub axşama kimi obyektdə milçək qovalayırlar. Obyektlər ilin sonu vergi verməlidir, sosial ödənişlər etməlidir. Nə ilə etsinlər? İndi kimsə deyəcək ki, getsin, bazarda satış etsin. Bu infastruktur artıq qurulub axı, adamlar milyonlarla manat xərcləyib obyekt tikiblər. Bu məsələdə günah obyektlərin orada tikilməsinə icazə verəndədir. Sahibkarı bu vəziyyətə salmaq olmaz. Şərifzadə küçəsində böyük ticarət obyektləri var, məişət avadanlıqları satılır. Deyir ki, 21:00-dan sonra avtobus zolağına girə bilərəm. O saatdan sonra kim gəlib soyuducu, televizor, mebel alır? Hamı evində yeməyini yeyib, televizora baxır”. 

Mütəxəssis qeyd edib ki, belə zolaqlar özlüyündə yaxşı addımdır, amma yol infastrukturu imkan versə, daha çox şey etmək olar:

“Mən əvvəl də etdiyim təklifin üstündəyəm ki, velosiped, skuter, moped, motosiklet və hətta gələcəkdə taksilərin belə avtobus zolaqlarında hərəkətini təşkil etmək olar. Bir yolun bir tərəfi velosiped zolağı, bir tərəfi avtobus zolağı olanda problem yaranır. Heç olmasa, yolun bir tərəfində də parklanma üçün şərait yaratmaq lazımdır. Bahalı parklanma qoyula bilər ki, çox insan istifadə etməsin, amma obyekt sahibi və ya bazarlığa gələn adam maşınını park edə bilməlidir”. 

E.Muradlı vurğulayıb ki, bu məsələlər bu formada tənzimlənə bilməz, həmin ərazilərdə hansısa formada avtomobil parklanmasına şərait yaratmaq lazımdır:

“Arzuxan müəllim aktual məsələyə toxunub. Millət vəkilinin bu məsələni qaldırmasını mən də dəstəkləyirəm. Həqiqətən, bu çətin vəziyyətdən çıxış yolunu tapmaq lazımdır. Tıxacın vaxtı bəlli olmadığı üçün bir çox yerdə 07:00-22:00 saatlarında avtobus zolağına giriş qadağandır. Ümid edirəm ki, gələcəkdə nəqliyyat infastrukturu düzələndən sonra avtobus zolaqlarında avtomobillərin hərəkəti müəyyən vaxtlarla tənzimlənə bilər. Bu məsələlərə zaman lazımdır, amma sahibkarlar ciddi şəkildə narazıdır”. 

Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Fevral 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri