Icma.az
close
up
RU
Obyektivlik mifi dağılır, BBC nin real siması üzə çıxır

Obyektivlik mifi dağılır, BBC nin real siması üzə çıxır

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

BBC-nin peşəkar, obyektiv, qərəzsiz, nüfuzlu media şirkəti olduğu barədə çoxlu sayda şüarlar, aforizm və idiomlar yaradılıb. Məsələn, deyirlər ki, “Hadisə baş verib, BBC yazıbsa, deməli, hadisə doğrudan da baş verib. BBC susursa, mövzu hələ təsdiqini tapmayıb”. Yaxud, auditoriyada əminlik yaradırlar ki,  “BBC üçün reytinq yox, həqiqət vacibdir”, “BBC jurnalistikanın ölçü vahididir”.  

GAM-ın (Qlobal Auditoriya Ölçüsü) 2024-cü il üzrə hesabatına əsasən, BBC-nin auditoriyası həftəlik 450-500 milyon nəfər civarında olub (https://www.advanced-television.com/2024/07/22/bbcs-global-reach-remains-resilient).  Bu rəqəmin böyük hissəsini beynəlxalq xəbər xidmətinin izləyiciləri təşkil edib. BBC World Service 42 dildə yayımlanır və dünyanın yarım milyard nəfərə yaxın  əhalisi onun  xəbərlərini izləyir.

Bəs dinləyicilərin hamısı BBC xəbərlərinin dürüstlüyünə etibar edirlərmi?

Analitik mərkəzlər qeyd edirlər ki, BBC-nin obyektivliyi və qərəzsizliyi barədə deyilənlər, sadəcə illüziyadır. Şirkət qlobal oyunlarda rol alır, tərəf tutur, tendensiyalı davranır  və nəticə olaraq, özü üçün dvidendlər qazanır. “BBC: obyektiv jurnalistika, yoxsa mif?” başlıqlı məqalədə vurğulanır ki, BBC-nin yanlış, qərəzli, tendensiyalı məlumatlar yayması haqqında çoxsaylı nümunələr mövcuddur (https://domford.net/post/bbc-myths/ ). Bu kontekstdə ən məşhur keyslərdən biri “Devid Kelli hadisəsi”dir. O, İraq müharibəsinin başlanmasında və gedişində BBC-nin qərəzli rolunu ehtiva edir.  Qeyd edilir ki, qlobal güc mərkəzləri tərəfindən İraqın işğalına yönəlmiş müharibənin ideoloji hazırlıq prosesində BBC də rol alıb. İraqın kütləvi qırğın silahlarına, kimyəvi silahlara malik olması barədə qondarma “kəşfiyyat məlumatlarının” yayılmasında yaxından iştirak edib. Yalançı məlumatlarla dünya ictimaiyyətini çaşdırıb. Auditoriyasını inandırıb ki, “İraq bu silahları 45 dəqiqə müddətində işə salıb böyük fəlakətlər törədə bilər”.  

Bəllidir ki, bu iddia  İraq müharibəsinin gedişində öz təsdiqini tapmayıb. BBC-nin həmin iddianı sübuta yetirmək üçün ekspert qismində təqdim etdiyi  Devid Kelli isə yanlış oyunlarda rol aldığına görə  intihar edib ( https://www.newyorker.com/magazine/2003/12/08/the-david-kelly-affair ). Ən acınacaqlısı  budur ki, İraq müharibəsinin gedişində bir  milyon nəfərdən çox insan həyatını itirib. Bütün bunlara rəğmən, BBC “sudan quru çıxmağı” bacarıb.   

Şirkətin adının qarışdığı “etibarsız xəbər” insidetntləri sırasında “Çernobıl nüvə qəzası haqqında yanlış məlumatlar” da var. BBC-nin bu hadisə barədə yaydığı xəbərlər digər qlobal KİV-lərin məlumatları ilə uzlaşmadığı üçün “daxili nəzarət orqanı” araşdırma aparıb. Tədqiqatların nəticəsi olaraq, “BBC-nin  Çernobıl fəlakəti barədə yanlış arqumentlərə istinad etdiyi, elmi baxımdan natamam və yanıltıcı xəbərlər paylaşdığı” sübuta yetirilib. Şirkət öz yanlışlarını  qəbul etmək məcburiyyətində qalıb (https://www.theguardian.com/media/2012/dec/11/bbc1-chernobyl-nuclear-disaster). 

İsrail–Fələstin münaqişəsi fonunda yol verdiyi yanlışlar isə BBC üçün ən rüsvayçı faktlardan biri kimi tarixə düşüb. “Al Jazeera” nın məlumatına əsasən, “BBC İsrail-Fələstin münaqişəsi ilə bağlı reportajlarında tərəfkeşlik və balanssızlıq ittihamları ilə üzləşib”. Öz fəaliyyəti ilə münaqişənin alovlanmasına, insan faciələrinin artmasına yol açıb. Bütün bunlar şirkətin öz əməkdaşlarının etiraflarında da əksini tapıb. Belə ki, BBC-nin 8 nəfər əməkdaşı  2023-cü ilin noyabr ayında  “Al Jazeera”ya məktub yazaraq, öz şirkətlərinin rəhbərliyi tərəfindən təqib olunduqlarını bildiriblər. Qeyd ediblər ki, müharibə bölgəsində gördükləri həqiqətləri  yazmaq istəsələr də, şirkət rəhbərliyi onların qarşısına sədd çəkib, fəaliyyətlərinə maneələr törədib. Onlardan “həqiqətləri göstərən faktları deyil, redaksiyadan verilən tezisləri təsdiqləyən arqumentlər tapmağı” tələb edib.  Repressiyaya məruz qalmaqdan ehtiyat edən  jurnalistlər anonimlik istəyiblər. “Al Jazeera” onların anonimliyinə təminat verərək, məktublarını ictimailəşdirib ( https://www.aljazeera.com/news/2023/11/23/as-israel-pounds-gaza-bbc-journalists-accuse-broadcaster-of-bias). 

Bu məktubda yazılanlar göstərir ki, BBC səhifələrində yer tutan yanlışlıqlar təsadüfi xarakter daşımır. Şirkət özünün maraqlarına uyğun olaraq, yalan xəbərlərin təqdimatı üzərində qurulmuş bir siyasət yürüdür. Yeri gəlmişkən qeyd edək ki, monitorinq mərkəzlərinin hesabatlarına əsasən,  BBC  təkcə İsrail-Fələstin münaqişəsi  haqqında reportajlarında 1553 dəfə qərəzlilik və qeyri-dəqiqlik nümayiş etdirib. 

Məsələ ondadır ki, BBC-nin fəaliyyətindən narazı qalanlar təkcə Fələstinin müdafiəçiləri deyillər. Şirkətin yarıtmaz fəaliyyəti İsrail hökumətində də ciddi narahatlıq doğurub. Belə ki, BBC  “Qəzzada Şəfa xəstəxanasına daxil olan İsrail hərbçilərinin həkimlərə atəş açdıqları barədə sensasion məlumat paylaşıb”. Növbəti gün isə “Reuters” xəbər agentliyində həmin xəstəxanaya girən İsrail hərbçilərinin xüsusi təlim keçmiş tibb işçiləri və ərəbdilli əsgərlərin müşayiəti ilə gəlməsi barədə xəbərlər verib. Onların xəstəxanaya tibbi ləvazimatları gətirdikləri bildirilib. Çıxılmaz duruma düşən BBC “efirdə yanlış məlumat yaydığına görə izləyicilərdən və İsraildən üzr istəyib” (https://qafqazinfo.az/news/detail/bbc-buna-gore-israilden-uzr-istedi-video-418506 ). 

BBC-nin münaqişələri qızışdıran, insan fəlakətinə yol açan yanlış xəbərlər verməsi, siyasi proseslərdə rol alması barədə yüzlərlə nümunələr mövcuddur. Dəfələrlə ifşa olunmasına rəğmən, şirkət öz yolunu nəinki dəyişmir, əksinə, yeni proseslərdə rol almaqda davam edir.   

“Ağ Ev” də BBC-ni qərəzli davranışına görə qınadı

ABŞ Prezidenti Donald Trampın mətbuat katibi Kerolayn Levit BBC telekanalını “hadisələri saxtalaşdırmaqda və ictimaiyyəti aldatmaqda” ittiham edib. O, “The Telegraph” qəzetinə verdiyi müsahibədə bildirib ki, BBC “solçu təbliğatın ruporuna” çevrilib və “tamamilə saxta media orqanıdır” (https://www.telegraph.co.uk/us/news/2025/11/07/donald-trump-attacks-bbc-bias-jan-6-speech/ ). 

Bundan əvvəl “The Telegraph” keçmiş BBC jurnalisti Maykl Preskott tərəfindən şirkətin Direktorlar Şurasına təqdim edilmiş bir məktubu dərc edib. Preskott iddia edir ki, BBC 2021-ci il yanvarın 6-da  “Kapitol binası” qarşısında baş verən hadisələrdən öncə Prezident Donald Trampın söylədiyi çıxışı təhrif edib. Efir zamanı hadisələrin xronologiyası dəyişdirilib, prezidentin çıxışının məzmunu isə saxtalaşdırılaraq ictimaiyyətə yanlış formada təqdim olunub.

Kerolayn Levit bu məlumata istinad edərək bildirib ki, “BBC-nin qəsdən təhrif edilmiş və məqsədli şəkildə montaj olunmuş bu videosu bir daha sübut edir ki, o, yüz faiz saxta media qurumudur”. Kerolayn əlavə edib ki, BBC qarşısında cavablandırılması vacib olan bir çox suallar vardır və teleşirkət bu suallara cavab verməli olacaq.

Ağ Ev təmsilçisinin BBC-nin fəaliyyətini neqativ fonda qiymətləndirməsi göstərir ki, şirkətin işindəki yanlışlıqlar qabarıq şəkildə üzə çıxıb, diqqət çəkib. Onun jurnalistika prinsiplərinə zidd davranışlarını qondarma şüarlarla gizlətmək imkanları tükənib. Dünyanın elə bir qütbü qalmayıb ki, BBC-yə qarşı etirazlar səslənməsin, tədbirlər görülməsin.

Azərbaycana yönəlik yanlış siyasət 

BBC-nin Azərbaycana yanaşması da eyni qəbildəndir. Qurum statistik xəbərlərin yayımında “obyektivlik” təəssüratı yaratsa da, prinsipial milli siyasət məsələlərində açıq-aşkar tendensiyalı mövqe nümayiş etdirib. Xüsusilə İkinci Qarabağ müharibəsi (2020) dövründə BBC-nin yaydığı materiallar Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurub. Ermənistan tərəfindən istehsal olunan bütün dezinformasiyalar BBC səhifələrində ictimailəşdirilərək dünyaya yayılıb. “BBC News”, “BBC World Service” və “BBC Azerbaijani Service” səhifələrində erməni tərəfinin manipulyativ məlumatları dəfələrlə əsas kimi təqdim olunub. Azərbaycanın mövqeyinə isə ya az yer verilib, ya da tamamilə görməzlikdən gəlinib. Məsələn, 2020-ci ilin noyabrında “BBC World” kanalı “Nagorno-Karabakh: Armenian civilians flee advancing Azerbaijani forces” başlıqlı reportaj yayımlayaraq bölgədəki erməniləri “zərərçəkən tərəf” kimi təqdim edib. Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş Gəncə və Bərdə terrorları barədə isə yalnız bir-iki cümləlik, səthi məlumat verib. 

Bu yanlış siyasət 2023-cü ildə Azərbaycanın tam suverenliyinin bərpa edilməsi uğrunda həyata keçirilən tədbirlər zamanı da təkrarlanıb. BBC obyektiv davranmaq, həqiqətin yanında dayanmaq əvəzinə, Qarabağın “separatçı liderlərinə” tribuna verib, onların ideyalarını  bütün dünyaya çatdırmağa çalışıb.  

Azərbaycan  Mətbuat Şurası 2023-cü ilin  sentyabr ayında açıqlama verərək, BBC-yə və onun yerli xidmətinə etirazını çatdırdı. Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ bölgəsi ilə bağlı yayımladığı  materiallarda “qərəzli”, “müstəqil jurnalistikanın prinsiplərinə zidd” yanaşma sərgilədiyini elan etdi. BBC-nin “erməni separatçılarına” tribuna verməsinin, fikirlərini yayımlamasının jurnalistika prinsiplərinə zidd olduğunu diqqətinə çatdırdı (https://presscouncil.az/en/news/427 ). Mətbuat Şurası çağırış etdi ki, BBC bu fəaliyyətinə görə “üzrxahlıq etsin,  ya da lisenziyası ləğv olunsun”. MŞ-nin bəyanatının ümumi ruhu budur ki, BBC-nin bu cür davranışı təkcə jurnalistika dəyərlərinin  pozulması deyil, həm də informasiya müharibəsində tərəfli mövqenin göstəricisidir. 

2025-ci ilin fevralında Azərbaycan Xarici İşlər Nazirliyi BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Bu  qərar BBC-nin Azərbaycana qarşı qəbuledilməz yanaşmasına  uyğun olaraq verilib. Aydınlıq yaranması üçün qeyd edək ki, nümayəndəliyin ləğvi ilə bağlı qərar BBC-nin ölkəmizdəki müxbir təmsilçiliyinə aid deyil. Şirkətə bir müxbirin akkreditasiyasının verilməsi nəzərdə tutulub. 

Qərb mediasında “ikili standartlar” fenomeni

BBC-nin sərgilədiyi siyasət əslində bir quruma məxsus olan hal deyil. Bu, Qərbdə fəaliyyət göstərən əksər transmilli media korporasiyaları üçün ümumi tendensiyasıdır. “Deutsche Welle”, “France 24”, “Radio Free Europe” və digərlərinin fəaliyyətinə diqqətlə yanaşanda görünür ki, formal olaraq “müstəqil jurnalistika prinsipləri”nə sadiq qaldıqlarını bəyan etsələr də, faktiki olaraq öz hökumətlərinin və ya bağlı olduqları siyasi dairələrin maraqlarına xidmət edən ideoloji alətə çevriliblər. Məsələn, “Deutsche Welle” Almaniyanın, “France 24” isə Fransanın “yumşaq güc aləti” rolunda çıxış edirlər.

DW Almaniya hökumətinin maliyyələşdirdiyi və “Almaniyanın imicini dünyada təbliğ etmək” məqsədilə yaradılmış rəsmi dövlət mediasıdır. Almaniyanın Xarici İşlər Nazirliyinin 2022-ci il hesabatında “Deutsche Welle” “Alman diplomatiyasının mühüm komponenti” adlandırılıb. Bu, DW-nin jurnalistikadan çox geosiyasi kommunikasiya aləti kimi fəaliyyət göstərdiyini təsdiqləyir. 2023-cü ilin payızında Qarabağdakı lokal antiterror tədbirləri zamanı DW erməni mənbələrinə istinadən Azərbaycan ordusunun əməliyyatlarını “etnik təmizləmə” kimi təqdim etmişdi. 

“France 24” isə Fransa hökumətinə məxsus “France Médias Monde” şirkətinin tərkibindədir və dövlət büdcəsi hesabına maliyyələşir. Rəsmi sənədlərdə onun əsas məqsədi “Fransa dəyərlərinin beynəlxalq miqyasda yayılması” kimi göstərilir. Qarabağ məsələsində “France 24” açıq şəkildə Ermənistana simpatiya bəsləyən mövqe sərgiləyib. 2020-ci ilin oktyabrında yayımlanan “Karabakh: Armenians resisting Azerbaijan’s offensive” reportajında Azərbaycanın əraziləri “mübahisəli torpaqlar” kimi təqdim olunub, Ermənistanın işğal faktı isə qeyd edilməyib.

2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyini bərpa etdiyi antiterror əməliyyatları zamanı France 24 “Qarabağda humanitar böhran” ifadəsini sərlövhə kimi istifadə edib. Halbuki bölgəyə gələn BMT missiyası 2023-cü ilin oktyabrında “humanitar fəlakət izlərinin müşahidə edilmədiyini” bəyan etmişdi.

Bu nümunələr göstərir ki, Qərbin aparıcı media qurumları demokratiya, insan hüquqları və azad mətbuat prinsiplərini yalnız öz maraqlarına uyğun hallarda ön plana çıxarırlar. Həmin prinsipləri pozan müttəfiq dövlətlər barədə isə susurlar. Məsələn, Fransanın Afrikadakı kolonial müharibələri haqqında ya susurlar, ya da rəsmi versiyaları tirajlayırlar.

Bu tendensiya “məlumat imperializmi” və “mediada hegemonluq” anlayışlarını aktuallaşdırır.

Müşfiq Ələsgərli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see135

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see131

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see130

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see129

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see126

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see125

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see124

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see124

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see121

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri