Kubadan Raul Kastro ilə bağlı ittihamlara Sərt reaksiya
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kuba hökuməti ABŞ-nin keçmiş Kuba lideri Raul Kastroya qarşı irəli sürdüyü ittihamları sərt şəkildə tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya sosial media hesabında paylaşdığı açıqlamada ittihamları “alçaq” və “əsassız” adlandırıb.
Nazir bildirib ki, ABŞ Ədliyyə Nazirliyinin açıqlaması Kuba əleyhinə sanksiyaları və təzyiqləri legitimləşdirmək məqsədi daşıyır. O, Vaşinqtonu Kubaya qarşı “uydurma hekayələr” yaratmaqda ittiham edib.
Rodriges həmçinin Raul Kastroya “tam və qeyd-şərtsiz dəstək” ifadə edərək, Kubanın özünü müdafiə hüququndan istifadə etmək əzmində olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş Mayami şəhərində keçirdiyi mətbuat konfransında Raul Kastro və bir neçə şəxsin dörd ABŞ vətəndaşının öldürülməsi ilə bağlı sui-qəsddə ittiham olunduğunu açıqlayıb.
ABŞ tərəfi iddia edir ki, 94 yaşlı Raul Kastro 1996-cı ildə “Brothers to the Rescue” humanitar yardım təyyarələrinin vurulması hadisəsi ilə əlaqəli olub.
Vaşinqtonun açıqlaması Havana ilə münasibətlərdə yeni gərginlik yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 22 May 2026 08:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















