Obyektləri sökülən sabiq deputat niyə məhkəməyə getmir? ÖZÜ AÇIQLADI
Lent az saytına istinadən Icma.az xəbər verir.
Sabiq deputat Qalib Salahzadənin Bakının Bilgəh qəsəbəsindəki obyektlərinin sifariş əsasında söküntüsünə başlanıldığı ilə bağlı xəbərlər yayılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə obyektlərin söküntüsü Q.Salahzadənin qonşuya yol verməməsinə görə olub.
Lent.az-a danışan sabiq deputat vurğulayıb ki, ona məxsus olan obyektlər 20-30 ildir həmin ərazidədir:
“30 ildir tikinti həmin yerdədir. Necə ola bilər ki, indi qonşuya yol verilməsin? Həmin qonşuluqdakı bağ tanınmış bir adama məxsusdur. Qonşu gərək gedib şikayət eləsin? Problem varsa, mənə desin”.
Q.Salahzadə obyektlərinin söküntüsü ilə bağlı məhkəməyə müraciət edib-etməməsi ilə bağlı da danışıb:
“Mən ömrümdə məhkəməyə müraciət eləməmişəm. Heç eləmək fikrim də yoxdur. Məsələ ictimailəşib, indi hüquq mühafizə orqanları onunla məşğul olsunlar, Sabunçu rayon icra hakimi Adil Vəliyevdən soruşsunlar”.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək üçün Sabunçu rayon İcra Hakimiyyətinə də sorğu ünvanlamışıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Fevral 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















