Icma.az
close
up
RU
OCCPR ilə bağlı xarici araşdırma Xədicə İsmayılı çətin vəziyyətə saldı Suallara cavab verə bilmədi…

OCCPR ilə bağlı xarici araşdırma Xədicə İsmayılı çətin vəziyyətə saldı Suallara cavab verə bilmədi…

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

OCCPR-nin (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) ABŞ-a bağlı olduğu, “jurnalistika” adı altında ölkələrin daxili işlərinə qarışmaq və təzyiq etmək üçün istifadə edildiyi bəlli idi. Xarici mediada yayımlanan araşdırmalarda bu fakt çılpaqlığı ilə ortaya çıxdı. 
“Dropsitenews.com” resursunda “Jurnalistika nəhəngi büdcəsinin yarısını ABŞ hökumətindən alır” başlıqlı məqalə dərc olunub. Ryan Grim, Ştefan Candea və Nikolas Leontopoulosun müllifi olduğu məqalədə OCCPR-nin mənsubluğu, maliyyə mənbələri, əsl məqsəd və məramını ifşa edilir. 
Fransanın “Mediapart” onlayn nəşri də OCCPR haqqında analoji məlumatlar yayıb.
Nəşr yazır ki, araşdırma Almaniyanın NDR ictimai telekanalı tərəfindən aparılıb. Araşdırmada “Mediapart”, Drop Site News, l Fatto Quotidiano, Reporters United kimi media qurumları da iştirak ediblər. Lakin OCCPR araşdırmanı yayımlanmaması üçün NDR-ə təzyiq edib. NDR araşdırmanı yayımlamaqdan çəkinsə də, tərəfdaşlar onun bir hissəsini dərc ediblər.
“Dropsitenews.com” araşdırmasına görə, illik 20 milyon avro büdcəyə malik və 200 əməkdaş çalışdıran OCCRP ABŞ dövlətinin layihəsidir. 2008-ci ildə kiçik bir media qrupu kimi fəaliyyətə başlayanda sərəncamında Dövlət Departamentinin Beynəlxalq Narkotik və Hüquq Mühafizə Məsələləri Bürosunun (İNL) verdiyi 1 milyon dollar vəsait olub. Bu vəsait də Delaverdə yerləşən “Jurnalistikanın İnkişafı Şəbəkəsi”nə (Journalism Development Group, LLC) verilib və bundan sonra OCCRP həyata vəsiqə qazanıb.
Qurulduğu dövrdən indiyə kimi OCCRP ABŞ hökumətindən 47 milyon dollar vəsait alıb. Əlavə olaraq 1.1 milyon dollar Avropa  İttifaqından və 14 milyon dollar da Avropa ölkələrindən alan təşkilatın büdcəsinin 52 faizi ABŞ hesabına formalaşıb. 
Maraqlıdır, OCCRP-nin ABŞ hökuməti ilə əlaqələri o qədər sıxdır ki, hətta USAİD-in ermənipərəst rəhbəri Samanta Pauer onu “tərəfdaş qurum” adlandırır. 
“Dropsitenews.com” və “Mediapart”ın məqalələrinin təhlili təsdiq edir ki, OCCPR ABŞ tərəfindən rəqiblərinə qarşı silah kimi istifadə edilən təşkilatdır. O cümlədən, ABŞ-ın maraqlarına uyğun olmayan siyasi xətt izləyən ölkələrin mərkəzi hakimiyyətləri bu təşkilat tərəfindən hədəf olaraq seçilir. 
OCCPR-nin araşdırmalarında əsas diqqətçəkən məqam “dərin məlumatlara” çıxış imkanlarının olmasıdır. Aydındır ki, bu məlumatlar ABŞ kəşfiyyatı tərəfindən ötürülür və təşkilar “jurnalist araşdırması” adı altında həmin məlumatları tirajlayaraq, Vaşinqtonun xarici siyasətində təsir rıçağı olaraq istifadə etməsinə imkan yaradır. OCCPR-nin Cənubi Qafqazda əsas hədəf seçdiyi ölkə Azərbaycandır və zaman-zaman bu prosesdə erməni maraqlarının müdafiəsi xüsusi xətlə seçilib. 
Bu araşdırmalar təsdiq edir ki, OCCPR-nin Azərbaycanla bağlı apardığı “araşdırmalar” yalan məlumatlara əsaslanıb və şantaj məqsədi daşıyıb. Hədəf Azərbaycana təzyiq etmək və ABŞ-ın maraqlarının təmin edilməsinə nail olmaq olub. 
OCCPR-nin Azərbaycanla bağlı araşdırmalarının altındakı əsas imza Xədicə İsmayıl olub. “Dropsitenews.com” və “Mediapart” araşdırmaları ilə bağlı Xədicə İsmayıla sual ünvanladıq. Bu faktlardan sonra özünü “müstəqil jurnalist” hesab edən X.İsmayıl etiraf etməsə belə, gerçəkləri qəbul etməsi gözlənilən idi. Lakin o, heç bir tutarlı əsas gətirmədi. Ümumi sözlərlə özünü müdafiə etməyə çalışdı. 
“Jurnalistin işi korrupsiyanı araşdırmaqdır” deyən Xədicə İsmayılın göründüyü kimi, “müstəqil jurnalistika” haqda təsəvvürü belədir. Çünki ABŞ-a bağlı olan OCCPR-nin araşdırmalarını “müstəqil jurnalist” kimi yox, sifarişin icra edilməsi olaraq hazırlayıb, bir çox araşdırma isə sadəcə onun imzası verilib. 
Göründüyü kimi, ABŞ-dan aldığı pul və sifarişlə OCCPR-nin yazılarına imza qoymaq Xədicə İsmayıl üçün “müstəqil jurnalistika”dır.
Vaqif Hüseynli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see170

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see159

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see153

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see137

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see123

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see122

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see121

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see121

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see119

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see117

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri