Icma.az
close
up
RU
OCCRPin maskası yırtıldı TƏHLİL

OCCRPin maskası yırtıldı TƏHLİL

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Pulu ABŞ dövləti verirsə, sifarişləri də var


Azər Həsrət: “Azərbaycanda az sayda da olsa, bir zümrə var. Onlara belə şeyləri izah edə bilmirik”


“Biz deyirik ki, Amerika Birləşmiş Ştatları da daxil olmaqla, Qərb dövlətlərinin maliyyələşdirdiyi heç bir təşəbbüs azadlıq rəmzi ola bilməz"


“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” (OCCPR) təşkilatının maliyyə mənbələri, əsl məqsəd və məramını ifşa edən sensasiyalı material dərc olunub. Bundan başqa, Fransanın "Mediapart" onlayn qəzeti, Almaniyanın "NDR" ictimai telekanalı da OCCRP ilə bağlı araşdırma aparıb. "Dropsitenews.com" resursunda Ryan Grim, Stefan Candea və Nikolas Leontopoulosun müəllifliyi ilə dərc olunmuş “Jurnalistika nəhəngi büdcəsinin yarısını ABŞ hökumətindən alır” başlıqlı məqalədə bildirilir ki, OCCRP özünü 2007-ci ildə yaradılmış müstəqil təhqiqat konsorsiumu kimi təqdim edir. 

Yerləşmə ərazisi kimi Sarayevo və Buxarest göstərilir. Beş postsovet ölkəsi - Rusiya, Ukrayna, Latviya, Ermənistan və Gürcüstanla əməkdaşlıq və nümayəndəlik kontaktları barədə məlumat verilir. Qeyd olunur ki, təşkilat jurnalistlər üçün qiymətli mənbə ola biləcək şirkət yazışmalarının, bank-maliyyə əməliyyatlarının, istintaq protokollarının, məhkəmə stenoqramlarının  onlayn  resursunu hazırlayır və təqdim edir. Həmin dövrdə OCCRP - Merilenddə yerləşən xeyriyyəçi “Jurnalistikanın İnkişafı Şəbəkəsi”nin qeydiyyatdan keçmiş rəsmi adı olduğu göstərilsə də, araşdırmalar belə bir adda qurumun ümumiyyətlə mövcud olmadığını göstərmişdi. Sadəcə, ABŞ-nin Merilend şəhərində OCCRP-nin redaktoru kimi adı keçən Dryu Sullivanın yaşadığı müəyyən olunmuşdu. Eyni zamanda təşkilatın Vaşinqtonda yerləşməsinə və biznes konsultasiya ilə məşğul olmasına dair məlumatı aşkar edilsə də, onun saytını tapmaq mümkün olmamışdı. Təbii olaraq belə bir rəy formalaşmışdı ki, OCCRP-nin ana şirkət kimi Merlienddəki “Jurnalistikanın İnkişafı Şəbəkəsi”nin adının yalandan hallandırılması, internet axtarışlarının heç bir nəticə verməməsi birmənalı şəkildə iz azdırmaq, hədəfdən yayınmaq məqsədi güdür. Araşdırma OCCRP-nin əsasən ABŞ-dən maliyyələşdirildiyini təsdiq edir. Materialların xarakteri də onun arxasında ABŞ xüsusi xidmət orqanlarının durduğunu göstərir. Təşkilatın maliyyəçiləri arasında Soros Fondu, USAİD və ABŞ Milli Demokratiya Fondu da var. OCCRP-nin ABŞ hökuməti ilə əlaqələri o qədər sıxdır ki, hətta USAİD-in ermənipərəst rəhbəri Samanta Pauer onu “tərəfdaş qurum” adlandırır. Təşkilatın Qafqaz regionunda ən çox diqqət ayırdığı məkan da Azərbaycan və Azərbaycan təmsilçiliyi olan QHT-lər idi. Bu təşkilat indiyədək dəfələrlə Azərbaycan əleyhinə fəaliyyət sərgiləyib, ölkəmizi əsassız iddialarla ittiham edib. Xüsusən COP29 zamanı da qurum qərəzli yanaşmalarından geri durmayıb. OCCRP-nin Azərbaycan da daxil olmaqla apardığı araşdırmaların sifarişçisi, icraçıları, onların qarşısına qoyulmuş vəzifələr indi daha aydındır. 


Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, sözügedən layihə Azərbaycanın ictimai rəyinə yetərincə tanışdır. Çünki onların fəaliyyətində Azərbaycan müstəsna "əhəmiyyət" daşıyır. Ekspert vurğulayıb ki, OCCRP Azərbaycana çox ciddi "diqqət" ayırır: 


"Özlərindən uydurduqları, yaxud kimlərinsə məqsədli şəkildə ötürdüyü əsaslandırılmamış, təsdiqlənməmiş informasiyalar üzərində işləyirlər. Anti-Azərbaycan hesabatlar təqdim edirlər və illərdir Azərbaycanla belə davranırlar. İndi onların maliyyəsinin haradan gəlməsi ilə bağlı ortaya çıxan gerçəklər də bizi heç cür təəccübləndirmir. Çünki onillərdir bənzər qurumlarla bu və ya digər şəkildə təmasda olan, onların iş prinsiplərini yaxından bilən, hədəflərinin nə olduğunu vaxtında təsbit edən biri kimi deyirəm ki, bu cür qurumların əksəriyyətinin arxasında məhz Qərb dövlətlərinin pulu dayanır. Amerika Birləşmiş Ştatlarının, Fransanın, Almaniyanın bu cür layihələri qurumları maliyyələşdirir. Bunu "vətəndaş cəmiyyəti təşəbbüsü" kimi dünyaya təbliğ edib tanıdır və onların üzərindən istədikləri dövlətə təzyiq edirlər. Bu layihə də o qəbildəndir. İllərdir deyirik ki, bunların arxasında dövlətin pulları var. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qurduğu "Azadlıq Radiosu" sonrakı mərhələdə Konqresin maliyyələşdirilməsinə verilib. Hazırda "Azadlıq Radiosu"nun maliyyəsi Konqresdən gəlir. Amma Amerika tərəfi bunu "azad media qurumu" kimi təbliğ edir. Təəssüflər olsun ki, bizdə bir çox insanlar "Azadlıq Radiosu" kimi qurumları müstəqil media qurumu kimi qəbul edirlər. Bir dövlətin pulu hesabına öz fəaliyyətini təmin edən qurum necə müstəqil ola bilər? Əgər konkret dövlət maliyyəsi alırsınızsa, deməli, bu maliyyənin arxasında konkret maraqlar var. Necə deyərlər, "pulu verən mahnını da sifariş edir". Pulu ABŞ dövləti verirsə, sifarişləri var. Siz də o sifarişləri könüllü şəkildə yerinə yetirirsiniz. Ona görə belə şeylər bizi təəccübləndirmir. Bizi təəccübləndirən məqam odur ki, Azərbaycanda az sayda da olsa, bir zümrə var. Onlara belə şeyləri izah edə bilmirik. Yəni tam anlada bilmirik ki, məsələnin mahiyyəti nədir. Onlara görə bütün bunlar "demokratiya", "ifadə azadlığı", "media azadlığı"nın əlamətləridir. Biz isə deyirik ki, Amerika Birləşmiş Ştatları da daxil olmaqla, Qərb dövlətlərinin maliyyələşdirdiyi heç bir təşəbbüs azadlıq rəmzi ola bilməz".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2024 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see189

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see149

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see145

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see145

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see143

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see142

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see138

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see137

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see128

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see127

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see127

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see127

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see126

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see126

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see126

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see126

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see126

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see126

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see125

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri