Icma.az
close
up
RU
Od çərşənbəsi od kultunun yaşayan izləri

Od çərşənbəsi od kultunun yaşayan izləri

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 mart, AZƏRTAC

Tədqiqatçıların Novruz çərşənbələrinin ikincisi hesab etdikləri Od çərşənbəsi xalqımızın qədim dövrlərdən gələn günəşə və oda tapınma inancını özündə yaşadır. Bu gün həyətlərdə tonqal qalamaq, evlərdə şam yandırmaqla oda və işığa olan müqəddəs münasibətimizi ifadə edirik. İnancımıza görə, tonqalın üzərindən atlanmaqla bütün azar-bezarın odda yanıb kül olacağına, xəstəliklərdən xilas olacağımıza ümid edirik. Odla bağlı icra olunan bu ayinlər od kultunun qədimdən günümüzədək yaşadığının bariz göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun əməkdaşı filologiya elmləri doktoru, dosent Şakir Albalıyev söyləyib. Onun sözlərinə görə, od kultunun izləri təkcə bayramlarda deyil, xalq təfəkkürünün müxtəlif qatlarında, xüsusən də atalar sözlərində özünü büruzə verir: “Od imandandır”, “Od qalar köz olar, qız qalar söz olar”, “Od küldə gizlənər”, “Odla zarafat eləyən ağlar qalar”, “Od yanan yerdən tüstü çıxar”, “Odla oynayan odsuz qalar”, “Od eləyəni fələk eləyə bilməz”.

Bu deyimlərdə od həm həqiqi, həm də metaforik-fəlsəfi anlamda çıxış edir. Məsələn, “Od eləyəni fələk eləyə bilməz” məsəlində odun gücü fələyin qüdrəti ilə müqayisə olunur. “Odla oynayan odsuz qalar” deyimi isə oda qarşı etinasızlığın sonunun ocaqsız qalmaqla nəticələnəcəyi xəbərdarlığını edir. Burada iki mühüm məna paraleli var: od həm fiziki fəsad törədə bilən bir qüvvə, həm də mifik missiyasına görə hörmət olunmalı müqəddəs bir ruhdur.

Alim bildirib ki, odla bağlı həm real, həm də mifik görüşlər “Oğlanqala” rəvayətində də öz əksini tapıb: “Rəvayətə görə, Arpaçayın sahilində yaşayan iki düşmən tayfadan birinin oğlu və digərinin qızı bir-birinə aşiq olur. Onlar hər gecə görüşmək üçün razılaşırlar. Oğlan Qaratəpədə tonqal qalamalı, qız isə o tayda ocaq yandırmalı idi. Şərt kəsirlər ki, kim əhdinə vəfasız çıxsa, özünü oda atıb yandırsın.

Bir gün qız ocağı yandırmır və oğlan onun vəfasız çıxdığını (toyu olduğunu) zənn edib özünü oda atır. Lakin oğlan vəfalı olduğu üçün od onu yandırmır. O, ağ daşa çevrilərək əbədiyyət qazanır. Həmin yer o vaxtdan Oğlanqala adlanır və insanlar hər il Novruzda bu müqəddəs daşın yanında od qalayıb qurban kəsirlər”.

Müsahibimiz əlavə edib ki, bu rəvayətdə tonqal həm yol göstərən bir işarə, həm də saflaşdırıcı bir qüvvədir: “Əhdinə vəfalı oğlanın odda yanmaması və müqəddəs bir ünvana çevrilməsi od kultunun yaradıcılıq və əbədiyaşarlıq simvolikasını təsdiq edir. Beləliklə, xalq yaradıcılığının hər bir nümunəsi Od çərşənbəsinin mahiyyətində dayanan o qədim inamı bu gün də canlı saxlayır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Mart 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri