Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Bölgələrdə Od çərşənbəsi adətləri

Bölgələrdə Od çərşənbəsi adətləri

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Od çərşənbəsi ilaxır çərşənbələrin ikincisidir. Buna xalq arasında “üsgü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir. Xalqımızın qədim ənənəsində od müqəddəs hesab olunub. Yaradılışın əsas atributlarından biri kimi od mifoloji təsəvvürdə geniş yer tutur. Odun müqəddəs sayılması onun ilkin yaradılışdakı yeri ilə əlaqəli olaraq meydana gəlmişdir. Novruzda tamamlanan böyük yaradılış bayramında odun xüsusi yeri vardır. İlaxır çərşənbədə və Novruz bayramı axşamı tonqal qalanması adəti mövcud olmuş və bu günə qədər gəlib çatmışdır.

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilin AZƏRTAC-a təqdimetdiyi “Bölgələrdə Od çərşənbəsi adətləri” sərlövhəli məqalədə yer alıb. Yazını təqdim edirik.

Şirvan bölgəsində hər çərşənbə axşamı hamı bir yerə yığışır, tonqal qalayır, lopa (möhkəm məftilin bir ucuna köhnə əski parçaları sarınır, neft vurularaq yandırılır) düzəldirlər. Uşaqlar lopanı daha çox hündürlüyə atmaq üçün öz aralarında yarışırlar. Tonqal yandıraraq ətrafına toplaşırlar. Hamı tonqalın üstündən atılır, “Ağırlığım, uğurluğum odda yansın, kül olsun” deyir. Torpaq çərşənbəsi o biri çərşənbələrə nisbətən daha təmtəraqla qeyd olunur.

Qubanın bəzi kəndlərində bayram axşamında tonqal yandırılmır, ancaq hər həyətdə evdəki adamların sayı qədər zoğal və ya alma ağacından kəsilmiş çubuqlar torpağa basdırılır, ucuna əski-üskü sarınıb yandırılır.

Tonqal üstündən atılmaq adəti isə “paklanma yolu ilə yaradılış” prosesinin mühüm ünsürü kimi çıxış edir. Azərbaycanın bütün bölgələrində Novruza qədərki hər bir çərşənbə axşamı tonqal qalanır. Məsələn, Qərbi Azərbaycanın Ağbaba bölgəsində Novruza üç çərşənbə qalanda birinci çərşənbə axşamı günü tonqal qalanar, böyük-kiçik tonqalın üstündən atılar, tonqal qalama hər üç çərşənbə axşamı yerinə yetirilərmiş.

Qaraqoyunlu bölgəsində axır çərşənbə axşamında yandırılan tonqalın üstündən adamlar atlanıb qurtarandan sonra mal-qaranı da bu rituala daxil edirdilər. Ənənədə qorunub qalmış əski oddan keçmə ritualı həm insanlar üçün, həm də onların mal-qarası üçün icra edilmişdir. Heyvanların oddan keçməsi qalanmış iki tonqal arasından keçmək şəklində də icra edilmişdir.

Axır çərşənbə axşamında yandırılan tonqalın üstündən atlanıb deyərlər:

Ağırrığım, uğurruğum,

Ağrım, acım,

Qadam, balam –

Hamısı tökülsün, bu odda yansın.

Dərbənd bölgəsində ilaxır çərşənbədə evin işığını sübhəcən söndürməzlər. Deyirlər, həmin gecə uluların ruhu sübhəcən yurda baş çəkməyə gəlir.

Şəkidə hər həyətdə böyük tonqallar qalanır, ətrafında şənlənir, üstündən tullanıb deyirlər:

Ağırlığım, uğurluğum odlara,

Tonqaldan atlanmayan yadlara.

Yaxud:

Ağrım, uğrum tökülsün,

Oda düşüb kül olsun.

Yansın alov saçılsın,

Mənim bəxtim açılsın.

Belə hesab edirdilər ki, əcdad ruhları ildə bir dəfə ancaq həmin gecə öz yurdlarına baş çəkirlər. Qaranlıq düşəndə ona görə gur tonqallar qalanır ki, bu ruhlar öz evlərini rahat tapsınlar.

Qazax bölgəsində yeni il axşamı həyətdə ocaq qalayar, şam yandırarlar ki, şər qüvvələr o evdən uzaq olsun.

Ağdaş bölgəsi inancına görə, ilin axır çərşənbəsində hava təmiz qaralandan sonra güzgü olan otağa girirsən, əlində də lampa. Otaq da zülmət qaranlıq olmalıdır. Lampa işığından başqa içəri işıq düşməli deyil. Lampanı tutursan güzgüyə. Bir az keçəndən sonra sənə qismət olan qız güzgüdə görünür.

Quba-Şabran bölgəsində axır çərşənbə günü hər adamın adına bir şam yandırmaq lazımdır. Kimin şamı tez yanıb qurtarsa, onun ömrü gödək olacaq deməkdir.

İlaxır çərşənbələrdə icra edilən odla bağlı rituallar təkcə Azərbaycanda deyil, türk xalqlarının bir çoxunda bu və ya digər şəkildə qorunmuşdur. Orta Asiya türk xalqlarında “Alaslama” deyilən bir ritual indiyədək qorunub qalmışdır. Bu ritual evin və həyət-bacanın odla təmizlənməsi şəklində icra olunur. Odu evin və həyətin hər tərəfində gəzdirərək “Alas-alas, bəladan xilas” deyirlər. Bu ritual od vasitəsilə şər qüvvələrin qovulması üçün edilir.

Odla bağlı ata sözləri:

Od yanan yerdən tüstü çıxar”.

Odla bağlı inanclar:

Çərşənbədə ocağı boş qoymazlar.

Odla bağlı alqışlar:

“Ocağın bərəkətli olsun.

Ocağın nurlu olsun.

Ocağın odlu olsun.

Ocağına nur çilənsin.

Ocağın sönməsin”.

Odla bağlı qarğışlar:

Oda düşəsən.

Od ocağa həsrət qalasan.

Ocağın qazan görməsin.

Odla bağlı tapmacalar:

“Evdən - evə qızıl yaylıq” (od ).

İlaxır çərşənbə ilə bağlı fallar:

Axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:511
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Mart 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri