Icma.az
close
up
RU
Ödənişli yolda quraşdırılan radarlar “ağıllı nəzarət sistemi” ilə işləyəcək

Ödənişli yolda quraşdırılan radarlar “ağıllı nəzarət sistemi” ilə işləyəcək

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb.

525.az-ın məlumatına görə, yeni radarlar və müşahidə kameraları hələki test rejimində işləyir.

Belə ki, poroses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir.

Ödənişli yolda quraşdırılan bu radarlar ən müasir "ağıllı nəzarət sistemi" ilə işləyir. Yeni texnoloji qurğular adi sürət ölçən cihazlardan fərqli olaraq, bir-biri ilə real vaxtda məlumat mübadiləsi aparır. Bu isə o deməkdir ki, eyni yol xəttində ardıcıl yerləşdirilən radarlar arasında məsafə nəzarətə götürülür və sürücü həmin iki nöqtə arasında sürət həddini aşarsa, sistem bunu dərhal qeydə alır.

Ağıllı radarlar avtomobilin həmin marşrut boyu orta sürətini də hesablayır. Beləliklə, sürücülər yalnız radarın qarşısından keçərkən deyil, bütün hərəkət trayektoriyası boyunca müəyyən olunmuş maksimal sürət həddinə əməl etməlidirlər. Sistemin əsas məqsədi yol təhlükəsizliyini artırmaq və sürət həddinin süni şəkildə azaldılıb-artırılması ilə cərimələrdən yayınma hallarının qarşısını almaqdır.

Hazırda texniki vasitələr test rejimində sınaqdan keçirilir. Sınaq müddəti başa çatdıqdan sonra radarların tam funksional şəkildə işə düşəcəyi və qayda pozuntularının avtomatik olaraq qeydə alınacağı gözlənilir. Rəsmi qurum sürücülərə xəbərdarlıq edərək qeyd edir ki, yeni sistem təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulub və hərəkət zamanı yol nişanlarına ciddi riayət edilməlidir.

Məlumata görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur.

Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yol boyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.

Qeyd edək ki, ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları isə bu ilin yanvar ayında quraşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri