Icma.az
close
up
RU
Yollarda ağıllı radarlar quraşdırılacaq?

Yollarda ağıllı radarlar quraşdırılacaq?

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağıllı radar sistemləri, yəni məsafəyə və zamana görə orta sürəti hesablayan texnologiyalardan bir çox ölkədə istifadə olunur. Bu radarlar müəyyən marşrut üzrə avtomobilin hərəkət vaxtına əsaslanaraq sürət həddinin aşılıb-aşılmadığını müəyyən edə bilir. Lakin bu texnologiyaların cərimələmə məqsədilə istifadəsi hələlik qanunvericilikdə nəzərdə tutulmayıb.

Nəqliyyat eksperti Yasin Mustafayev Metbuat.az-a açıqlamasında bildirib ki, sürət həddinin ölçülməsi ilə bağlı qanunvericilikdə konkret qaydalar mövcuddur:

“Hazırda sürət həddinin müəyyən edilməsi üçün fəaliyyəti tənzimləyən kriteriyalar var. Yaşayış məntəqələrində radarların quraşdırılması üçün 50–200 metr, avtomagistrallarda isə 150 metrdən 1 km-ə qədər məsafədə sürət və ya informasiya nişanı olmalıdır. Ağıllı radarlar isə bu qaydaları aşaraq yol boyu hərəkət zamanı orta sürəti ölçür. Amma sözügedən üsulla sürücünü cərimələmək hazırkı qanunvericiliklə uyğun deyil”.

Ekspert qeyd edib ki, bu texnologiyalar cərimə yox, xəbərdarlıq məqsədilə istifadə oluna bilər:

“Sürücüyə məlumat verə bilər ki, bu məsafədə orta sürətiniz filan qədər olub. Bu da onun hərəkəti barədə düşünməsinə, narahat olmasına və gələcəkdə daha diqqətli davranmasına gətirib çıxarar. Əsas məqsəd insanları cərimələmək yox, maarifləndirmək olmalıdır. Yol Hərəkəti Haqqında Qanun pozuntularına qarşı xəbərdarlıq da qanuni tədbirlərdən biridir. Hər zaman protocol tətbiq edib cərimələk çıxış yolu deyil”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 May 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri