Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Odlar yurdu” “Bir kəmər, bir yol”un mərkəzi vəsiləsidir

“Odlar yurdu” “Bir kəmər, bir yol”un mərkəzi vəsiləsidir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin bu ölkənin Ticarət və Xarici İşlər nazirlikləri ilə birgə hazırladığı İpək yolunun inkişafı ilə bağlı hesabatda “Bir kəmər, bir yol” təşəbbüsü uzaq perspektivə hesablanıb və 35 ildən sonra başa çatdırılması planlaşdırılıb.

Hesabatda “Bir kəmər, bir yol” layihəsinin Çini Cənub-Şərqi Asiya, Mərkəzi Asiya, Cənubi Qafqaz, Rusiya və Avropa ilə birləşdirərək transkontinental mahiyyətə malik iqtisadi marşrut olacağı bildirilir. Hazırda bu layihəyə 150 dövlət qoşulub ki, bu da Çindən başqa dünya əhalisinin 65 faizinin yaşadığı bir coğrafiyanı əhatə edir.

Bu ölkələr tərəfindən dünya ümumi daxili məhsulunun (ÜDM) 30 faizi istehsal olunur. Yeni yaradılan və ilkin olaraq büdcəsi 40 milyard dollardan ibarət “İpək yolu fondu”nun qarşısına isə təşəbbüs çərçivəsində həyata keçirilən işlərin maliyyələşməsi kimi mühüm vəzifə qoyulur.

Dünya Bankının sözügedən təşəbbüsə dair hazırladığı hesabatda deyilir ki, əgər “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində həyata keçirilən nəqliyyat layihələri tam olaraq reallaşsa, ümumdünya ticarət dövriyyəsinin həcmi 6,2 faizə çatar. Nəticədə isə gəlirlər 2,9 faizə qədər artar. Dövriyyənin və gəlirlərin çoxalması isə iştirakçı ölkələrdə yoxsulluğun aradan qalxmasına, yeni iş yerlərinin açılmasına və sərmayələrin səmərəliliyinin artmasına müsbət təsir göstərər.

Ekspertlər bildirirlər ki, Azərbaycan özünün nəqliyyat infrastrukturu və tranzit imkanları ilə qlobal əhəmiyyətə malik bu layihənin mərkəzində yer alıb. Rəsmi Bakı “Bir kəmər, bir yol” təşəbbüsünə Prezident İlham Əliyevin irəli sürdüyü Orta və Zəngəzur dəhlizləri layihələri ilə qoşulub. Bakı – Tbilisi – Qars dəmir yolu və Bakı Beynəlxalq Ticarət Limanları artıq Çindən Avropaya yük daşımalarında fəal iştirak edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) məlumatına əsasən, 2024-cü ildə Orta Dəhlizlə 4,1 milyon ton yük daşınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamasına görə, 2030-cu ilə kimi isə Orta Dəhlizlə yükdaşımaların həcmi 10 milyon tona çatacaq.

Prezident İlham Əliyevin bu il aprelin 4-də Çinə dövlət səfəri zamanı iki ölkə arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq planının və Beynəlxalq multimodal daşımalar haqqında sazişin imzalanması da təsadüfi xarakter daşımır. Çin öz təşəbbüsünü reallaşdırmaqda Azərbaycana, Orta Dəhlizə və gələcəkdə fəaliyyətə başlayacaq Zəngəzur Dəhlizinə ehtiyacının olacağını bilir.

Azərbaycan Çin ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Hər iki dövlət “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Prezident İlham Əliyev hələ 2023-cü il iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində müxbirin “Azərbaycanın “Bir kəmər, bir yol” kimi nəhəng infrastruktur layihəsini qısa müddətdə –307 günə icra etməsinə necə nail olub” sualına cavabında da bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı belə bir təşəbbüsün inkişafımızın sürətlənməsində mühüm rol oynadığını xatırladaraq Azərbaycanın bu cür nəhəng regional bağlantının mərkəzində dayanmasının önəmli üstünlüklərini diqqətə çatdırıb. Ölkə rəhbəri daha sonra deyib: “Xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq…”.

Ötən müddətdə Prezident İlham Əliyevin vurğuladığı kimi, ilk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə geniş həcmdə investisiya qoyulub, qonşularla bağlantı körpülərinin qurulması diqqətdə saxlanılıb. Beləliklə, “Bir kəmər, bir yol” layihəsi ilə bağlı ölkədaxili infrastruktur sistemi qısa zamanda gerçəkləşib. Bununla da, sözügedən istiqamətdə sonrakı proseslərin sürətlə aparılmasına əlverişli zəmin yaranıb.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək yolu iqtisadi kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” kimi mühüm sənədlərin imzalanması da ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davamlı genişlənməsini və Çinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) marağının artmasını şərtləndirib.

Bu gün Çin Azərbaycandan kənd təsərrüfatı, kimya və sənaye məhsullarının idxalını daha da artırmağı, “İnternet ipək yolu”nun yaradılması, “İpək yolu” elektron ticarətinin inkişafı məqsədilə respublikamızla əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. Buna uyğun olaraq hər iki dövlət nəqliyyat və tranzit sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini daim diqqətdə saxlayır.

Çinin Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirməyə çalışması təkcə ölkəmizin coğrafi mövqeyindən ibarət deyil. Azərbaycan 15 milyon ton yükaşırma imkanı olan beynəlxalq dəniz limanına və ildə 5 milyon ton yükdaşıma imkanı olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yoluna malikdir. Bu infrastrukturlar Orta Dəhlizin əsasını təşkil edir. Bu il BTQ-də genişləndirmə işlərinin başa çatacağı nəzərdə tutulur. Dəmir yolunun Gürcüstandan keçən hissəsində genişləndirmə işləri yekunlaşandan sonra yolun yükdaşıma imkanının10 milyon tona çatacağı da gözlənilir.

Onu da qeyd edək ki, Çin ilə Avropa arasında dəmir yolu ilə yük daşımalarına 2011-ci ildən başlanılıb. Ötən müddətdə Çindən Avropanın və Asiyanın onlarla şəhərinə və əks istiqamətdə 85 mindən çox qatar səfər edib. Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Azərbaycandan keçməklə bir neçə yeni Çin – Avropa yük qatarı marşrutu istifadəyə verilib. Rusiya – Ukrayna müharibəsi başlayandan sonra isə şimal xətti üzrə dəmir yolu marşrutlarında yaranan problemlər logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə – Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Son vaxtlar Qırmızı dənizdəki təhlükəsizlik problemləri səbəbindən gəmilərin Çindən Avropaya hərəkət müddəti isə ən azı 12 gün çoxalıb, nəticədə daşıma və sığorta xərcləri 2 dəfədən çox artıb.

Beynəlxalq ticarətdəki gərgin vəziyyət fonunda Çin–Avropa yük qatarları hər 2 istiqamət üzrə sabit, sürətli və sərfəli alternativ yaradıb. Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti getdikcə daha qabarıq formada özünü göstərib. Məsələn, ötən il Orta Dəhliz üzrə yük daşımalarının həcmi 2 dəfə artaraq 3 milyon tona çatıb. Yaxın illərdə bu rəqəmin 10 milyon tona çatacağı proqnozlaşdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin məlumatında da bu barədə ətraflı bəhs edilib, eyni zamanda, uzaq Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal Orta Dəhliz Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihələrdən biri kimi dəyərləndirilib.

Bir daha xatırladaq ki, iqtisadi və siyasi baxımdan mühüm önəm daşıyan Orta Dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsinin bir parçasıdır, eyni zamanda, tarixi İpək yolunun ən mühüm komponentlərindən biridir. Bu marşrutun sürətli inkişafı istiqamətində Azərbaycan mühüm addımlar atmaqdadır. Belə ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi, Zəngəzur dəhlizinin yaradılması bu yöndə görülən ən mühüm işlərdəndir.

Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, son illər ərzində Orta Dəhlizdə yükdaşımaların artımında Azərbaycan önəmli rol oynayıb. Başqa sözlə, respublikamızda dəniz, dəmir yolu, avtomobil, hava nəqliyyatının inkişafı istiqamətində gerçəkləşdirilən genişmiqyaslı layihələr, habelə Şərqlə Qərb arasında ənənəvi ticarət və alternativ yollar üzərində diqqətçəkən geosiyasi, geoiqtisadi proseslər sözügedən marşrutun cəlbediciliyini artıraraq ölkəmizlə bərabər regionun da sürətli tərəqqisini şərtləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri