Icma.az
close
up
RU
İmtahanda yüksək bal yığmağın formulu AÇIQLAMA

İmtahanda yüksək bal yığmağın formulu AÇIQLAMA

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

İmtahan dövrü abituriyentlərin həyatında həm biliklərin yoxlanıldığı, həm də psixoloji gərginliyin artdığı ən həssas mərhələlərdən biridir. Bu dövrdə gənclər təkcə dərs yükü ilə deyil, həm də gələcəklə bağlı narahatlıqlar və sosial təzyiqlərlə üzləşirlər.
Bir çox hallarda uğur və uğursuzluq anlayışı həddindən artıq qabardılır və bu da əlavə stress yaradır. Halbuki imtahan prosesi yalnız akademik biliklərin deyil, psixoloji dayanıqlığın da sınağı kimi qiymətləndirilməlidir.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “demokrat.az”a bildirib ki, imtahan dövrü abituriyentlərin həyatında yalnız akademik deyil, eyni zamanda ciddi psixoloji yüklənmə mərhələsidir:
"Bu mərhələdə bir çox gənc yalnız suallarla deyil, uğursuzluq qorxusu, ailə gözləntiləri, özünü müqayisə etmə, gələcəklə bağlı qeyri-müəyyənlik və daxili təzyiqlə mübarizə aparır. Bəzən valideynlər və müəllimlər düşünürlər ki, əsas problem dərs yüküdür. Halbuki bir çox hallarda uşağı yoran dərsin özü deyil, "mütləq uğur qazanmalıyam” düşüncəsinin yaratdığı psixoloji gərginlik olur. Stress müəyyən həddə qədər normal və hətta faydalıdır.
O, insanı diqqətli və məsuliyyətli olmağa sövq edir. Lakin stress idarəolunmaz səviyyəyə çatdıqda diqqət zəifləyir, yaddaş fəaliyyəti pozulur, emosional gərginlik artır və nəticədə şagird bildiyini belə tətbiq etməkdə çətinlik çəkir. İmtahanda yüksək nəticə üçün yalnız bilik kifayət etmir, psixoloji dayanıqlıq da burada çox vacib rol oynayır".
Psixoloq deyib ki, abituriyentlər ilk növbədə özlərinə qarşı münasibətlərini dəyişməlidirlər:
"Bir imtahan insanın bütün həyatını müəyyən etmir. Təəssüf ki, bəzi gənclər nəticəni şəxsiyyətlərinin dəyəri ilə əlaqələndirirlər. Bal az olduqda bunu "mən uğursuzam” kimi qəbul edirlər. Bu isə ciddi emosional sarsıntılar yarada bilir. Halbuki imtahan nəticəsi sadəcə müəyyən bir mərhələnin göstəricisidir, insanın potensialının tam ölçüsü deyil.
Hazırlıq prosesində düzgün rejim çox önəmlidir. Gecə saatlarına qədər fasiləsiz dərs oxumaq bəzən məhsuldarlığı artırmır, əksinə zehni yorğunluğu dərinləşdirir. Beyin də bədən kimi istirahətə ehtiyac duyur. Yuxu pozulduqda diqqət, yaddaş və emosional tənzimləmə zəifləyir. Xüsusilə son aylarda gənclərin telefon və sosial media istifadəsini nəzarətdə saxlaması vacibdir. Sosial şəbəkələrdə başqalarının nəticələri, planları və uğurları ilə davamlı müqayisə gəncdə özünəinam itkisi yarada bilir.
Valideynlərin yanaşması burada həlledici faktorlardan biridir. Bəzən valideynlər yaxşı niyyətlə "daha çox oxu”, "vaxt azalır”, "hamı hazırlaşır” kimi cümlələr qururlar. Amma bu ifadələr bəzi uşaqlarda motivasiya yox, daxili panika yaradır. Uşaq evdə özünü təhlükəsiz və qəbul olunmuş hiss etməlidir. O bilməlidir ki, ailəsinin sevgisi onun nəticəsindən asılı deyil. Ən böyük psixoloji dəstək uşağa "sən çalışırsan və bu bizim üçün dəyərlidir” mesajını verməkdir".
O deyib ki, imtahana az qalmış dövrdə yeni və ağır mövzulara başlamaqdansa, mövcud bilikləri sistemləşdirmək daha faydalıdır:
"Həddindən artıq informasiya yüklənməsi beyində qarışıqlıq yarada bilir. Eyni zamanda nəfəs məşqləri, qısa gəzintilər, fiziki aktivlik və düzgün qidalanma da stresin idarə olunmasına ciddi təsir edir. Dünyada aparılan bir çox psixoloji araşdırmalar göstərir ki, fiziki hərəkət və keyfiyyətli yuxu imtahan performansına birbaşa təsir edən amillərdəndir.
Ən vacib məqamlardan biri isə budur ki, gənc özünü yalnız nəticə üzərindən tanımasın. İnsan həyatında uğur təkcə bir imtahanla müəyyən olunmur. Bəzən yüksək bal toplayan biri sonradan özünü tapa bilmir, bəzən isə imtahanda istədiyi nəticəni əldə etməyən bir insan gələcəkdə çox uğurlu olur. Həyat daha uzun və daha mürəkkəb bir prosesdir. İmtahan isə bu yolun sadəcə mərhələlərindən biridir".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 May 2026 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri