Icma.az
close
up
RU
“Ofisiant əsəbi halda çirkli boşqabları gətirib qabağımıza atdı, dedi ki...” “Kuzu Kuzu Baku” restoranından ŞİKAYƏT

“Ofisiant əsəbi halda çirkli boşqabları gətirib qabağımıza atdı, dedi ki...” “Kuzu Kuzu Baku” restoranından ŞİKAYƏT

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bir neçə gün bundan əvvəl Akademik Həsən Əliyev 80D ünvanında yerləşən “Kuzu Kuzu Baku” restoranında ad günü qeyd etməyə getmişdik. 2 saata yaxın gözlədik bizə yaxınlaşan olmadı ki, sifarişi götürsün. Məcbur qalıb ofisianlara özümüz yaxınlaşıb sifarişi verdik. Ofisiantlar “bu dəqiqə gəlirik “bu saat gəlirik” deyib heç kim bizə yaxınlaşmadı. Etirazımızı bildirəndən 1 saat sonra nəhayət ki, gəlib sifarişi götürdülər. Amma baş verən hadisələr bununla bitmədi” Bunu Moderator.az-a şikayətində Ayşən Babayeva deyib. O iddia edib ki, ofisiant onların qarşısına çirkli boşqab gətirib:

“1 saatdan sonra ofisiant əsəbi halda boşqabı gətirib qabağımıza atdı. Gətirdiyi boşqablar isə çirkli, pis gündə idi. Neçənci ərsdə yaşayırıq ki, boşqablar natəmiz şəraitdə olsun? Çəngəllər də natəmiz vəziyyətdə idi. Sifariş etdiyimiz heç bir isti yemək gəlmədi. Ac-susuz oranı tərk etdik. Restorandan çıxanda da onlara bildirdim ki, sizi mütləq şəkildə şikayət edəcəyik. Bu sözümüzə heç məhəl də qoymadılar. Heç bir restoranda belə hörmətsizlik görməmişdim. Rəfiqəmin ad gününü bərbad etdilər. Ordan hansı əsəblə, stresslə çıxmışıqsa bunu bir Allah bilir. Hətta biz öncədən səhnənin yanından yer rezerv etmişdik. Getdik gördük ki, yerimizdə başqa adamlar əyləşib. Sözləri ilə əməlləri heç cür üst-üstə gəlmədi” deyə şikayətçi bildirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza açıqlamasında bildirib ki, bu hal istehlakçıların hüquqlarının pozulmasıdır:

“Bu kimi məsələlərə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir. Müştəri belə hallarla qarşılaşdıqda fakt üçün foto çəkməli, kassa keçini saxlamalı və sözügedən quruma müraciət etməlidir ki, ona dəymiş ziyan ödənilsin” deyə o bildirib.

İddialarla bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Dekabr 2024 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri