Ofisiantı bıçaqladı, hökm oxundu
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən kafedə ofisiantı bıçaqlayan 19 yaşlı E.Cəfərova hökm oxunub.
Bakıvaxtı.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Balakən sakini olan gənci Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilib.
E.Cəfərov 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayət hadisəsi zamanı E.Cəfərov kafedə ofisianta 6 bıçaq zərbəsi endirib. Belə ki, o, həmin kafedə işləyən Eysəfər adlı tanışını axtarmaq məqsədilə ora gedib. Bu zaman orada olan ofisiant T.Məmmədov E.Cəfərova Eysəfərin kafedə olmadığını bildirib. Kafedən uzaqlaşmayan Cəfərovla ofisiant arasında mübahisə yaranıb və 19 yaşlı oğlan üzərində gətirdiyi bıçaqla ona zərbələr endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 May 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















