Oğlu Ramiz Mehdiyevlə bağlı ifadə verib: “Yaddaş pozğunluğu var...”
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı onun ailə üzvləri də şahid qismində dindirilir.
Yeniavaz.com xəbər verir ki, “Günün səsi” oğlu Teymur Mehdiyevin Ramiz Mehdiyevin ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsini əldə edib.
Məluamta görə, Teymur Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib və onun yaddaş pozğunluğu olub:
“Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyinin, hansı hərəkıt etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”.
Qeyd edək ki, Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 278.1-ci — dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü — dövlətə xəyanət və 193-1.3.2-ci — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri ilə ittiham verilib.
Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Bu mövzuda digər xəbərlər:Ramiz Mehdiyevlə bağlı SENSASİYA KONKRET
23 Noyabr 2025 12:42
Ramiz Mehdiyevlə bağlı dindirilməyim… Cəlaloğlu
16 Sentyabr 2026 08:01
Ramiz Mehdiyevlə dostluğumuz olmayıb
04 Aprel 2025 13:14
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 Fevral 2026 16:38
Məhkəmə Ramiz Mehdiyevlə bağlı qərar verdi
10 Fevral 2026 17:08
Baxış sayı:100
Bu xəbər 19 Oktyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















