Icma.az
close
up
RU
Oğlu tələbə olan deputat: “Övladlarımın yolumu davam etdirməsi…”

Oğlu tələbə olan deputat: “Övladlarımın yolumu davam etdirməsi…”

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avqustun 22-də ali məktəbə qəbul nəticələri açıqlanıb. Beləliklə, hər il olduğu kimi, yenə yüzlərlə gənc tələbə adını qazandı. Onların həyatında yeni mərhələ başlandı. Övladlarının uğurlarına sevinən valideynlər arasında tanınan simalar, ictimai- siyasi şəxslər də var. Onlardan biri də Milli Məclisin deputatı, görkəmli alim, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimovadır. Parlamentari öz sevincini Crossmedia.az-a bölüşüb.

Turkustan.az həmin müsahibəni təqdim edir:

- Elnarə xanım, oğlunuz hansı universitetə, hansı ixtisasa qəbul oldu. Bu onun öz istəyi idimi?

- Oğlum Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə daxil oldu. Dövlət Sifarişi əsasında oxuyacaq. Öz istəyi idi, bəli. Həm universitet seçimi, həm də düşdüyü ixtisas ürəyincə oldu.

- Bir alim və tədqiqatçı kimi övladınıza dərslərində necə kömək edirdiniz?

- Mən sadəcə diqqətdə saxlayırdım, nəzarət edirdim. Müəllimləri ilə əlaqə saxlayırdım. İşlərim həddindən artıq çox olsa belə, övladlarımın təhsili, tərbiyəsi mənim üçün əhəmiyyətli məsələ olub həmişə. Çox şükür ki, hər ikisi tərbiyələri ilə seçilirlər. Daha çox bununla qürurlanıram. İnanıram ki, öz sahələrində də sözlərini deyəcək şəxslər kimi yetişəcəklər. Böyük oğlum Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasında, üçüncü kursda təhsil alır. Çox güclü nəzəri savada, yaddaşa sahibdir. Prezident təqaüdçüsüdür. İkinci oğlumun marağı başqa sahəyə oldu.

- Övladınızı necə motivasiya edirdiniz?

- Düzünü deyim, oğlumun motivasiyaya ehtiyacı yox idi. Əksinə, qəribə şəkildə rahatlığı, özgüvəni var. Ondakı özünə əminlik hissinə mən belə qibtə edirəm. Mən sadəcə, oxumağın, təhsilli olmağın insan həyatı üçün faydasından daim bəhs etmişəm, nümunələr gətirmişəm. Amma ən yaxşı nümunə elə özüm olmağa çalışmışam. Çox illər bundan öncə, bir rus müəllifin kitabında belə bir cümlə oxumuşdum ki, övladını necə görmək istəyirsənsə, özün elə ol. Bu fikir daim mənim yaddaşımdadır və övladlarıma yanaşma prioritetimdir.

- Övladlarınızın gələcəkdə ədəbiyyat sahəsində olmasa belə, hansısa digər bir sahədə sizin kimi alim olaraq yolunuzu davam etdirmələrini istəyirsinizmi?

-Əslində, ədəbiyyat sevgisi, mütaliəyə maraq ixtisasından asılı olmayaraq, hər kəsə lazımdır. İnsan daim özünü yetişdirməlidir və bu, ancaq kitabların, əsas da bədii ədəbiyyatın sayəsində mümkündür. Zəlimxan Yaqubun misrası var, “Bir əli torpaqda, bir əli haqda”. Bu misranı bir balaca dəyişib desək, insanın bir əli mütləq kitabda olmalıdır. Bu fikri yorulmadan, daim övladlarıma təlqin edirəm ki, universitet biliyi ilə məhdudlaşmasınlar, daim axtarışda, inkişafda olsunlar. Qaldı ki, alim kimi yolumun davam etdirilməsinə, bu bir az fərqli məqamdır. Böyük oğlumun həkim peşəsi ilə yanaşı, həm də alim kimi tibb sahəsinə dair tədqiqatlar aparacağına inanıram. İkinci oğluma dair proqnoz verməkdə çətinlik çəkirəm. O, bir az başqa xarakterli uşaqdır. Daha sərbəst, daha qəfil qərarlara sahibdir. Belə işlər bir az da bacarıq və istedada aid məsələlərdir, tək istək bəs eləmir. İstedad və bacarıq varsa, elmin çətin yoluna qədəm qoymağa dəyər. Yoxsa hansısa daha layiqli birinin qarşısını kəsməyə, yerini tutmağa dəyməz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri