Icma.az
close
up
RU
“Oğlum üçün qız da gözaltı etmişdik, arzularımız ürəyimizdə qaldı, Ramin mənim arxa dayağım idi”

“Oğlum üçün qız da gözaltı etmişdik, arzularımız ürəyimizdə qaldı, Ramin mənim arxa dayağım idi”

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunmasından iki il ötür. Moderator.az olaraq antiterror əməliyyatında qəhrəmanlıq göstərən şəhidlərimizi anırıq.

Qobustanın Çalov kəndində anadan olan Şəhriyarov Vüsalın atası Təbiyyət Şəhriyarov saytımıza açıqlamasında bildirib ki, oğlunun ən böyük arzusu yüksək rütbəli hərbçi olmaq idi:

“Oğlum 44 günlük döyüşlərdə iştirak etmişdi. Ondan əvvəl Polad Həşimovun şəhid olduğu Tovuz döyüşlərində də yaralanmışdı. Hərbi xidmətdən gələndə sonra komando kursuna müddətdən artıq hərbi xidmətçi kimi getdi. Şəhid olmazdan 3 saat öncə danışmışdım. Ağdamda dayanmışdılar, əmr gələn kimi hücuma keçməli idilər. Komandonun kəşfiyyatçısı idi. Sentyabrın 19-da Xocalı uğrunda gedən döyüşlərdə şəhid oldu. Vüsalın cənazəsini gətirəndə forması əynində, bayrağı sinəsində idi. Oğlumun arzuları ancaq yaxşı hərbçi olmaq idi. 44 günlük müharibədə iki əmim oğlu şəhid olmuşdu. Vüsal deyirdi ki, “ata, onların qisasını alıb, sonra geri dönəcəm”. Sentyabr ayının 10-da bacısının toyu oldu. Şəhid olmazdan 9 gün öncə evə gəlmişdi. Toydan görüntüləri də yadigar qalıb. Baxırıq, təsəlli tapırıq. Sentyabrın 29-da bacısının oğlan toyu olmalı idi, ona da gələcəkdi. Qardaşı da nişanlı idi. Anası ilə birlikdə Vüsal üçün ürəyimizdə bir qız da gözaltı etmişdik. Elçi getməmişdik, ad etməmişdik. Deyirdim ki, o biri oğlumun toyunu etdiyim gün Vüsalı da nişanlayacam. Bütün arzularımız ürəyimizdə qaldı. Allah heç bir ataya övlad həsrəti, bala dağı göstərməsin. Oğlumla fəxr edirəm” deyə şəhid atası bildirib.

Antiterror tədbirləri nəticəsində şəhid olan qəhrəmanlarımızdan biri də Qazaxda dünyaya göz açan Ramin Hüseynovdur. Şəhidimizin anası Əmiraslanova Gülbəniz saytımıza açıqlamasında bildirib ki, oğlu hər an şəhid olmağı arzulayırdı:

“Ramin sonuncu gün 19 sentyabr axşam saat 11-də evə zəng etmişdi. Mən də xəstə idim, bacısı, qonşu qız mənə sistem köçürürdü. Dedi ki, “lap yaxşıyıq, narahat olmayın”. Bacısına da dedi ki, “anamı tək buraxma, yanında ol”. Yoldaşı da, uşaqları da yanımda idi. Sonra telefonuna zəng çatmadı. Bacısının yoldaşına zəng edib deyib ki, “mamagilə deyərsən ki, mənim telefonum sönəcək, nigaran qalmayın”. Sonra səs-səmir gəlmədi. Səhər atam zəng edib dedi ki, “şükür müharibə bitdi, ağ bayraq qaldırıldı”. Biz də sevindik, şükür etdik. Axşam düşəndə qızımın yoldaşına zəng edib demişdilər ki, Ramin şəhid olub. Mənimlə saat 11 də danışıb, gecə saat 3-də şəhid olub. Ramin sanki bizi şəhid olacağı günə hazırlayırdı. Deyirdi ki, “vətən uğrunda şəhid olmaq istəyirəm, mama, bu formanı geyinən bir gün şəhid olacağı günə də hazır olmalıdır”. Ramin mənim üçün təkcə övlad yox, həm də bir dünya idi. Arxamdakı dağ idi. İndi o dağ uçulub. Atası da 36 yaşında dünyasını dəyişmişdi, bir qızı və oğlu özüm çətinliklə böyütmüşdüm. Ramin bilirdi ki, mən əziyyətdən qorxmuram. O işə gedəndə mən onunla dalaşdım. Dedi ki, “mən bu sahədən qayıtmayacam”. 14 illik fəaliyyəti boyunca bir dənə də səhv addımı olmamışdı. Öz sahəsinin peşəkarı idi. Xətri-hörməti var idi. Hamı gəlib üzünü açıb baxdı, amma mən onu görə bilmədim. Dedilər ki, yanıb (ağlayır). Ailəsi ilə birlikdə Gəncədə qalırdılar. Əslində o gec getməli idi, dedi ki, “mama bizi tez aparırlar, gəl ailəmin yanında qal”. Oğlu hazırlığa getməli idi. Hazırlıq üçün maşın da tutmuşdu. Hər şeyi elə bil öncədən planlaşdırmışdı və o plan üzrə gedirdi. Oğlu da, qızı da böyük stres yaşadılar. Ancaq ata istəyirlər. Övlad nə istəyə bilər? Mən fəxr edirəm ki, oğlum vətən, torpaqlarımız uğrunda şəhid olub. Mənim oğlumun da taleyini Allah belə yazıb” deyə şəhid anası bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Sentyabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri