Icma.az
close
up
RU
Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov aktyor oğlu Sənan Kazımovun bu sənəti seçməsinə vaxtilə qarşı çıxmasının səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, o, övladının daha rahat və gəlirli sahədə çalışmasını istədiyini etiraf edib:

"Aydın məsələdir ki, heç bir valideyn özünün çəkdiyi çətinlikləri övladına rəva bilmir. Mənim atam da bu sənətə gəlməyimə qarşı idi. Sadəcə, o, bu sənətin içində deyildi, kənardan təsəvvür edirdi və istəmirdi. Mən isə sənətin içində ola-ola istəmirdim ki, övladım da bu çətinlikləri yaşasın. İstəyirdim ki, onun imkanları daha çox olsun. Xüsusilə təhsilinə həddindən artıq vəsait yatırırdım ki, orta məktəbdə yaxşı oxusun, ən yaxşı məktəblərdə təhsil alsın, ən yaxşı hazırlıqlara getsin. Sonra həkim, hüquqşünas, bankir olsun və ya elə bir sahədə çalışsın ki, bu çətinlikləri yaşamasın. Uşaq vaxtından tamaşalarda oynayırdı. Fikirləşirdim ki, uşaqdır, həvəsdir, keçib gedəcək".

Nicat Kazımov oğlunun bugünkü uğurları ilə fəxr etdiyini vurğulayıb:

"Artıq neçə illərdir Azərbaycanın ən böyük tədbirlərində, səhnələrində çıxış edir və tamaşaçılar tərəfindən sevilir. Bu gün onu tanıyanların, sevənlərin sayı mənimkindən qat-qat çoxdur. Mən bununla yalnız fəxr edə bilərəm. Əvvəl istəmirdim, amma sonradan şərt qoydum ki, əgər aktyor olmaq istəyirsənsə, burada yox, Türkiyədə universitetə qəbul ol. Və həmin il elə oldu ki, yer yalnız Zonquldak Universitetində açılmışdı. Amma burada da artıq ali məktəbə qəbul olmuşdu. Zonquldak Universitetinə birlikdə getdik, yer xoşuma gəlmədi. Sonra kafedra müdirinin "Burada nə öyrənəcək?" deməsi xoşuma gəlmədi. Sual verdim ki, "Burada oxumaq istəyirsən?". Dedi ki, "Yox". O anda elə götürüb qayıtdım Bakıya".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://axsam.az
archiveBu xəbər 10 İyul 2026 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri