Oğlunun şəhadətinin 3 cü ildönümündə vəfat etdi Foto
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Sumqayıtda şəhid atası dünyasını dəyişib.
“Qafqazinfo” Olke.az-a istinadən xəbər verir ki, şəhid baş leytenant Zamin Abbasovun atası Xaqani Abbasov oğlunun ildönümü tarixindən bir gün sonra, yəni dünən (sentyabrın 20-də) vəfat edib.
Qeyd edək ki, şəhid Zamin Xaqani oğlu Abbasov 1993-cü ildə Qubadlı şəhərində anadan olub. Abbasovlar 31 avqust 1993-cü ildə Qubadlının işğalı nəticəsində məcburi köçkün kimi müvəqqəti olaraq Sumqayıtda məskunlaşıb.
Vətən müharibəsinin iştirakçısı olan Z.Abbasov Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təttif edilib.
Z.Abbasov həmçinin 2021-2022-ci illərdə qısamüddətli əməliyyatlar zamanı tabeçiliyində olan hərbi qulluqçularla birgə xüsusi şücaətlər göstərib.
2023-cü il sentyabrın 19-da Qarabağda lokal xarakterli hərbi tədbirlərin keçirilməsi zamanı Xocavənd rayonunda düşmən snayperindən açılan atəş nəticəsində aldığı yaradan şəhid olub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 Sentyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















