Oğul atasını məyus etdi
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Hollandiya Liqasında unudulmaz an yaşanıb.
Fanat.Az xəbər verir ki, dünən baş tutan "Zvolle" – "Tvente" qarşılaşması maraqlı hadisə ilə yadda qalıb.
Görüşdə yeganə qolu “Zvolle”nin hücumçusu Tays Oustinq vurub. Qolu xüsusi edən məqam isə onun rəqib komanda – "Tvente"nin baş məşqçisinin oğlu olmasıdır.
Jozef Oustinqin rəhbərlik etdiyi komandanı məğlubiyyətə uğradan 25 yaşlı futbolçu oyundan sonra emosiyalarını gizlətməyib.
Stadiondakı azarkeşlər bu hadisəni həm gülüş, həm də təəccüblə qarşılayıb. Qələbə sayəsində "Zvolle" mövsümə üç xalla start verib.
Kamil Xudiyev

