Icma.az
close
up
RU
Oğurlanan kriptovalyutaları geri qaytarmaq mümkün olur?

Oğurlanan kriptovalyutaları geri qaytarmaq mümkün olur?

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə kriptovalyuta birjalarına edilən haker hücumlarının sayı və miqyası sürətlə artır. Sonuncu belə hücumlardan biri məşhur “Bybit” platformasında baş verib və nəticədə birjanın soyuq cüzdanından 1,4 milyard dollarlıq rəqəmsal aktiv çıxarılıb.

Ümumiyyətlə son illərdə kripto birjalarında edilən hacker hücumlarının statistikası və tendensiyası necədir?

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Valyuta.az-a danışan Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev bildirib ki, bu hadisə 2024-cü ildə oğurlanan vəsaitlərin 60%-dən çoxunu təşkil edib: 

“Lakin iki gün sonra “Bybit”in rəhbəri Ben Zhou açıqlama verərək müştərilərin itirilən vəsaitlərinin tam şəkildə geri qaytarıldığını bildirib. Son beş ilin statistikası göstərir ki, kriptovalyuta birjalarına edilən hücumlar həm say, həm də zərər baxımından ciddi artım göstərib. 2020-ci ildə 3,8 milyard dollar, 2021-ci ildə 3,3 milyard dollar, 2022-ci ildə 3,9 milyard dollar dəyərində kriptovalyuta oğurlanıb. 2023-cü ildə bu rəqəm 640 milyon dollara düşsə də, 2024-cü ildə hücum sayı yenidən artaraq 160-a çatıb və ümumi zərər 2,2 milyard dollar təşkil edib”. 

E.Quliyevin sözlərinə görə, kriptovalyutaların anonimliyi və qeyri-mərkəzləşdirilmiş təbiəti kiberhücumları asanlaşdırır:

“Kriptovalyutalar ənənəvi maliyyə sistemlərindən fərqli olaraq, istifadəçilərin şəxsiyyətini təsdiqləmədən anonim ödənişlər etməyə imkan verir. Mikserlər (məsələn, Tornado Cash) vəsaitləri müxtəlif mənbələrdən gələn pullarla qarışdıraraq tranzaksiyaları izləməyi çətinləşdirir. Çarpaz-zəncir (cross-chain) köçürmələri isə fərqli blokçeyn şəbəkələri arasında transferlər edərək izləri gizlədir. Kriptovalyuta bazarları hələ tam tənzimlənmədiyi üçün cinayətkarları aşkar etmək də çətin olur”.

E.Quliyev hakerlərin oğurladıqları vəsaitləri rahatlıqla “yumaq” üçün bir sıra üsullardan  yararlandığını qeyd edib:

“Şəxsiyyət təsdiqi tələb etməyən  mərkəzləşdirilməyən birjalar (DEX) vasitəsilə vəsaitləri fiat (ənənəvi) pula çevirə bilirlər. Bəzi ölkələrdə hüquqi nəzarətin zəif olduğu ofşor mərkəzləşdirilmiş birjalarda (CEX) anonim ticarət aparırlar.

Bank əməliyyatlarından fərqli olaraq, blokçeyn tranzaksiyaları ləğv edilə bilmədiyi üçün oğurlanan aktivləri geri almaq çox çətindir.

İstifadəçilərdən şəxsiyyət təsdiqi tələb etmədiyi üçün hakerlər feyk və ya gizli hesablar yarada bilirlər. Bu anonim cüzdanlarda fərqli olaraq soyuq cüzdanlar internetə qoşulu olmur. Bu da hücumlara qarşı daha müdafiəli sayılır və oğurlanan aktivlərin bərpasını qeyri-mümkün edir”. 

E.Quliyev vurğulayıb ki, bəzi birjalar müştəri vəsaitlərinin təhlükəsizliyini təmin etmək üçün ehtiyat fondları yaradır:

“2019-cu ildə “Binance” 40 milyon dollarlıq haker hücumu ilə üzləşsə də, SAFU fondu vasitəsilə bütün istifadəçi vəsaitlərini tam şəkildə qaytardı. Bəzi birjalar da istifadəçilərin itkilərini öz gəlirlərindən qarşılaya bilir. “Coinbase” və “Kraken” kimi birjalar isə istifadəçilər üçün müəyyən məbləğdə sığorta təmin edir.

Həmçinin birjaları hücum zamanı hakerlərlə əlaqə saxlayaraq oğurlanan vəsaitlərin geri qaytarılmasına nail olurlar. Məsələn, 2021-ci ildə Poly Network haker hücumu nəticəsində 600 milyon dollar oğurlansa da, aparılan danışıqlar nəticəsində vəsaitlərin 97%-i geri qaytarıldı. Bununla yanaşı, 2022-ci ildə “Bitfinex” birjasından oğurlanan 3,6 milyard dollar dəyərində Bitcoin ABŞ hökuməti tərəfindən bərpa edilib”.

“Kriptovalyuta birjaları haker hücumlarından tam sığortalanmış deyil. Buna görə istifadəçilər yalnız etibarlı və sığortalı birjalardan istifadə etməli, vəsaitlərinin bir hissəsini şəxsi soyuq cüzdanlarda saxlamalıdırlar”, - deyə o, əlavə edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Fevral 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri