Icma.az
close
up
RU
Oğurlanan pullarımın hamısı özümə qaytarıldı Milli Qəhrəmanın atası

Oğurlanan pullarımın hamısı özümə qaytarıldı Milli Qəhrəmanın atası

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

"Dövlətim çox sağ olsun, oğurlanan pullarımın hamısı özümə qaytarıldı".

Bu sözləri "Unikal"a açıqlamasında kartından 80 min manat oğurlanan Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.

O bildirib ki, dünən axşam saat 5-6 radələrindən Gəncə şəhərindən evə gələndə zəng gəlib:

"Fikir vermədim ki, zəng haradan gəlib. Dedilər ki, biz "Kapital Bank"ın işçiləriyik, sizə yardım etmək istəyirik. Bildirdilər ki, kartınızın şifrəsini sındırıblar, pul oğurlayacaqlar. Tez bir zamanda kartınızıda olan pulu bu kartdan digər karta köçürüb sığortalamaylıq. Mən də şokda olan, fikirli olan adamam. Onların dediklərinə əməl etdim. Hadisə belə oldu. Sonra da  polisə məlumat verdim. Sağ olsunlar, Samux Rayon Polis İdarəsinin əməkdaşları, mənə əraizə yazdırdılar. Daxili İşlər Nazirliyinə və Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərdilər. Onlar tez bir zamanda cinayətkarları yaxaladılar, pulumu geri qaytardılar. Hazırda pulum özümdədir. Dövlətimizin Prezidenti sağ olsun, millətim, xalqım sağ olsun. Hamsı ağır günümdə  yanımda oldular".

C.Əliyev qeyd edib ki, həmin şəxslərə inanıb şifrəni verib: ”Mən onlara bildirdim ki, məni yorursuz. Mənə dedilər ki, dayı elə şeylər eləmərik.

Qeyd edək ki  Milli Qəhrəman Hökümə Əliyevanın ailəsinin bank kartından 80 min manat oğurlanmışdı. Dərhal  faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb. Başlanmış cinayət işi çərçivəsində şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Yanvar 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri