Oğuzda bağçaya qaz verilmir: Uşaqlar soyuqda qalıblar
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Havalar soyuyandan bağçada istilik yoxdur.
Oxu.Az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, söhbət Oğuz şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasından gedir.
Valideynlərin sözlərinə görə, 4-5 qrupda 70-ə qədər uşaq var. Hazırda bağçaya qaz verilmədiyindən uşaqlar soyuqda qalıblar. Bəzi valideynlər soyuqdan xəstələnən uşaqlarını bağçaya aparmır.
Onlar bildirirlər ki, rəsmi qurumlara müraciət ediblər. Hələki nəticə yoxdur.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, adıçəkilən məktəbəqədər təhsil müəssisəsinin binasının maddi-texniki bazası mövcud standartlara cavab vermədiyindən bağçadakı uşaqlar sahibkar tərəfindən aidiyyəti üzrə bağışlanmış boş binaya köçürülüb. Həmin binanın Təhsil İdarəsinin balansına keçirilməsi üçün sənədləşmə işləri həyata keçirilir. Digər aidiyyəti dövlər qurumu ilə birgə səylər sürətləndirilib, zəruri tədbirlər görülməkdədir. Bina balansa alınandan sonra problem aradan qaldırılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oğuzda bağçaya qaz verilmir: Uşaqlar soyuqda qalıblar
Baxış sayı:117
Bu xəbər 04 Dekabr 2024 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















