Oğuzda bu park baxımsız vəziyyətdədir Video
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Oğuz rayonunda Zərifə Əliyeva adına (əslində Mədəniyyət və İstirahət Parkı - red ) park uzun müddətdir baxımsız və yararsız vəziyyətdədir.
Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdən parkın ərazisində antisanitar vəziyyətin hökm sürdüyü görünür. Ərazinin zibilləndiyi, parkdakı mərmərlərin bir qisminin sınıq vəziyyətdə olduğu qeyd edilir.
Parkın ərazisində yerləşən hovuz da uzun müddətdir təmizlənmədiyi üçün içərisi zibillə dolub.
Sakinlər parkın təmizlənərək yenidən abadlaşdırılmasını və əraziyə lazımi qaydada qulluq göstərilməsini istəyirlər.
Məsələ ilə bağlı Oğuz rayon İH-dən bildirilib ki, sözügedən parka artıq vəsait ayrılıb və yaxın zamanlarda təmirə başlanılacaq:
“O parkın adı Zərifə Əliyeva parkı deyil, Oğuz rayonu Mədəniyyət və İstirahət Parkıdır. Parkın istifadə müddəti bitib, oranı təkcə təmizləməklə kifayətlənmək olmaz. Parkda boru sistemləri dəyişdirilməlidir, bununla yanaşı, bir çox işlər görülməlidir. Parkın fəaliyyətini bərpa etmək üçün isə əsaslı təmirə ehtiyac var. Aidiyyəti orqanlar tərəfindən yaxın vaxtlarda təmirə başlanılması nəzərdə tutulub”, - məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 Avqust 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















