Icma.az
close
up
RU
Oğuzda erməni vəhşiliklərinin izləri İmran Verdiyev yazır

Oğuzda erməni vəhşiliklərinin izləri İmran Verdiyev yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İmran VERDİYEV
Əməkdar müəllim 

Rusiyada baş vermiş bolşevik çevrilişindən sonra Cənubi Qafqazın müxtəlif yerlərində müsəlman əhaliyə qarşı törədilən erməni vəhşiliklərinin əks-sədası Nuxaya da gəlib çatır, burada onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirirdi. 1918-ci ilin fevralında "Şəki erməni batalyonu" adlı cəza dəstəsinin bölgəyə gəlməsi isə vəziyyəti daha da ağırlaşdırmışdı. 

Bu yazıda erməni quldurlarının yerli azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri qəzanın Vartaşen (indiki Oğuz) nahiyəsi üzrə araşdırmağa çalışmışıq.

Erməni alayının qəzaya gəlməsi Vartaşenin də yerli ermənilərini xeyli ruhlandırmış, onların azərbaycanlılara münasibəti açıq-aşkar fitnəkar xarakter almağa başlamışdı (AMEA-nın Tarix İnstitutu, Elmi əsərlər-2016, cild 60, səh:96-114). 

Vartaşen ərazisində hay quldur dəstələrinin cəmləşdiyi əsas yerlər isə Calud, Vartaşen, Söyüdlü, Xoşkaşen, Qozlu, Axpiləkənd, Covlan, Cucamış, Otmanlı və Yaqublu kəndləri idi. Bu kəndlərdə yuva salmış erməni silahlı dəstələri də Qayabaşı kəndində yerləşən "Şəki erməni batalyonu"nun törətdiyi cinayətlərə dəstək verirdilər. AXC-nin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK-nın) üzvü Ç.B.Klossovskinin ermənilərin vəhşilikləri haqqında məruzəsindən bəlli olur ki, indiki Qəbələnin Kürd kəndində türk qoşunlarının Azərbaycana gəlişindən təqribən 20 gün əvvəl törədilmiş cinayətdə - çoxu qadın və uşaq olan 68 kənd sakininin ağlasığmaz vəhşiliklə qətlə yetirilməsində erməni əsgərləri və digər kəndlərin erməni sakinləri ilə yanaşı, rayonun Xoşkaşen və Böyük Söyüdlü kəndlərinin silahlı erməniləri də iştirak etmişdilər.

Həqiqət naminə onu da qeyd edək ki, bu hadisələrdə xristianlığın qriqorian təriqətini qəbul etmiş və erməniləşmiş udilər də iştirak edirdilər (Nədənsə çox zaman biz bunu qeyd etməyə çəkinirik, halbuki bu, faktdır. Ermənilərin milli qəhrəmanına çevrilmiş udi əsilli M.Silikovu (Silikyanı) xatırlayın!). Udulər "Şəki erməni batalyonu"nun gəlişini də sevinclə, duz-çörəklə qarşılamışdılar (AMEA-nın Tarix İnstitutu, Elmi əsərlər-2016, cild 60, səh:98).

FTK-nın digər üzvü N.Mixaylov isə öz məruzəsində göstərirdi ki, Qayabaşıdakı qərargahın Vartaşen kəndində bütöv bir qarnizonu (II alayı) olub. 1918-ci ilin fevral ayında həmin qarnizonun zabitlərindən Ter Qriqoryants (o, 1918-ci ilin mart-iyul aylarında həm də Vartaşen qarnizonunun rəisi vəzifəsini tutmuşdu) adlı bir daşnak baş qaldırmışdı. Bu quldur ermənilər yaşayan Vartaşen, Calud, Yaqublu, Söyüdlü, Xoşkaşen, yaxınlıqda - Qutqaşın (indiki Qəbələ) rayonundakı Nic və başqa kəndləri gəzərək onları silahlanmağa və alaylar təşkil etməyə çağırırdı. Onun təşkil etdiyi dəstələr müsəlman kəndlərinin əhalisinə hücum çəkir, qətl və qarətlər törədirdi.

Vartaşen nahiyəsinin Vardanlı (indiki Kərimli) kəndinin 1898-ci il təvəllüdlü sakini Qurban kişi söyləyirdi ki, Calud kəndində ermənilərin müsəlman əhaliyə ağılasığmaz işgəncələr verdiyinin canlı şahidi olmuşdur. O, deyirdi ki, ermənilər körpə uşaqları diri-diri çəpərlərin payasına keçirmiş, hamilə qadınların qarnını yarıb, körpələri çıxarıb məhv etmişlər. Əliyalın əhali silahlı kafirlərin qarşısında dayana bilməyib dağlara çəkilmişlər (https://anl.az/el/y/Azf-265975.pdf).

1918-ci ildə Batum müqaviləsinə əsasən, köməyə gəlmiş türk hərbi qüvvələri yerli qüvvələrlə birlikdə (yerli qüvvələrə Miralay Süleymanov komandanlıq edirdi) iki gün müddətində Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni qərargahını ləğv edərək, 1918-ci ilin iyul ayının altısında oradan "8 vers" şimal-şərqdə yerləşən Yaqublu kəndini də erməni daşnaklarından təmizləmişdi. Yaqubludakı (eləcə də Qayabaşıdakı) silahlı ermənilər Söyüdlü kəndinə geri çəkilmiş, oradan isə ayrı-ayrı kiçik dəstələrə bölünərək müxtəlif erməni kəndlərində, eləcə də qaçqın adı ilə Vartaşendə, Calutda və qonşu rayondakı Nic kəndində gizlənmişdilər.

Ermənilərlə, onların rəhbərləri ilə aparılan söhbətlər, qaçqınların yerləşdirilməsi və kəndlərin qarşılıqlı dəyişdirilməsi barədə edilmiş təkliflər, köməkliklər, güzəştlər və xəbərdarlıqlar da heç bir nəticə vermirdi.  

Sonralar özünü Nuxa və Ərəş qəzalarının komissarı elan etmiş Ter Qriqoryants da erməni vəhşiliklərininin davam etməsini dana bilmir, məcburiyyət qarşısında qalıb, ermənilər tərəfindən müsəlmanlara qarşı müxtəlif quldurluq hərəkətlərinin baş verdiyini təsdiq edirdi (https://anl.az/el/kitab2022/06/cd/Azf-322964.pdf).

Onu da qeyd edək ki, ermənilər ancaq azərbaycanlılara qarşı deyil, həm də rayon ərazisində yaşayan provoslav udilərə, yəhudilərə və ləzgilərə qarşı da qətl və qarət törədirdilər. Ona görə də həmin dövrdə rayon ərazisində yaşayan provaslav udilərin və yəhudilərin çoxu Gəncəyə, Tiflisə və Bakıya köç etmişdilər. Ermənilər indiki Qəbələnin Savalan kəndi yaxınlığında 7 nəfər ləzgini vəhşicəsinə qətlə yetirmişdilər. Bu cinayətdə yenə də Söyüdlü və Xöşkaşen erməniləri də iştirak etmişdilər.

1918-ci ilin iyun ayının əvvəllərində Nuxa-Ərəş qəzasının Vartaşen (Oğuz) nahiyəsinin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazqışlaq və digər kəndlərinin quldur erməni silahlı dəstələrinin (Böyük Söyüdlü, Yaqublu, Calud, Vartaşen, Nic kəndlərindəki erməni silahlıları dəstələrinin) hücumlarına məruz qalmış dinc sakinləri Məmməd Kərim meşəsinə və Sincan çayının yatağı boyunca quzeyə doğru yol gedərək 10-15 km. aralıdakı Xaçmaz meşələrinə sığınmışdılar. Onların köməyinə Qafqaz İslam Ordusu çatmışdır (https://modern.az/medeniyyet/450450/ oghuz-rayonunda-muqeddes-turk-shehidliyi/).

Oğuz bölgəsində bu ordunun bölməsinə Abdulla Paşa rəhbərlik edirdi. O, öz toplarını Yaqublu kəndinin cənubundakı (Sarıca) təpələrin üstündə quraraq, Oğuz nahiyəsinin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazdışlaq və başqa kəndlərin ətrafındakı erməni mövqelərini atəşə tutmağa başlamışdı. Burada erməniləri susdurandan sonra o, Oğuzun Vardanlı və Padar kəndlərinə gəlmiş, bir müddət Padar kəndində Qərib Yüzbaşının evində qalmışdı.

Qafqaz İslam Ordusunun alayının bir bölüyü də (Əli Osman əfəndi  və Tahir əfəndinin əsgər-zabit heyəti) Oğuz nahiyəsinin Sincan və Xaçmaz kəndlərində yerləşmişdi. Onların qərargahları məscid həyətlərində (Sincan kəndində Cümə məscidində və Xaçmaz kəndindəki Səməd bəy məscidində), düşərgələri isə kəndlərin ətrafında yerləşirdi. Sincan-Xaçmaz cəbhə xəttində gedən döyüşlərdə ağır yaralanan və vəfat edən Tahir əfəndi vəsiyyətinə görə, Sincan kəndinin orta məhəlləsindən keçən yolun üstündəki köhnə qəbiristanlıqda torpağa tapşırılıb.

Qafqaz İslam Ordusunun və yerli dəstələrin sayəsində  nahiyənin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazqışlaq və digər kəndlərinin sakinləri erməni soyqırımından xilas ola bilmişdilər.

Erməni silahlı dəstələri Qafqaz İslam Ordusuna yardım edən hər kəsi ağır cəzalandırır və ya öldürürdülər. Hələ də Padar kəndinin sakinlərinin dilində dolaşan bir rəvayətdə deyilir ki, Azərbaycan Cümhuriyyəti Məclisi-məbusanının (parlamentinin) üzvü, görkəmli ictimai xadim, Qərib yüzbaşıya Bakıdan parlamentdən xəbər gəlir ki, türk əsgərlərini qarşılayıb yerləşdirsin. Yüzbaşı tapşırığa əməl edir, türk əsgərlərini qarşılayıb onları özünün tikdirdiyi məsciddə yerləşdirir. Hər birini yatacaqla, yeməklə təmin edir. Əsgərlər Padarın və qonşu kəndlərin əhalisini erməni silahlılarından qoruyurdular. Türk əsgərlərinə göstərdiyi diqqət və qayğıya görə qəzəblənən ermənilər Qərib yüzbaşını oğurlamaq üçün tələ qurur və gecə onun yaşadığı evə basqın edirlər. Türk əsgərlər və yerli müdafiə dəstəsinin üzvləri ilə basqın edən silahlı ermənilər arasında qanlı savaş olur. Hazırda kəndin "Erməni çökəyi" adlanan yerində türk əsgərləri ermənilərin hamısını məhv edirlər. Hadisə yerinə gələn Qərib yüzbaşı əsgərlərə tapşırır ki, ermənilərin üstünü torpaqla örtüb dəfn etsinlər (Y.Rzayev: "Oğuz və Qəbələ folkloru", Bakı-2023, səh:67).

1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalma materiallarında həmin dövrdə erməni fitnə-fəsadları nəticəsində Vartaşen nahiyəsinin ərazisində olan 9 kəndin - Axpilakənd, Salabəyli, Cucamış, Məclis, Qozlu, Zərrab, Top, Yenikənd, o cümlədən Yaqublunun dağıdılıb viran qoyulduğu qeyd edilmişdi.

Qafqaz İslam Ordusunun və yerli milli qüvvələrin sayəsində ermənilərin hərbi qərargahları və silahlı dəstələri məhv edilsə də, onların soyqırım törətməklərinin qarşısı alınsa da, ermənilər rayon ərazisində yaşamağa davam etmişlər.   

Lakin onlar heç vaxt müsəlmanlara qarşı kin-küdurətlərindən əl çəkməmişlər. Heç yadımdan çıxmaz. 1986-cı il sentyabr ayının (dəqiq günü yadımda qalmayıb) sonları idi. Rayonun Calud kəndində yaşayan, bütün rayonda Kolya kimi tanınan bir erməni bizi evinə qonaq çağırmışdı. Başqa bir yoldaşla onlara getdik. Təzəcə stol ətrafında əyləşmişdik ki, içəri çox yaşlı, əlində əsa olan qoca bir kişi girdi. O, salamsız-kəlamsız üzünü Kolyaya tutaraq ermənicə bir neçə cümlə deyib, otağı tərk etdi. Geri qayıdanda yanımdakı yoldaş soruşdu ki, sən qocanın nə dediyini başa düşdün? (Sən demə, o, azdan-çoxdan ermənicə bilirmiş). Qoca Kolyaya deyirmiş ki, bir də bu türkləri bizə gətirmə, onları görmək istəmirəm. Onların kin-küdurətlərindən o qədər çəkmişik ki, saymaqla bitməz. 

1920-1988-ci illərə kimi rayonda yüksək vəzifə tutan ermənilər də az olmayıb. Amma onlar həmişə burada yaşayan öz soydaşlarının mənafeyini daha üstün tutmuşlar. Məsələn, rayonun hərbi komissarı olan Osipov soyadlı biri hər vasitə ilə hərbi məktəblərə erməni gənclərinin (azərbaycanlıların rus dilini yaxşı bilmədiklərini bəhanə gətirməklə) göndərilməsinə cəhd edirdi. "Ovçular mağazası" deyilən mağazada işləyən Jora adlı bir başqa daşnak ovçu silah-sursatlarını müxtəlif bəhanələrlə azərbaycanlılara yox, ermənilərə satırdı. Mən hələ rayonun keçmiş "milis" şöbəsində "pasportstol" olan erməni Atakişiyevin udi soyadlarına -yan artıraraq onları erməniləşdirməsindən, rayon xəstəxanasında mamaça işləyən erməni axçiklərinin yeni doğulan müsəlman körpələri qəsdən virusa yoluxdurmalarından danışmıram. Rayon Maliyyə İdarəsinin müdiri Rita, tədarük kontorunun müdiri Xaçanyan, kommunal müəssisələri idarəsinin müdiri Xanadyan və digərləri də belə əməllərin sahibi idilər. 

Vartaşen (Oğuz) rayonunda yaşayan ermənilər XX əsrin 90-cı illərin sonunda və baş vermiş Qarabağ müharibəsi zamanı rayonda yenə millətçi çıxışlar etməyə, kin-küdurətlərini açıq-aşkar nümayiş etdirməyə başlamışdılar. Hətta gizli şəkildə erməni terror təşkilatları üçün maliyyə vəsaiti toplamaları da söylənilir. Lakin bu dəfə əhalinin sərt mövqeyi ilə rastlaşdıqları üçün onların əksəriyyəti, Azərbaycanın digər bölgələrində olduğu kimi, Oğuz rayonundan da cəhənnəm olub getmişlər.

Özləri haqda yaratdıqları aforizmdə dedikləri kimi, "Varteğ hay, aynteğ vay" - "Harda erməni varsa, orda vay var!"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyul 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see194

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see176

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see170

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see137

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see124

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see121

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see120

Kurtlar Vadisi Pusu nun 53 yaşlı aktrisası soyundu FOTOLAR

02 İyul 2025 09:09see119

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see118

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see117

İstifadəçi məlumatlarını qanunsuz toplayan “Google” 314 milyon dollar ödəyəcək

02 İyul 2025 08:44see117

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see116

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see116

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see116

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see115

4 əsrin faciəsi...

02 İyul 2025 10:18see115

Xiaomi nin elektrik avtomobili üç dəqiqəyə 200 mindən çox sifariş aldı

02 İyul 2025 03:03see115

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see114

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see113

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri