Icma.az
close
up
RU
Yasaqlar tərbiyə edir İmran Verdiyev yazır

Yasaqlar tərbiyə edir İmran Verdiyev yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

İmran VERDİYEV
Əməkdar müəllim 

Söhbət Azərbaycan folklorunun ən kiçik janrlarının birindən, geniş yayılmış yasaqlardan gedir. Bu janr xalq arasında sınama, inanc, yozum, yozma adları ilə də yayılıb.

Yasaqlar özlüyündə miflə qarışıq olan janrdır. Onlarda çoxəsrlik mifoloji təsəvvürlər və kultlarla bağlı biliklər ümumiləşdirilmişdir. Mifik zamanda ilkin əcdadlar, mədəni qəhrəmanlar tərəfindən dünyanın müasir durumu - relyef, göy cisimləri, heyvanlar, bitkilər, sosial davranışın paradiqmaları və yasaqlar sistemi olan sanksiyalar yaradılmışdı. Sınamalar və ya yasaqlar funksional baxımdan milli, psixoloji, coğrafi, mədəni şərtlərdən asılı olaraq fərqlilik göstərir.

Yasaqlar həmişə inanclara "arxalanır", bu da onların səciyyəvi xüsusiyyətlərindən biri sayılır. 

Filologiya elmləri doktoru, professor R.Qafarlıya görə, "Tabu vasitəsi ilə edilən yasaqlar özlüyündə dini məzmundan çox, əxlaqi təsir bağışlayır. Çünki onlar tanrının tövsiyələri tək təqdim olunmur". Filologiya üzrə fəlsəfə doktoru, dosent K.İslamzadə isə özünün "Mərasimlər və epik janrların tərkibində yasaqlar" adlı məqaləsində qeyd edir ki, "Çox qədim zamanlarda sosiumun (müəyyən norma və qaydalarla tənzimlənən, insanların qarşılıqlı münasibətlərinin məcmusu - İ.V.) fəaliyyətinin nizamlanması və qaydaların gözlənilməsi formaları kimi yaranan yasaqlar zaman keçdikcə etnosun mənəvi-əxlaqi prinsiplərini ümumiləşdirməklə varlığın yazılmamış qanunları funksiyasını qazanmışdır. Yasaqların kompleks şəkildə öyrənilməsi göstərir ki, bunlar həm də hələ islamaqədərki dövrdə formalaşmış mənəvi təfəkkür prinsipidir, etnosun ruhunun əsasına çevrilən nəsildən-nəslə ötürülən təcrübədir, instinktləri rasionaldan ayırmağa yönələn davranış modelidir... Mənəvi-əxlaqi yasaqlarda xalqın etnopsixoloji siması, milli xarakteri, idealları, həyat fəlsəfəsi və mentaliteti əks olunmuşdur... Bütünlükdə əxlaqi-etik normalar nöqteyi-nəzərindən yasaqlar - sınamalar insanların münasibətlərini, cəmiyyətlə təbiət arasındakı əlaqələri nizamlayan qaydalar sistemi kimi meydana çıxmışdır". Yasaqlar əsasən nəsihət, məsləhət, qadağa formasında qurulur.

Onları iki qrupa bölmək olar. Bunlardan biri hüquqi, digəri isə etik yasaqlardır. Həm hüquqi, həm də etik yasaqlar cəmiyyəti möhkəmləndirmək, mənəvi və struktur vasitə kimi cəmiyyətin tamlığını, daxili bütövlüyünü, mənəvi aləmini qorumağa xidmət edir. Hüquqi yasaqlar hamıya aid olur və onların pozulması konkret cəza tədbirlərini nəzərdə tutur. Etik yasaqlar isə bütün cəmiyyətin həyatını yox, bu cəmiyyətin üzvləri arasındakı şəxsi münasibətləri tənzim edir. 

Azərbaycanlıların yasaqları daha çox məişətlə; təbiət hadisələri, bitki və heyvanlar aləmi, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlıdır.

Zamanın sınağından çıxmış yasaq - sınama - inanclar yüksək mənəviyyatlı şəxsiyyətin formalaşmasına xidmət edir. Onlar həm də uşaq və gənclərin tərbiyəsində böyük rol oynayır. Çünki nəsihətverici, tərbiyəedici xarakter daşıyırlar. Yasaqların bir çoxunda uşağın tərbiyəsi, onun əxlaqi-mənəvi simasının kamilləşməsi ideyası üstünlük təşkil edir. Belə yasaqlarda özünü cəmiyyətdə, evdə, masa arxasında, doğmalarla münasibətdə necə aparmaq lazım gəldiyi barədə biliklər aşılanır. Məsələn, "Böyüklərdən qabaq masa arxasına oturmaq olmaz", "Çox gülmək olmaz, ruha zərərdir", "Böyüklərin söhbətinə qarışmaq olmaz", "Yaşlıların yanında düşün, danış", "Böyük gələndə balaca ayağa durar", "Böyüyün sözü kəsmək olmaz" və s.

Xalqımızın yasaq və sınamaları çoxdur və bunlar bizim milli sərvətimizdir. Onların bəziləri dövrün, ictimai şəraitin dəyişməsi ilə əlaqədar sıradan çıxıb unudulsa da, digərləri bu gün də məişətdə yaşamaqdadır. Filologiya üzrə fəlsəfə doktoru, dosent K.İslamzadənin yazdığı kimi, "...yasaq insan mənəviyyatının əsas nüvəsi və özünü qorumanın bir vasitəsi kimi çıxış edir. Bu janrı ibtidai insanların düşüncəsinin məhsulu kimi köhnəlmiş hesab etmək düzgün deyildir. Onlar tərbiyəvi xarakter daşıyır, dürüst və yüksək mənəviyyatlı şəxsiyyət yetişdirməyə xidmət edir".

Gəlin, bəzilərini yada salaq:

"Əldən çörək düşəndə "sevinərsən".

"Qəbiristanlıqdakı ağacları kəsmək olmaz".

"Duzu bu dünyada yerə töksən, o dünyada kirpiklərinlə yığarsan".

"Ölünü dəfn etməyə aparan dəstənin qarşısından keçmək olmaz".

"Gəlin köçənə yasəmən verməzlər".

"Əncir ağacını budamazlar".

"Kitabı açıq qoyub getmək olmaz - yaddaşın korlanar".

"Qapı ağzında görüşməzlər".

"Gecə vaxtı qırxgözlü şeyi (ələk, xəlbir, aşsüzən) evdən çıxarmazlar".

"Yetimin malına toxunma".

"Körpəyə güzgüyə baxmaq olmaz - yoxsa qorxar, dili gec açılar".

"Gecə dırnaq tutmazlar, çünki gecə vaxtı ölülərin dırnağı tutular".

"Adamı süpürgə ilə vurmazlar, şərə düşər".

"İnsanı nahaq yerə günahlandırma".

"Qəbirləri tapdalamaq, üzərində oturmaq olmaz".

"Gecə vaxtı evi süpürüb, zibili atmazlar, yoxsa evin bərəkəti qaçar".

"Şər vaxtı qapı ağzında oturmazlar".

"Gecə vaxtı axar suya əl basmazlar, çünki gecələr su mələklərin olur".

"Gəlinə cüt olmayan yataq dəsti bağışlamaq olmaz".

Sonda bir daha təkrar edirik ki, hüquqi, mənəvi-əxlaqi, etik yasaq və sınamalar həyatda düzgün, dürüst münasibətlərin qurulmasında və nizamlanmasında böyük rol oynayır. Onların gücündən səmərəli istifadə etmək isə ayrı bir məsələdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri