Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Çinlilərdən inqilabi neft emalı üsulu

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Səhər yeməyində buna diqqət edin!

Dil və din münasibətləri İmran Verdiyev yazır

Dil və din münasibətləri İmran Verdiyev yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İmran VERDİYEV
Əməkdar müəllim 

Dil və din millətlərin (xalqların) tərəqqisində ən güclü faktorlardan hesab olunur. Onlar həm də dəyərlər sisteminin əsasında duran başlıca amillərdəndir. Dil elm, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır, "Allah-Təalanın gözəl nemətlərindən birisidir". O, qəlbin aynasıdır. Ruh aynasında görünənlər dildə aşkar olur. İnsanın intellektual və kommunikativ bacarıqlarından biri olaraq dil mədəni həyat üçün təməl zərurət olan sosiallaşmanın əsas şərti və vasitəsidir.

Dil bir toplumun millətə çevrilməsinə şərait yaradır, onun düşüncə sistemini və düşünmə qabiliyyətini göstərir. Həm bütöv millətin, həm də onun ayrı-ayrı fərdlərinin fəzilətlərini, dəyərlərini və mədəniyyətlərini əks etdirir. Antik dövrün filosofu Sokrat həmişə deyərmiş ki, "Ey insan, danış səni tanıyım". 

Qeyd edildiyi kimi, milli dəyərlər sisteminin əsasında duran vacib amillərdən biri də dindir. Dinlərin çoxu dildən fərqli olaraq müxtəlif millətləri (xalqları) əhatə edir. Din Allah-Təalanın insanları yaxşılığa yönəltmək və pisliklərdən çəkindirmək üçün peyğəmbərləri vasitəsilə bildirdiyi əmr və hökmlərdir. Dinin məqsədi insanı əxlaqi cəhətdən yetkinləşdirərək dünyada dinclik və xoşbəxtliyə, axirətdə əbədi səadətə, ülviyy?t? qovuşdurmaqdır. Başqa sözlə, din insanları öz iradə və ixtiyarları ilə xeyrə sövq edən ilahi qanunlar məcmuəsidir. 

"Ana dilimiz Azərbaycan xalqının ən böyük milli sərvətidir", - söyləyən Ümummilli liderimiz H.Əliyev dini də xalqın mənəviyyat hadisəsi kimi əsaslandırır və deyirdi: "İslam dininin bəşər mədəniyyətinə, bəşər sivilizasiyasına verdiyi töhfələr və xüsusən mənəvi dəyərlər əvəzsizdir, misilsizdir..." 

Dillər və dinlər arasında həmişə oxşarlıq və qarşılıqlı əlaqələr mövcud olub. Onların ikisi də insan mənliyinin ayrılmaz bir parçasıdır. Dil insan həyatına necə daxil olmuşsa, din də o cür daxil olmuşdur. Dilin inkişafı düşünməyi, dinin inkişafı həyatı rövqləndirir. Bu iki böyük amil insanların təfəkkür tərzinin formalaşmasına və dəyişməsinə eyni dərəcədə təsir edir.      

Dillə dinin mədəniyyətə münasibətində də oxşar cəhətlər vardır. Dil mədəniyyətin əsasını təşkil edir. Mədəniyyətin ötürülməsi, qorunması və qavranılması məhz dilin sayəsində mümkün olur. Bunun kimi mədəniyyətin ötürülməsi və qorunması din vasitəsilə də həyata keçir. Ulu öndərimiz deyirdi ki, "...mədəniyyətimiz bir çox hallarda İslam dini vasitəsi ilə nəsildən-nəslə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır".

Aparılmış araşdırmalardan məlum olur ki, dillər dinlərin meydana çıxmasında ən vacib vasitədir və hazırda mövcud olan səmavi dinlər dillərin formalaşmasından sonra meydana gəlmişdir. Çünki M.Ə.Rəsulzadənin dediyi kimi, "dinin tərcivi (izahı) içün dilə ehtiyac vardır".  

Dillər dinlərin yaranmasında ən önəmli vasitə olmaqla qalmır, həm də onların nəzəri, praktiki, sosioloji və psixoloji məzmununun açıqlanmasında və izharında çox önəmli rol oynayır. Başqa sözlə, o, dil dinin anlaşılmasının ən önəmli vasitəsidir. Deməli, belə demək mümkünsə, din dilə "möhtacdır".

Dillər dinlərin yaranmasında müstəsna rol oynadığı kimi, dinlər də dillərin inkişafında əhəmiyyətli rola malik olmuşlar. M.Ə.Rəsulzadə yazırdı ki, "Dil bir millətin əsliyətini mühafizə edə bilər. Fəqət çox kərə də din bir millətin dilinin baqi qalmasına və bu münasibətilə milliyyət fikri və amalının inkişafına səbəb oluyor".

Akademik N.Cəfərov "Dinlərin dilləri" adlı məqaləsində yazır: "...dini təfəkkürün təcrübəsindən, yaxud ifadə sınağından bu və ya digər dərəcədə çıxmış dillər, heç şübhə yoxdur ki, dünyanın ən mükəmməl dilləri olmuşdur. Qədim Şumer, hind, yunan, roman (latın), İran, Çin, yəhudi, ərəb, türk, slavyan... dilləri bəşər övladının Tanrı axtarışlarının doğurduğu təfəkkür enerjisinin təzahürləri olan elə ilahi ünsiyyət  texnologiyaları (mətnlər) yaratmışdır ki, intellektual inkişafın bugünkü səviyyəsində belə, böyük heyrət doğurur". Təsadüfi deyildir ki, söz nəhəngləri (şairlər, yazıçılar və digər mütəfəkkirlər) də məhz belə dilləri öyrənməyə, bu dillərdə yazıb-yaratmağa üstünlük vermişlər.

Onu da qeyd edək ki, dinimizdə dil ayrı-seçkiliyi yoxdur. Düzdür, metafizik izhar üçün çox sərfəli olan ərəb dili kosmik-ilahi informasiyanın ötürücüsü və ilkin daşıyıcısı kimi şərəfli bir tarixə düşüb. Amma bu ona fövqəladə üstünlük vermir. Ümumiyyətlə, "Quran" heç bir millətin və dilin üstünlüyündən bəhs etmir. "Ərəb dili", "ərəb", "ərəbcə" ifadə və sözlərinin olduğu ayələrin də heç birində bu xalqın və bu dilin əlahiddəliyindən söhbət getmir. Sadəcə olaraq, "Quran"ın eniş dilinin ərəbcə olması bildirilir. "ər-Rum" surəsinin 22-ci ayəsində deyilir: "Onun ayələrindəndir göylərlə yerin yaradılışı, dillərinizin, rənglərinizin müxtəlifliyi. Bunda, şəksiz, ayələr var bilənlərə". Göründüyü kimi, ayə bütün dilləri eyni statusda təqdim edir. Elə təkcə bu ayə ərəb dilinin əlahiddəliyi fikrini təkzib etməyə bəs edir. 

Onu da deyək ki, İslam dini yayıldığı ərazilərdə heç bir yerli dildən istifadəni qadağan etməmiş, əksinə, bu dilləri öyrənməyə təşviq etmişdir. Dinimiz İslamın digər insanlara çatdırılması üçün xarici dilləri öyrənməyi "kifayi fərz" hesab etmişdir. Şərqşünas-alim, AMEA-nın həqiqi üzvü, Azərbaycanın Əməkdar elm xadimi V.Məmmədəliyev  "Quran"ın I, II və III nəşrlərinə ön sözdə yazırdı: "Peyğəmbər əleyhissəlam öz sağlığında Allahın hökmlərini, buyruqlarını təbliğ etmək üçün yaxın əshabələrinə əcnəbi dilləri öyrənməyi tövsiyə edirdi". 

Qaldı ki ilkin dövrlərdə İslam dininin yayıldığı qeyri-ərəb ölkələrində yerli dillərin işlənmə dairəsinin daralmasına, zənnimizcə, burda İslam dininin birbaşa heç bir günahı yoxdur. Bunun birinci səbəbi "lingua franca", yəni müxtəlif dillərdə danışan müsəlman xalqlarının bir-biri ilə iqtisadi, siyasi və mədəni əlaqələr yaratmasında ümumi dilin zəruruliyi (hazırkı ingilis dili kimi), ecazkar ərəb-fars dillərinin yüksək sürətlə öz dövrünün elm və poeziya dilinə çevrilməsi idi. İkincisi səbəbi isə ərəblə, ərəb dili ilə İslamı bərabərləşdirən, ərəb dilinin "Quran"la bağlı olduğunu iddia edib, "toxunulmaz" sayan, istifadəsini "qanuniləşdirən", ərəb və fars ədəbiyyatına, dillərinə əsir olub qalan riyakar ruhanilərin, "ərəbbaşların" və səbatsız dövlət başçılarınin mövqeyi idi. Vaxtı ilə Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, şərqşünas M.Kazımbəy özünün "İndiki Hindistanda maarifin yayılmağa başlaması" adlı məqaləsində ərəb əlifbasının (dilinin - İ.V.) dini mahiyyət daşıdığını, guya "Quran"la bağlı olduğunu və onun "müqəddəsliyini" əldə bəhanə edənlərə inandırıcı və tutarlı cavablar vermişdi.

Onu da qeyd edək ki, İslama kimi türk tanrıçılığı türklər arasında məhz türkcə zühur etmişdi. Tanrıçılıq o dərəcədə mükəmməl  terminologiya ilə təmsil olunmuşdu ki, İslamı qəbul eləyən türklər İslam dini anlayışlarını ərəbcə deyil, tamamilə türkcə ifadə etmək üçün heç bir çətinliklə qarşılaşmırdılar (N.Cəfərov).

Təsadüfi deyil ki, türkoloq B.Tuncay "Azərbaycan imperatorluğu. Azərbaycanın dövlətçilik tarixinə yeni konseptual yanaşma" adlı əsərində yazır ki, "...qədim türk dilində digər tövhid, yəni təktanrıçı dinlərində, o cümlədən İslamda mövcud olan bütün dini terminlərin təmiz türkcə qarşılığı olmuşdur ki, bu da Göy Tanrı dininin öz terminologiyasına malik təkmil bir din olduğunu sübut edir... Bundan başqa, qədim türk dilində digər dinlərdə, o cümlədən İslamda rast gəlinən əksər terminlərə uyğun gələn terminlərin olduğu da bəllidir... Bu terminlərdən bir çoxu təktanrıçılığa keşişdən öncə də öncəki dinlərin terminləri kimi işlənmiş, yeni dinin yayılması ilə həmin terminlər yeni məzmun və mahiyyət qazanmışlar". 

İslam dini qeyri-ərəb xalqlarında tərcüməçilik sənətinin və tərcümə mədəniyyətinin formalaşmasına da təsirsiz ötüşməmişdir. Bildiyiniz kimi, tərcümə təkcə dillərarası ünsiyyət yox, həm də mədəniyyətlərarası ünsiyyətdir. Bu mənada İslam dininə aid ədəbiyyatın dilimizə çevrilməsi xüsusi önəm daşıyırdı.    "Quran"ın Azərbaycan dilinə tərcüməsinə orta əsrlərdən başlansa da, bunların heç biri əldə deyil. Əldə olan ilk tərcümə və ilk təfsir Bakı qazisi Mir Məhəmməd Kərim ağaya məxsus olan və 1904 və 1906-cı illərdə "Kaspi" qəzetinin Buxariyyə mətbəəsində çap olunmuş "Kəşf əl-həqaiqən nükət əl-ayati və-dəqaiq" əsəridir. Zaqafqaziya şeyxülislamı Mühəmməd Həsən Mövlazadənin 1908-ci ildə Tiflisin "Qeyrət" mətbəsində çap olunmuş "Kitab əl-bəyan fi təfsir əl-Quran", 1962-ci ildə M.Həşimzadənin yazdığı dörd cildlik "Təfsiri-Quranil-əzim" və digər tərcümə təfsirləri də diqqəti cəlb edir. Hazırda Azərbaycanda "Quran"ın ən mükəmməl tərcüməsi hələlik akademiklər Z.Bünyadov və V.Məmmədəliyevə aiddir (Şübhəsiz ki, heç bir əsərin tərcüməsi orijinalın yerini tuta bilməz, o ki qala müqəddəs "Quran"ın tərcüməsi). 

Milli dəyərlər sistemində dillərin və dinlərin rolunu yüksək qiymətləndirən böyük Azərbaycan maarifçisi Həsən bəy Zərdabi yazırdı ki, "Elm təhsil etmək ilə tərəqqi edib irəli gedən vaxtda hər tayfa gərək iki şeyi bərk saxlasın ki, bu şeylərdən birisi dil və birisi də din və məzhəbdir. Elə ki, bunlardan birisi əldən getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə qeyri-tayfalara qarışar, mirar ilə yox olar". Çünki "ümumi bir dil nə qədər dil əhlində ümumi bəzi xislətlər və ideallar tovlid edirsə, ümumi bir dinə malik olmaq dəxi o dərəcədə böyük bir təsir icra edə bilər".

Dilimizi və dinimizi qorumaq ölkəmizin hər bir vətəndaşının borcudur. İnsanın öz ana dilinə, öz dininə bağlılığı və bu ülvi hisslər, müqəddəs duyğular elmi baxımdan vətəndaşlıq-mənəviyyat məsələsidir.

Ümummilli liderimiz H.Əliyev deyirdi: "Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır".

Dilimizi, dinimizi və milli ənənələrimizi yaşatmaq isə mənsub olduğumuz millətin əbədi var olması deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://525.az
archiveBu xəbər 20 May 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see364

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see255

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see235

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see232

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see216

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see215

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see214

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see203

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see189

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see187

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see186

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see186

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see185

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see184

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see181

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see179

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see176

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see172

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see172

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri