Icma.az
close
up
RU
Ohanyan, Xaçaturov və Köçəryan barəsində həbs qətimkan tədbiri seçildi Yeni Çağ Media

Ohanyan, Xaçaturov və Köçəryan barəsində həbs qətimkan tədbiri seçildi Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Ermənistanda məhkəmə Seyran Ohanyan, Yuri Xaçaturov və Robert Köçəryanın növbəti iclasda iştirakını təmin etmək məqsədilə onların barəsində həbs qətimkan tədbiri seçib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd olunub ki, onlar korrupsiyaya qarşı cinayət işi üzrə məhkəməyə gəlməyiblər. Müdafiəçilərin sözlərinə görə, buna səbəb onların hansı maddə ilə ittiham olunduqları ilə bağlı izahat almamasıdır.

Xatırladaq ki, Kassasiya Məhkəməsi Robert Köçəryan, Yuri Xaçaturov və digərlərinin işinə xitam verilməsi barədə qərarı ləğv edib, işə yenidən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində baxılır.

Xatırladaq ki, 2008-ci ildə Martın 1-də baş vermiş hadisələrə gəlincə, “konstitusiya quruluşunun devrilməsi” işi üzrə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, Ermənistan Respublikasının keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistan Respublikasının baş nazirinin keçmiş müavini Armen Gevorqyan ittiham edilib. Yuri Xaçaturov və Seyran Ohanyan konstitusiya quruluşunu devirməkdə, Robert Köçəryan konstitusiya quruluşunu alt-üst etməkdə və xüsusilə külli miqdarda rüşvət almaqda, Armen Gevorqyan isə konstitusiya quruluşunu devirməyə kömək etməkdə, xüsusilə külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunublar.

2021-ci ildə isə Konstitusiya Məhkəməsi 300:1 maddəsinin konstitusiyaya zidd olduğu barədə qərar qəbul edib. Bundan sonra 4 təqsirləndirilən şəxsin müdafiəçiləri onlara aid edilən maddənin konstitusiyaya zidd olduğunu nəzərə alaraq, müvəkkillərinə qarşı cinayət təqibinin dayandırılması barədə vəsatət qaldırıblar. Hakim Anna Danibekyan prokurorluğun müttəhimlərə aid edilən əməlin yenidən tövsif oluna biləcəyi barədə iddialarına baxmayaraq, iş üzrə icraata xitam verib. Prokurorluq hakim Anna Danibekyanın bu qərarından apellyasiya şikayəti verib, lakin apellyasiya məhkəməsi xitam qərarını dəyişməz saxlayıb. Bundan sonra baş prokuror Artur Davtyan kassasiya şikayəti verib. Kassasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edib./unikal

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 15 Noyabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri