Ohori və Şeydayev niyə əvəzedici komandada deyil?
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən həftə məşqçilər korpusunun qərarı ilə əvəzedici komandaya göndərilən Rinosuke Ohori ilə Ramil Şeydayev Rəşad Abdullayevon çalışdırdığı komandanın heyətində də meydana çıxmayıb.
Onda belə çıxır ki, bu futbolçular əvəzedici heyət adı ilə, ümumiyyətlə, komandadan göndərilib? Heç olmasa, əvəzedicilərlə məşqə çıxırlarmı? Bu barədə bizə ən dolğun cavabı komandanın baş məşqçisi Rəşad Abdullayev verə bilərdi. O isə cavabdan boyun qaçırdı, əsas komandanın futbolçuları haqda heç nə deyə bilməyəcəyini vurğuladı. Ohori ilə Şeydayevin artıq əvəzedici komandanın futbolçusu olduğunu təkrarlasam da, eyni cavabı verdi.
Əslində qınamaq da olmur. Nə desin ki? Əsas komanda əvəzedici heyət adından istifadə edib? Deyə bilməz axı. Düzgün olan nədi, bu da bilinmir.
Görünən qədəri ilə yaxın günlərdə bilinməyəcək də.
Bu arada Ohori məhz Abasovun istəyi ilə gətirilmişdi. İndi isə klub onu göndərə bilmir...
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Avqust 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















