Icma.az
close
up
RU
Okan Buruk Mourinyonu hansı sözü ilə təxribata çəkdi?

Okan Buruk Mourinyonu hansı sözü ilə təxribata çəkdi?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

''Fənərbaxça''nın evdə ''Qalatasaray''a uduzaraq Türkiyə kubokunun 1/4 finalında mübarizəni dayandırdığı derbinin ardından Joze Mourinyonun Okan Burukun burnunu sıxması və sonuncunun yerə yıxılması Türkiyə futbol ictimaiyyətinin əsas gündəm mövzusu olmaqda davam edir.

''Football-plus.az'' xəbər verir ki, Mourinyo böyük hay-küyə səbəb olan bu hərəkətindən sonra qırmızı vərəqə aldı. İndi hər kəsi bir sual maraqlandırır: Okan Buruk hansı sözlə Mourinyonu təxribata çəkdi? Hər halda ünlü portuqaliyalı o dərəcədə özbaşına deyil ki, durduğu yerdə ''Qalatasaray''ın baş məşqçisinin burnunu sıxsın. Təbii ki, təxribat da olsa, heç bir halda Mourinyonun hərəkətinə haqq qazandırmaq mümkün deyil. Amma böyük ehtimalla bu qalmaqal birinci məhz Okan Burukun atmacasından sonra başladı. Elə Türkiyənin təcrübəli məşqçilərindən olan Yılmaz Vural da bildirib ki, hər iki məşqçi hakimlərin yanına yollanarkən Okan Buruk Mourinyoya söz atıb.
Türkiyənin tanınmış şərhçilərindən olan, hazırda ''TV 100'' kanalında çalışan Ərsin Düzən məşqçilər arasında yaşananlarla bağlı məlumat paylaşıb. Onun iddiasına görə Buruk hakimləri təbrik etmək üçün onların yanına yollanarkən orda Mourinyonu görüb. ''Fənər''in çalışdırıcısı hakimlərə öz etirazını bildirirmiş. Buruk isə Mourinyoya acıq vermək üçün ona ''very good refereeing'' (hakimlər yaxşı performans sərgilədi) dedi. Mourinyo da bunu eşitdikdən sonra Burukun üzərinə gedərək arxadan əli ilə onun burnunu sıxdı.
Okan Burukun mətbuat konfransında bu mövzunu malalamağa çalışması və heç bir sərt açıqlama verməməsi də onu göstərir ki, bu məsələdə o, süddən çıxmış ağ qaşıq deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri