Icma.az
close
up
RU
Okeanlarda 170 trilyon plastik parçası üzür: Alimlərdən məyusedici proqnoz

Okeanlarda 170 trilyon plastik parçası üzür: Alimlərdən məyusedici proqnoz

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alimlərin hesablamalarına görə, dünya okeanında hal-hazırda təxminən 170 trilyon plastik parça üzür. Tədqiqatçılar hesab edirlər ki, insanlar indi plastikdən istifadəni tam dayandırsa belə, artıq yığılmış tullantıların yox olması və ya dibə çökməsi üçün bir əsrdən çox vaxt lazımdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Independent" yazır.

Qeyd olunur ki, plastik həm insan, həm də hey orqanizmləri üçün son dərəcə zərərlidir: onun mikro və nanohissəcikləri arteriyalarda, beyində və cinsiyyət orqanlarında aşkarlanır. Həkimlər onun təsirinin nəticələrini hələ də öyrənsələr də, artıq məlumdur ki, o, diabetin, ürək xəstəliklərinin, bağırsaq funksiyasının pozulmasının yaranmasına təsir göstərir.

London Kraliça Mary Universitetinin alimləri 23 oktyabrda "The Royal Society" jurnalında dərc olunan yeni hesabatında belə nəticəyə gəliblər ki, problem yaxın gələcəkdə aradan çıxmayacaq.

"İnsanlar tez-tez hesab edirlər ki, okeandakı plastik sadəcə dibə batır və ya yox olur. Lakin bizim modelimiz göstərir ki, üzən böyük plastik parçalarının əksəriyyəti səthdə yavaş-yavaş parçalanır, onilliklər ərzində tədricən daha kiçik hissəciklərə parçalanır", deyə universitetin tədqiqatçısı doktor Nan Vu izah edib.

Onun sözlərinə görə, bu kiçik fraqmentlər zamanla orqanski qalıqlarla birlikdə okeanın dibinə "səyahət edə" bilər, lakin bu proses çox vaxt aparır. 100 ildən sonra belə, ilkin plastikin təxminən 10%-i hələ də səthdə qalacaq.

Tədqiqatçılar deyirlər ki, nəticədə dibə çökən plastik (bu, ümumi plastikin təxminən 94%-ni təşkil edir) orada əsrlərlə qala bilər.

"Okeanın çox soyuq mühitində onu parçalaya bilən bir şey ortaya çıxmasa, o, praktiki olaraq əbədi ola bilər", deyə "Oceana" təşkilatının baş elmi işçisi Kim Vörner qeyd edib.

Səthdəki plastik günəş və dalğaların təsiri altında dağılsa da, dibə çökən plastik daha yavaş parçalanır. Onun bəzi növləri plastiki təbii amillərin təsirinə davamlı edən kimyəvi əlavələr ehtiva edir, deyə Birləşmiş Ştatların Milli Okean və Atmosfer İdarəsi məlumat yayıb.

Tədqiqatçılar xəbərdarlıq ediblər ki, plastikin yığılması okeanların təbii dövranını, yəni istiliyi və qida maddələrini bütün planet üzrə daşıyan dərin və səth axınlarının hərəkətini pozmaq olar. Lakin qeyd olunur ki, bunun necə özünü göstərə biləcəyini başa düşmək üçün əlavə tədqiqatlar lazımdır.

Plastik çirklənməsi yalnız okeanda yayılmır - o, çaylarda, axarlarda, göllərdə və hətta bizim nəfəs aldığımız havada mövcuddur. Zərəri azaltmaq üçün alimlər plastik istehsalının azaldılması və onun mənşəyinə daha yaxşı nəzarət strategiyaları təklif edirlər.

Tədqiqatda iştirak edən professor Keyt Spenser problemin uzunmüddətli olduğunu vurğulayıb:

"Bu tədqiqat göstərdi ki, mikroplastiklə çirklənmə nəsillərarası problemdir. Biz sabah plastik istehsalını dayandırsaq belə, nəvələrimiz hələ də okeanları fəaliyyətimizin nəticələrindən təmizləməli olacaqlar".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Oktyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri