Oktay Kaynarca ən böyük peşmanlığından danışdı: “Kaş...”
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Oktay Kaynarca ən böyük peşmanlığının ata olmama olduğunu bildirib.
“Yeni Sabah” xəbər verir ki, 2 dəfə evli olan, lakin övladı olmayan 61 yaşlı türkiyəli aktyoru bunun gənc yaşlarda baş verməsinin daha doğru hesab edir:
“Əgər övladım olsaydı, hər kərinə 20 yaşında evlənməyi tövsiyə edərdim. Həyat sizi hara aparırsa, o yolla gedin. Evliliyi davam etdirmək mümkün olarsa, çox yaxşı. Amma hər halda, insanın övladı olmalıdır”. pizza hut
O.Kaynarca bildirib ki, indiki ağlı olsaydı, daha çox uşaq sahibi olardı:
“Kaş 5-6 övladım olardı. Həyatın qayğılarına o qədər aludə oluruq ki, sonradan geriyə baxanda fərqli düşünürük. Bəlkə də başqa işlərə ayırdığım vaxtı uşaqlarıma sərf etsəydim, bir neçə sağlam uşaq böyütmüş olardım. Onlarla məşğul olmaq çox gözəl hissdir”.
Aktyor indi də ata olma arzusundan vaz keçməyib:
“Hələ də övladımın olmasını istəyirəm. Həyatda nə olacağını bilmək olmaz. Qismətə bağlıdır. Hər halda, hələ gec deyil”.
Baxış sayı:126
Bu xəbər 23 İyun 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















