“Oktay Saralın işdən çıxarılması Azərbaycana jest idi” AÇIQLAMA
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycana qarşı əsassız fikirlərin iqtidar partiyasının nümayəndəsi, özü də hakim partiyanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş müşavirinin tərəfindən səsləndirilməsi Azərbaycan-Türkiyə strateji qardaşlıq və dostluq münasibətlərinə böyük zərbə idi. Hesab edirəm ki, ölkəmizə qarşı belə bir çıxış olmamalı idi. Azərbaycan-Türkiyə münasibətləri elə münasibətlərdir ki, heç kim bu əlaqələri zədələməyə, belə bir vəziyyətə gətirməyə cəhd göstərməməlidir. Çox təəssüf ki, Türkiyədə yüksək vəzifə tutan, mövcud iqtidar partiyasının aparıcı üzvlərindən biri, prezidentin baş müşaviri belə bir addım atmışdı. Sözsüz ki, Azərbaycan haqlı olaraq şərt qoymuşdu ki, o, cəzalandırılmalıdır. Bununla bağlı müəyyən addımlar atılmalıdır ki, bir daha belə hadisələr baş verməsin".
Bunu politoloq Şakir Ağayev Redaktor.az-a açıqlamasında Azərbaycanda məktəbli geyimi ilə bağlı Nazirlər Kabinetinin qərarından sonra ölkəmizə qarşı radikal çıxışlar edən Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vəzifəsindən azad olunmasından danışarkən bildirdi.
"Hadisədən 13 gün keçdikdən sonra Türkiyə prezidenti Azərbaycan-Türkiyə münasibətlərinin vacibliyini və bu əlaqələrin ən yüksək səviyyədə olmasının əhəmiyyətini nəzərə alaraq belə bir addım atdı. Bəlkə də bu addım daha tez atılsaydı, daha yaxşı olardı. Çünki bu cür çıxışlar Azərbaycanın daxili işlərinə müdaxilə demək idi. Kimliyindən asılı olmayaraq, Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizin daxili işlərinə heç kim qarışa bilməz. Ölkə başçısı da bunu Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında bir daha səsləndirmişdi", - o qeyd etdi.
Siyasi şərhçi əlavə etdi ki, Oktay Saralın vəzifədən uzaqlaşdırılması, Ərdoğanın Prezident İlham Əliyevə göstərdiyi üçüncü jest idi:
"Birinci jest Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü ilə bağlı təbrik idi. Daha sonra Türkiyə prezidenti Azərbaycan Prezidentinə telefonla zəng edərək onu şəxsən Ankaraya dəvət etmişdi. Müşavirin işdən çıxarılması isə üçüncü jest idi. Təbii ki, bu jestin məqsədi Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının tədbirində iştirakını təmin etmək idi. Çünki bu təşkilatın əsası Azərbaycanda, Naxçıvanda qoyulub. Təşkilatın bu səviyyədə inkişaf etməsində və dövlətlər arasında əlaqələrin bu qədər yaxınlaşmasında Azərbaycanın böyük rolu olub.
Azərbaycan Türk Dövlətləri Təşkilatında bütün mənalarda çox önəmli, demək olar ki, aparıcı səviyyədə olan dövlətdir. Əgər Azərbaycan iştirak etməsə, təbii ki, tədbirin mahiyyəti və əhəmiyyəti də gələcəkdə kəskin şəkildə azala bilər. Ona görə də bunu bir jest kimi qiymətləndirmək olar. Bu jest Azərbaycanın dövlət başçısının həmin təşkilatda nə qədər mühüm rol oynadığının və ölkəmizin nə qədər böyük əhəmiyyət daşıdığının göstəricisidir".
Müsahibimiz qeyd etdi ki, Ərdoğanın Azərbaycana qarşı çıxış edən hər kəsin cəzalandırılmasını təmin edib-etməyəcəyi ilə bağlı məsələyə münasibət bildirmək çətindir:
"Mən bilmirəm, hazırda bu cəzalandırma prosesi davam edəcək, yoxsa yox. Çünki bilirsiniz ki, orada çoxlu bloqerlər, dindar kəsimin nümayəndələri, hətta Yeni Rifah Partiyasının rəhbərliyi də bu istiqamətdə addımlar atmışdı. İndi onlarla bağlı hər hansı tədbir görüləcəkmi, bunu deyə bilmərəm. Bu məsələyə Ərdoğanın adından cavab vermək mənim üçün çətindir. Amma hər halda, bu cür fikirləri səsləndirən şəxslər cəzalandırılmalıdır ki, gələcəkdə belə proseslər baş verməsin və təkrarlanmasın. Çünki 2023-cü ildən bəri bu proseslər davam edir və indi də müəyyən dərəcədə pik həddə çatmışdı. Bəlkə də vaxtında qarşısı alınsaydı, vəziyyət bu pik həddə çatmazdı. Güman edək ki, Ərdoğanın hökuməti və Türkiyə iqtidarı Azərbaycanla qardaşlıq münasibətlərini yüksək qiymətləndirərək bu proseslərin qarşısını almaq üçün növbəti addımlar atacaq".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 26 Oktyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















