Icma.az
close
up
RU
Oktyabrda Drakonid meteor yağışı müşahidə ediləcək

Oktyabrda Drakonid meteor yağışı müşahidə ediləcək

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək.

Bu barədə XQ-yə universitetdən məlumat verilib.

Bildirilib ki, meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır.

Drakonidlərin əsas cismi Yupiter ailəsi kometlərinə aid olan 21P/Giacobini–Zinner kometidir. Komet 1900-cü ildə fransız astronomu Michel Giacobini tərəfindən kəşf edilib, 1913-cü ildə isə Ernst Zinner tərəfindən yenidən müşahidə olunub. 2 km diametrə malik bu qısaperiodlu komet Günəş ətrafında bir dövrünü təxminən 6,6 ilə tamamlayır.

Komet Günəşə yaxınlaşdıqca onun nüvəsindən ayrılan toz və bərk hissəciklər orbit boyunca yayılır. Yer hər il oktyabr ayında bu hissəciklər selindən keçdikdə onların bir hissəsi atmosferə daxil olur və Drakonid meteorlarını yaradır. Drakonidlər Yer atmosferinə təxminən 20 km/s sürətlə daxil olur. Buna görə də onlar bir çox digər meteor yağışlarının meteorları ilə müqayisədə səmada daha yavaş hərəkət edirlər.

Drakonid meteor yağışı əsasən Şimal yarımkürəsindən yaxşı müşahidə olunur. Azərbaycan da müşahidə üçün əlverişli coğrafi mövqedə yerləşir. Drakonidlərin digər meteor yağışlarından mühüm fərqlərindən biri onların axşam və gecənin ilk yarısında müşahidə üçün əlverişli olmasıdır.
2026-cı ildə Drakonid meteor yağışının maksimumunun Bakı vaxtı ilə təxminən saat 23:00-a təsadüf etməsi Azərbaycan müşahidəçiləri üçün əlverişlidir. Bundan əlavə, maksimum Yeni Ay fazasına düşdüyündən Ay işığı da olmayacaq. Meteor yağışını müşahidə etmək üçün teleskop və ya binokla ehtiyac yoxdur. Şəhər işıqlarından uzaq, açıq və qaranlıq ərazi seçmək və mümkün qədər geniş səma sahəsini adi gözlə izləmək daha məqsədəuyğundur.

Drakonidlər adi illərdə zəif meteor yağışı olsa da, tarixdə güclü aktivlik göstərdiyi dövrlər olub. Xüsusilə 1933 və 1946-cı illərdə meteor fırtınaları müşahidə edilib. Bunun səbəbi meteoroidlərin kometin orbiti boyunca bərabər paylanmaması və Yerin bəzi illərdə daha sıx toz izləri ilə qarşılaşmasıdır. 2026-cı il üçün isə xüsusi güclü meteor fırtınası proqnozlaşdırılmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri