Oktyabrda OPEC in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 11 noyabr, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı oktyabr ayında əvvəlki ayla müqayisədə 1 milyon 965 min barel artaraq 27 milyon 164 min barelə çatıb.
AZƏRTAC xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına əsasən, ötən ay hasilatın ən çox artdığı ölkə Səudiyyə Ərəbistanı olub. Belə ki, ölkənin gündəlik xam neft hasilatı 1 milyon 182 min barel artaraq 9 milyon bareli ötüb. İraqda gündəlik hasilat 496 min barel, Küveytdə isə 232 min barel artıb.
Hasilatın azaldığı ölkələr arasında ilk yerdə İran qərarlaşıb. Bu ölkədə gündəlik xam neft hasilatı 44 min barel azalaraq 1 milyon 914 min barelə düşüb. Nigeriyada gündəlik hasilat 27 min barel, Konqoda isə 15 min barel azalıb.
Bununla yanaşı, OPEC və təşkilata daxil olmayan bəzi neft hasilatçısı ölkələrdən ibarət OPEC+ qrupunun gündəlik ümumi xam neft hasilatı hesabat dövründə 2 milyon 35 min barel artaraq 41 milyon 230 min barelə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 11 Noyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















