Icma.az
close
up
RU
Oktyabrın 24 də Ümumdünya İnkişaf İnformasiyası Günü qeyd olunur

Oktyabrın 24 də Ümumdünya İnkişaf İnformasiyası Günü qeyd olunur

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də beynəlxalq ictimaiyyət Ümumdünya İnkişaf İnformasiyası Gününü qeyd edir.

AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyası tərəfindən 1972-ci il dekabrın 19-da təsis edilən bu əlamətdar günün qeyd edilməsinin məqsədi ictimaiyyətin diqqətini inkişaf məsələlərinə cəlb etmək və mövcud problemlərin həlli üçün ölkələr arasında əlaqələri gücləndirməkdir.

Ümumdünya İnkişaf İnformasiyası Gününün 2025-ci ildə mövzusu məlumatların yayılmasının təşviqi və dünya üçün inkişaf problemlərinin həllinə dəstək olmaq məqsədilə ictimai rəyin müəyyən edilməsidir. Mövzu, həmçinin daha yaxşı bir dünya üçün Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq üçün birgə səyləri təşviq edir. Əlamətdar gün çərçivəsində konfranslar, seminarlar və təlim proqramları təşkil edilir. Bu tədbirlər davamlı inkişaf məqsədlərini və informasiya mübadiləsi funksiyasını vurğulamaq məqsədi daşıyır. Gənclər və ictimaiyyət arasında inkişafla bağlı məsələlərlə əlaqədar müzakirələri təşviq etmək üçün məktəblərdə, icmalarda və ictimai yerlərdə kampaniyalar da keçirilir.

BMT Ümumdünya İnkişaf İnformasiyası Gününün əhəmiyyətini aşağıdakı sahələr üzrə qeyd edib: “Bu əlamətdar gün yoxsulluq, bərabərsizlik, təhsil və səhiyyəyə qeyri-kafi çıxış kimi vacib inkişaf problemləri barədə dünya ictimaiyyətinin məlumatlılığını artırır, problemlərin həllində beynəlxalq əməkdaşlıq və həmrəyliyin rolunu qeyd edir. Eyni zamanda, davamlı inkişafa kömək etmək üçün məlumatların yayılmasını və ictimai rəyi təqdim edir, rəqəmsal uçurumu azaltmaq, inkişafı stimullaşdırmaq üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin zəruriliyini vurğulayır. Qloballaşma kontekstində ticarət və inkişaf məsələlərinə yeni həllər tapmaqda ən müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi hazırkı şəraitdə ən aktual məsələlərdən biridir.”

Müraciətdə süni intellekt texnologiyalarının sürətli inkişafı, onun gələcək sosial-iqtisadi fəsadlarının aradan qaldırılması ilə bağlı təşkilata üzv dövlətlərin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti də vurğulanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri