Ole Verner “RB Leypsiq”in baş məşqçisi vəzifəsindən ayrılıb
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Klubun saytındakı məlumata görə, alman məşqçi Ole Verner “RB Leypsiq”in baş məşqçisi vəzifəsindən istefa verib.
İdman.Biz bildirir ki, köməkçi məşqçilər Tom Çihon və Patrik Kolmann da vəzifələrindən azad ediliblər.
Verner komandaya 2025-ci ilin yayından rəhbərlik edirdi. Onun rəhbərliyi altında “RB Leypsiq” Almaniya çempionatında üçüncü yeri tutub və Almaniya Kubokunun dörddəbir finalına yüksəlib.
“Son bir neçə günü ötən mövsümü hərtərəfli nəzərdən keçirməyə sərf etdik. Çərşənbə axşamı axşamı baş məşqçinin dəyişdirilməsinin zəruri olduğuna qərar verdik. “RB Leypsiq2dəki bütün zəhmətləri və fədakarlıqları üçün Ole, Tom və Patrikə təşəkkür etmək istərdik. Onlar uğurlu yenidənqurma və Çempionlar Liqasına vəsiqə qazanmağımızda mühüm rol oynadılar. Bununla belə, qarşıdakı çətinliklərin yeni ideyalar və fərqli bir yanaşma tələb etdiyinə inanırıq. Ole, Tom və Patrikə uğurlar və gələcək üçün ən yaxşıları arzulayırıq”, - klubun idman direktoru Marsel Şefer bildirib.
“RB Leypsiq”ə qoşulmazdan əvvəl Verner “Verder” və “Holşteyn Kil” komandalarını çalışdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 İyun 2026 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















