Icma.az
close
up
RU
Ölən şəxsin kredit borcunu ailəsi ödəməlidir? Qanunda açıq yazılıb...

Ölən şəxsin kredit borcunu ailəsi ödəməlidir? Qanunda açıq yazılıb...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Vaxtaşırı vəfat etmiş şəxslərin kredit borcları ilə bağlı yaranan anlaşılmazlıqlar ətrafında müzakirələr aparılır. Bəzi banklar mərhumun ailəsinə təzyiq göstərərək ödənişi tələb edir. Halbuki qanunvericilikdə bu mövzuda aydın və konkret tənzimləmələr mövcuddur.

Bəs, mərhumun ailəsi kredit borcundan xəbərsizdirsə, ödəniş etmək məcburidirmi? Hansı hallarda borcun ödənməməsi mümkündür?

Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, bir insan bankdan kredit götürürsə, bu onun şəxsi öhdəliyidir.

Vəkilin sözlərinə görə, şəxs vəfat edəndə borc da avtomatik “silinmir”:

“Bank da gedib mərhumun ailə üzvlərinə “mütləq siz ödəməlisiniz” deyə təzyiq edə bilməz. Ailə üzvləri yalnız miras qəbul edəndə məsuliyyət daşıyır. Yəni mərhumun adına qalan əmlak (ev, torpaq, maşın, pul və s.) varislik qaydasında kiməsə keçirsə, onda həmin varislər də borcun ödənilməsinə cavabdeh olur. Amma burada vacib məqam var: onlar borcu yalnız miras qalmış əmlakın dəyəri həddində ödəyirlər. Başqa sözlə, əgər miras olaraq heç nə qalmayıbsa, ailə də heç nə ödəmək məcburiyyətində deyil”.

Asim Abbasov

A.Abbasovun dediklərinə görə, əgər varis mirası qəbul edibsə (məsələn, evin sənədini öz adına keçiribsə), sonradan məlum olsa ki, mərhumun krediti var imiş, bank pulu həmin varisdən tələb edə bilər:

“Amma yenə də yalnız mirasın dəyəri qədər. Əgər varis ümumiyyətlə mirasdan imtina edibsə və ya heç nə götürməyibsə, bank ondan heç nə tələb edə bilməz”.

Vəkil hansı hallarda kreditin ödəmək lazım olmadığını qeyd edib:

“Əgər miras qalan əmlak yoxdursa;

Əgər varis mirasdan rəsmi qaydada imtina edibsə;

Əgər kredit müqaviləsində “sığorta” olubsa və sığorta şirkəti ödənişi öz üzərinə götürürsə;

Yekun olaraq bank ailədən ancaq mərhumun qoyub getdiyi əmlak varsa nəsə tələb edə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri