Icma.az
close
up
RU
Ölən şəxsin yerinə alimenti nənə baba ÖDƏMƏLİDİR? HÜQUQİ İZAH

Ölən şəxsin yerinə alimenti nənə baba ÖDƏMƏLİDİR? HÜQUQİ İZAH

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Günbəgün artan boşanmalar həm də yeni problemlərin yaranmasına səbəb olur. Həmin problemlərdən biri də alimentin ödənilməməsidir. Bu məhkəmə icraçıları üçün bəlkə də əsas məsələdir. Obyektiv və yaxud subyektiv səbəblərə görə bir çox hallarda alimentin ödənişi gecikir.
Aliment ödənişində son vaxtlar daha bir problem yaranıb. Bu da aliment ödəməli olan şəxsin ölümüdür.
Bəs, belə vəziyyətdə alimenti kim ödəməlidir?
Suala hüquqşünas Aytac Qurbanova aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Ailə Məcəlləsində aliment öhdəliklərinə xitam verilməsinin əsasları aydın şəkildə göstərilib:
 

MÖVZU İLƏ BAĞLI:
Boşananların NƏZƏRİNƏ: Alimentin məbləği ARTIRILDI


“Qanunvericilikdəki əsaslardan biri də aliment alan şəxs və ya aliment ödəyən şəxsin vəfat etməsidir. Məcəlləyə görə aliment ödəyən şəxs vəfat etdikdə onun aliment öhdəliklərinə xitam verilir”.
Bəs, ölümə qədər yaranmış aliment borcunun taleyi necə olur?
Müsahibimiz qeyd edib ki, Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir:
“Bunlara aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və s. daxildir. Belə ki, aliment öhdəlikləri şəxsi xarakter daşıyan öhdəlik olduğundan, miras əmlakın tərkibinə daxil deyil və aliment ödəyən şəxsin ölümündən sonra onun vərəsələrindən tələb edilə bilməz".
Belə vəziyyətdə qarşı tərəf nə etməlidir?
Hüquqşünas deyib ki, qanunvericilikdə nənə və babaların nəvəni saxlamaq vəzifəsi təsbit edilib:
"Belə ki, həmin normaya əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir".
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Fevral 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri