Icma.az
close
up
RU
Ölənin adamları “qanpulu” tələb edə bilərmi? “1 milyon manatdan artıq olmayan məbləğ...”

Ölənin adamları “qanpulu” tələb edə bilərmi? “1 milyon manatdan artıq olmayan məbləğ...”

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Cinayət Məcəlləsinin 72-73-cü maddələrində göstərilib ki, bir sıra kateqoriya cinayətlərdə ziyanın ödənilməsi barışıq cinayət məsuliyyətindən azad edir. Qətl həmin kateqoriyaya daxil deyil”.

Bu sözləri “Yeni Sabah”a vəkil Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, dələduzluq kimi daha çox iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərdə ziyanın ödənilməsi ilə cinayət məsuliyyətinə xitam verilir:

“Lakin bu qayda yalnız bir dəfə tətbiq olunur. Yəni şəxs əgər birinci dəfə qarşı tərəfə vurduğu maddi zərəri ödəyərsə, cinayət məsuliyyətindən azad olunur. Amma eyni əməli ikinci dəfə törətdikdə, artıq zərərin ödənilməsi ilə canını qurtara bilmir, mütləq şəkildə məhkum olunur”.

Vəkil vurğulayıb ki, vurulmuş ziyanın məbləğindən asılı olaraq, dövlətə də ödəniş edilir:

“Yəni dəymiş ziyan xeyli miqarda olarsa, dövlətə əlavə olaraq həmin məbləğin 25 faizi, külli miqdarda olarsa, 50 faizə qədərini dövlətə ödəyir.

Cinayət Məcəlləsinin 178-ci maddəsinin 3 bəndi var. 1-ci bəndində dələduzluq törətmiş şəxs ancaq zərərçəkənə dəymiş zərəri ödəyirsə, cinayətə xitam verilir. 2-ci bəndinə görə, zərərçəkmiş dəymiş ziyanı ödəyir və əlavə olaraq dövlətə də 25 faiz ödəyir. 178.3-cü bənddə isə dövlətə əlavə olaraq, zərərin 50 faizi həcmində ödəniş edilir”.

Qeyd edək ki, qanunvericiliyə görə, "xeyli miqdar" dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə isə 1 milyon manatdan yuxarı olan məbləğ başa düşülür.

Xatırladaq ki, bu yaxınlarda 1 nömrəli Şəhər Klinikm Xəstəxanasının həkimi Azər Maqsudovun məhkəməsi ictimaiyyət arasında xeyli müzakirə və suallar doğurub. Arif Acaloğlunun maşınla vurub öldürdüyünə görə mühakimə olunmuş tanınmış həkim prosesdə qarşı tərəfin tələblərini səsləndirmişdi:

"Mərhumun 3, 7, 40 mərasimlərinə getdik. Lakin bizi qovdular, iştirak etməyimizi istəmədilər. Mərhumun qardaşı ilə barışığa getdik. Notariusa getmək üçün vaxt müəyyən etdik. Lakin bir-iki gün sonra bildirdilər ki, mərhumun həyat yoldaşı Şevda xanım barışığa razı deyil və nümayəndəsi danışacaq. Onlar əvvəlcə bizdən Bakı şəhərində 2 ədəd 2 otaqlı mənzil istədilər. Sonra 400 min manat, 250 min manat, sonda isə 125 min manat istədilər. Lakin biz 45 min manat təklif etdik.

Himayəmdə 2 azyaşlı var. Həmin azyaşlılardan biri l qrup əlildir. Sonra mülki iddia yenidən 400 min manat oldu. Mən aliməm, stomatoloq, ginekoloq deyiləm. Mediada tez-tez ixtisasımla bağlı çıxış edirəm, deyə tanınıram. Bu mülki iddianı yerinə yetirə bilmirəm".

Bu məhkəmə işi ilə bağlı müzakirələrdə səslənən iradlardan biri CM-də "qanpulu" anlayışı olmadığı halda zərərçəkən tərəfin maddi ödəniş tələb etməsi idi. 

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Noyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri